Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
A+   Yenilə  A-
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

Prezident İlham Əliyev: Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır
Son illərdə Azərbaycanda neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunması strategiyası çərçivəsində aqrar sektorda aktivliyin artırılması, istehsal imkanlarının genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır ki, bu da təsadüfi deyil. Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə malik olan respublikamız yüksəkkeyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli məkan sayılır. Eyni zamanda, geniş istehlak bazarları ilə əhatə olunması ölkəmizə aqrar sektorun inkişafı baxımından böyük üstünlüklər qazandırır. Bu bazarlarda Azərbaycanın keyfiyyətli meyvə-tərəvəzini, emal sənayesində buraxılan məhsullarını yaxşı tanıyır, yüksək qiymətləndirir və gözləyirlər. Deməli, respublikamız bu kimi üstünlüklərindən bəhrələnərək xarici bazarlara daha böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmaqla ölkəyə valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artıra bilər.
Digər tərəfdən, respublikamızda aqrar sektorun inkişafı fonunda iqtisadi aktivliyin artması sosial baxımdan - yerlərdə əhalinin məşğulluğunun təmin olunması və gəlir imkanlarının artması nöqteyi-nəzərindən də böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışındakı çıxışında bu kimi amillərə diqqət çəkərək vurğulayıb: “Aqrar sahə bizim üçün strateji sahədir. Bu həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın”.
Ölkəmizdə həyata keçirilən davamlı islahatlar sayəsində aqrar sektor texnoloji sahəyə çevrilir
Yeni şəraitdə aqrar sektorda qarşıya qoyulan əsas hədəflərdən biri məhsuldarlığı artırmaqla daha böyük istehsal həcmləri yaratmaqdan ibarətdir. Çünki respublikamızın torpaq ehtiyatları məhduddur. Belə şəraitdə mövcud torpaq fondundan daha səmərəli istifadə olunması həyatı zərurətə çevrilib. Son illərdə respublikanın kənd təsərrüfatında intensiv metodların, yeni yanaşmaların, qabaqcıl dünya təcrübəsinin tətbiqinə geniş meydan verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, fermerlərə dəstək tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi də məhz bu məqsədə xidmət edir. Bütün bunlara istinadən deyə bilərik ki, respublikamızda məhsuldarlığın artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı sistemi formalaşdırılır.
Ölkəmizdə aqrar sektorda məhsuldarlığın artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər sırasında islahatların önəmini ayrıca vurğulamaq lazımdır. Respublikamızda kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə etmək məqsədilə yeni islahatlar paketi elan olunub. Kənd təsərrüfatında yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün intitusional potensialın gücləndirilməsindən, aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən, biznes mühitinin yaxşılaşdırılmasından, kənd təsərrüfatı məhsullarının istehsal imkanlarının artırılmasından, bazar infrastrukturunun təkmilləşdirilməsindən və istehsalçıların bazara çıxışının asanlaşdırılmasını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində aqrar sektorda islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayaraq deyib: “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır”.
Respublikanın kənd təsərrüfatında elan olunan islahatlar kursu çərçivəsində ölkəmizdə aqrar sektorun bir sıra yeni inkişaf paradiqmaları müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bununla bağlı mesajlarını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır. “Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə aqrar sektorda istehsal imkanlarını daha da artırmağa hesablanan islahatların və yeni yanaşmaların əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin bəhs olunan iclasındakı çıxışında bildirib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurub. Fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə nazirliyin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan xidmət qurumlarına çevriliblər. Mərkəzlərdə “vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə 70-ə yaxın xidmət göstərilir. Ölkədə aparılan struktur islahatlarının davamı olaraq Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərman aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. Bəhs olunan Fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması qərara alınıb. Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin edəcək. “Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub və “Aqrolizinq” ASC artıq bu bazarın iştirakçısı deyil. Bu isə həm texnikanın, həm də damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına səbəb olub.
Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək məqsədilə ötən il Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb”, - deyə İnam Kərimov bildirib. Ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması və bu sistemin əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq haldır. Sistemdə qeydiyyatdan keçmiş fermerlərin sayı artıq 200 min nəfəri ötüb. Bütün ölkə üzrə bu proses intensiv şəkildə genişlənir. İ.Kərimov deyib ki, kənd təsərrüfatında innovasiyaların tətbiqi, mütərəqqi həllər və texnologiyalardan daha geniş istifadənin təmin olunması da əsas vəzifələrdəndir. Bu məqsədlə Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmçinin nazirliyin elmi-tədqiqat institutları araşdırmalarını innovativ yeniliklərin fermerlərə ötürülməsi istiqamətində qurublar. Bu məqamda belə bir faktı da vurğulamaq yerinə düşər ki, Kənd Təsərrüfatı Nazirliyi bir qədər bundan əvvəl paytaxtımızda təşkil olunan “Caspian Agro 2019” sərgisində məhz innovativ stend ilə iştirak edib. Stenddə ölkənin kənd təsərrüfatı sahəsindəki ən son nailiyyətlər, eləcə də ən son sənaye yenilikləri nümayiş olunub. Həmçinin stenddə nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” geniş təqdim edilib.
Dəstək tədbirləri və aparılan islahatlar ayrı-ayrı pozisiyalar üzrə istehsalın artmasına müsbət təsir göstərib
Son illərdə respublikanın regionlarında fermerlərə, torpaq mülkiyyətçilərinə göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarlara verilən güzəştli kreditlərin, subsidiyaların həcminin artırılması, texnika ilə təchizatın gücləndirilməsi, dövriyyəyə yeni torpaq sahələrinin cəlb edilməsi, həmçinin aparılan islahatlar aqrar sektorda istehsalın artmasına müsbət təsir göstərib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasında bildirdiyi kimi, cari ilin birinci rübündə ölkənin kənd təsərrüfatında 3,6 faiz artım qeydə alınıb. Ayrı-ayrı pozisiyalar üzrə artım dinamikası daha yüksək olub. Belə ki, 2019-cu ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz yüksəlib.
Məlumdur ki, son illərdə respublikanın regionlarında əmək tutumu böyük, gəlir imkanları geniş olan texniki bitkilərin becərilməsinə böyük diqqət göstərilir. Həyata keçirilən dəstək tədbirləri nəticəsində pambıqçılıqda çox ciddi dönüş yaranıb. Müqayisə üçün bildirmək yerinə düşər ki, 2015-ci ildə ölkə üzrə cəmi 35 min ton pambıq tədarük edilmişdi. 2018-ci ildə isə bu rəqəm 233 min tona çatdırılıb. Artım göz qabağındadır. Pambıqçılığın inkişafı regionlarda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Belə ki, təxminən 190 min insan bu sahədə çalışaraq yüksək qazanc götürür. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində pambıqçılığın inkişafı ilə bağlı Öz mesajlarını diqqətə çatdırıb. “Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir. Dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır”, - deyə dövlət başçısı bildirib.
Respublikanın bölgələrində tütünçülükdə də çox ciddi irəliləyiş müşahidə edilir. 2015-ci ildə ölkədə tütün cəmi üç rayonda əkilirdi, yığım həcmi isə vur-tut 3400 tona bərabər idi. Respublikamızda böyük ənənələrə malik tütünçülük əslində sıradan çıxmaq üzrə idi. Prezident İlham Əliyevin diqqət və qayğısı bu gəlirli sahədə dönüş yaratdı. Bunu 2018-ci ilin nəticələri də təsdiqləyir. Keçən il artıq 13 rayonda tütün əkilib və 6200 ton məhsul yığılıb. Son illərdə bu sahəyə də dövlət tərəfindən güclü dəstək göstərilir. Belə ki, respublikanın ayrı-ayrı bölgələrində qurutma kameraları yaradılıb, fermerlərin texnikaya olan tələbatı da dövlət tərəfindən yüksək səviyyədə qarşılanır. Əlamətdar haldır ki, cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub.
Baramaçılıq sahəsində qazanılan uğurlar da diqqətəlayiqdir. Yenə 2015-ci ilin statistikasına nəzər saldıqda görürük ki, respublikanın cəmi bir rayonunda barama bəslənilib və 230 kiloqram həcmində məhsul tədarük olunub. Bu gəlirli sahəni dirçəltmək məqsədilə qısa müddətdə çox ciddi tədbirlər görüldü. Bunun nəticəsi olaraq keçən il 38 rayonda artıq 513 ton barama tədarük olunub. 2019-cu ildə isə respublika üzrə 800 ton barama tədarükü gözlənilir. Baramaçılıqda belə yüksək nəticənin qazanılması bu sahəyə dəstək tədbirlərinin artırılması, o cümlədən də yem bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, təkcə ötən il regionlarda 2 milyon 600 min tut tingi əkilib.
Son illərdə respublikamızın bölgələrində üzümçülük də yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində qısa müddətdə respublikamızda üzüm istehsalının 3 dəfə artmasını yaxşı nəticə kimi səciyyələndirərək bildirib: “2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın, demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.
Aqrar sektorda istehsalın artması öz növbəsində respublikamızın ixrac imkanlarının genişlənməsində öz əksini tapır. Son illərdə respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o cümlədən də regionlarda aqrar sektorda yetişdirilən məhsulların hesabına genişlənir. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil olunub, bölgələrdə fəaliyyət göstərən şirkətlər xarici ölkələrdə keçirilmiş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan şirkətlərinin istehsalı olan kənd təsərrüfatı məhsulları, o cümlədən də meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilir. Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə təmsil olunması, eləcə də ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Son illərdə Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Hazırda məhsullarımız qonşu dövlətlərə, eyni zamanda, Körfəz və Asiya ölkələrinə çıxardılır. Prezident İlham Əliyev qarşıya Avropa İttifaqı ölkələrinə də müxtəlif növ məhsulların ixracının genişləndirilməsinə nail olmaqla bağlı mühüm vəzifə qoyub. “Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində bildirib.
Qarşıya qoyulan prioritet hədəflərdən biri ölkənin ərzaq təchizatını yerli istehsal hesabına təmin etməkdən ibarətdir
İndiki dövrdə qlobal miqyasda meydana çıxan çağırışlardan biri ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlıdır. Dünyada yaşanan çətinliklərin, o cümlədən də getdikcə artan ekoloji problemlərin, səngimək bilməyən münaqişələrin və bu kimi digər mənfi tendensiyaların fonunda ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların aktuallığı getdikcə daha da artır. Deyilənlər kontekstində Azərbaycanın ölkənin ərzaq təhlükəsizliyinə ilk növbədə yerli istehsal hesabına nail olmağı hədəfləməsi təqdirəlayiq haldır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində diqqəti növbəti dəfə ərzaq təhlükəsizliyinin prioritetliyinə çəkib. “Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”, - deyə dövlət başçısı bildirib.
Respublikamızda bir sıra pozisiyalar üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda ölkəmizdə meyvə-tərəvəzə olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına təmin edilir. 2018-ci ildə respublikamızda 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu da müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir.
Respublikanın ərzağa olan tələbatının getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi heyvandarlıq sahəsində qabarıq şəkildə nəzərə çarpır. Keçən il ölkə üzrə heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Bu sahənin yeni yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən də mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sayəsində ölkədə ət və ət məhsulları, quş əti, yumurta və digər pozisiyalar üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb.
Ölkədə əhalinin ərzaq təminatının möhkəmləndirilməsində mühüm istiqamətlərdən biri taxılçılıqdır. Respublikamızda aqrar sektorun digər istiqamətləri kimi, taxılçılıq da intensiv metodlarla inkişaf etdirilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Respublikanın bölgələrində taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı artır. 2004-cü ildə respublikamızda cəmi 2 milyon ton taxıl yığıldığı halda, keçən il bu rəqəm 3 milyon 200 min tona yüksəlib. İri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq daha yüksəkdir - hər hektar üzrə 50 sentnerə bərabərdir, bəzi yerlərdə isə daha yüksəkdir. Müqayisə üçün bildirək ki, dünya üzrə hər hektardan orta məhsuldarlıq 34 sentner, Avropa İttifaqı ölkələrində isə 53 sentner təşkil edir. Azərbaycan yeni yanaşmaları tətbiq etməklə iri fermer təsərrüfatlarında məhsuldarlığı 50 sentnerə çatdırmağa nail olub ki, bu da böyük uğurdur. Cari təsərrüfat ilində respublikamızda 1 milyon 85 min hektar sahədə taxıl əkilib və orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6210  |  
  • Tarix:  20-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA