Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında təmsil olunur

Azərbaycan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında təmsil olunur

02.05.2019 [09:44]

Mayın 1-də Fici Respublikasının paytaxtı Suvada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı öz işinə başlayıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda Azərbaycanı maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Mayın 5-dək davam edəcək İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramları müzakirə edəcəklər.
İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30