Ana səhifə »  İqtisadiyyat »  Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib
A+   Yenilə  A-
Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib

Aprelin 4-də ABŞ-ın Çikaqo şəhərinin tanınmış məkanlarından biri olan “Dreyk” otelində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı üzrə sahibkarları bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilən yeni metodlarla tanışlıqdır.
Forum ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət palatasının birgə təşkilatçılığı, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, “Global Chamber”, “John Deere” və “Dentons” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) forumun əsas informasiya təminatçısıdır.
Tədbirdə ölkəmizin kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi və aparıcı kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniş tərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb, tədbirin təşkil edilməsində verdikləri dəstəyə görə forumun tərəfdaşlarına təşəkkürünü bildirib.
Sonra ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün gözəl imkanlar olduğunu vurğulayaraq, forumun işgüzar dairələr arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
İllinoys Ticarət Palatasının icraçı direktoru Laura Orteqa ştatın iqtisadi imkanlarından və kənd təsərrüfatı sahəsində müqayisəli üstünlüklərindən danışıb, azərbaycanlı sahibkarları kənd təsərrüfatı sahəsində İllinoysla sıx əməkdaşlığa dəvət edib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında böyük rola malik olduğunu qeyd edib. Nazir aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafına dair dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açan İnam Kərimov kənd təsərrüfatının bütün sahələrinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsinin qəbul olunduğunu bildirən nazir aqrar sahənin inkişafının qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O, ABŞ tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirərək, forumun iştirak edən şirkətlər üçün əlavə imkanlar yaradacağını deyib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavini Brok Bierman USAID-in Azərbaycandakı fəaliyyətindən danışaraq, Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsindən söz açıb. USAID-in kənd təsərrüfatı sahəsində yeni tərəfdaşlıqlar üçün Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin bir sıra kənd təsərrüfatı məhsulları istehsalı üzrə dünyada aparıcı rola malik olduğunu bildirərək, aqrar sahədə xarici sərmayələr üçün yaradılmış əlverişli şərtlərdən bəhs edib və ABŞ şirkətlərini ölkəmizin bu sektoruna sərmayə yatırmağa dəvət edib. O, Azərbaycanın həyata keçirdiyi davamlı iqtisadi islahatlar prosesinin dünyanın mötəbər hesabatları, o cümlədən Dünya Bankının “Doing Business Report”, habelə İqtisadi Azadlıq İndeksinin son illik reytinqlərində öz əksini tapdığını vurğulayıb.
Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib. Beynəlxalq ticarət mütəxəssisi və Vaşinqtonda fəaliyyət göstərən “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanovun moderatorluğu ilə keçən paneldə çıxış edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı Bexzod Şəmsiyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, ABŞ-ın “EXİM” Bankının icraçı direktorunun müavini Yan Blaho, USAID-in Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssisi Corc Melton potensial imkanlar barədə danışıblar.
Növbəti sessiyalar çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, texniki peşə təhsilinin əhəmiyyəti, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma üsulları və bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb. ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri - “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.
Forum çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizin kənd təsərrüfatı sahəsində prioritetləri, mövcud durum və qarşıda duran strateji hədəflər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Forumun sonunda iştirakçılar üçün ziyafət mərasimi təşkil edilib.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  06-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7