Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan qlobal neft bazarının tənzimlənməsində vacib rol oynayır
A+   Yenilə  A-
Azərbaycan qlobal neft bazarının tənzimlənməsində vacib rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyev Öz səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir
Neft hasilatı sahəsində zəngin ənənələrə malik olan Azərbaycan “qara qızıl” istehsal edən ölkələrin hasilatla bağlı fəaliyyətlərinin əlaqələndirilməsində aktiv mövqedən çıxış edir. Respublikamızın martın 18-də Bakıda öz işinə başlayan OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasına ev sahibliyi etməsi bunu bir daha təsdiqləyir. Toplantıda 14 neft istehsalçısı ölkəsi, eləcə də bir sıra qeyri-OPEC dövlətləri və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunublar. İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı, həmçinin bir sıra digər aktual məsələlər müzakirə edilib.
Neft hasilatının optimal səviyyədə saxlanılması qlobal çağırışlardan birinə çevrilib
Son illərdə dünyanın mənzərəsi ciddi narahatlıq yaradan bir sıra kataklizmlərlə səciyyələnir. Qlobal iqtisadiyyat üçün şok effekti yaradan belə narahatlıqlardan biri də dünya birjalarında neftin qiymətinin kəskin dəyişməsi ilə bağlıdır. Xatırladaq ki, 2014-cü ilin iyun ayından başlayaraq neftin qiyməti çox qısa müddətdə 3 dəfədən çox enmişdi. Birjalarda neftin qiymətində kəskin enmələr ilk növbədə neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaranmasına səbəb olur. Neft gəlirlərinin azalması üzündən ciddi maliyyə sıxıntıları ilə üz-üzə dayanan ayrı-ayrı ölkələr vacib sosial proqramlarını belə ixtisar etmək məcburiyyətində qalırlar.
Təbii ki, burada ilk növbədə neft istehsalçıları üçün arzuolunmaz vəziyyətin yaranmasını şərtləndirən amillərə diqqət çəkmək və çıxış yolları aramaq lazımdır. “Məsələ burasındadır ki, qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən olan neftin qiymətindəki əvvəllər proqnozlaşdırılmayan şok dəyişikliklər bir sıra hallarda yalnız iqtisadi amillər üzündən baş vermir. Birjalarda neftin qiymətinə ayrı-ayrı supergüc dövlətlərin siyasi maraqları çox ciddi, bəzən də həlledici təsir göstərir. Biz tarixdən hansısa supergüclərin “neft istehsalçılarına zərbə vurmaq ssenariləri”nin çox şahidi olmuşuq və təəssüf ki, “ənənələr” bu gün də yaşayır. Bir neçə il bundan əvvəl birjalarda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması da məhz ayrı-ayrı supergüc dövlətlərin siyasi manipulyasiya cəhdlərinin nəticəsində baş vermişdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov ifadə edib. A.Hüseynovun qənaətinə görə, məhz bu və ya digər səbəblər üzündən də neft istehsal edən ölkələr hasilatla bağlı fəaliyyətlərini koordinasiya olunmuş şəkildə həyata keçirməlidirlər. “Hazırda dünyada müşahidə edilən reallıqlar fonunda qlobal miqyasda neft istehsalını optimal səviyyədə saxlamaq çox vacib çağırışlardan birinə çevrilib. Əks halda, istehsalçı ölkələrin maraqlarını təmin etmək mümkün deyil. Neft istehsalçısı olan ölkələr yalnız fəaliyyətlərini əlaqələndirərək hasilatı optimal səviyyədə saxlamaqla qlobal miqyasda müşahidə edilən manipulyasiya cəhdlərinin qarşısını səmərəli şəkildə ala bilərlər. Təsadüfi deyil ki, son illərdə neft istehsal edən ölkələri birləşdirən OPEC çərçivəsində bu xüsusda intensiv müzakirələr aparılır. Xatırladaq ki, OPEC və təşkilata daxil olmayan bir sıra ölkələr 2016-cı ilin sonunda Vyanada ümumi neft hasilatlarını həmin ilin oktyabr ayının səviyyəsindən sutkada 1,8 milyon barrel azaltmaq barədə razılıq əldə ediblər. 2017-ci ilin noyabrında saziş iştirakçıları müqavilənin müddətini 2018-ci il boyu uzadıblar. Müqavilənin həyata keçirilməsini izləmək və onun tənzimlənməsi üçün tövsiyələr hazırlamaq məqsədilə nazirlərin monitorinq komitəsi yaradılıb. Öz növbəsində neft istehsal edən ölkələr arasında hasilatla bağlı fəaliyyətin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi öz müsbət nəticəsini verib. Belə ki, son vaxtlarda birjalarda neftin qiyməti həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə dəyişir”, - deyə A.Hüseynov vurğulayıb.
“OPEC plus” formatında müzakirələrin keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb
Millət vəkili A.Hüseynov bildirib ki, istehsalın və buna adekvat olaraq birjalarda qiymətlərin optimal səviyyədə saxlanılması zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın da maraq dairəsindədir. “Məlum olduğu kimi, respublikamız tarixən neftçıxartma sahəsində bir sıra ilklərə imza atıb. Dünyada neftin sənaye üsulu ilə hasilatının təməli 1846-cı ildə məhz Azərbaycanda -Bakıdakı Bibiheybət yatağında qoyulub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı üzrə dünyada birinci olub və dünya neft hasilatının yarısını verib. 1949-cu ildə respublikamız yenə də dünyada ilk dəfə olaraq açıq dənizdə neft hasilatına başlayıb. Belə nümunələr çoxdur və ənənələr bu gün də yaşayır. Hazırda ölkəmizdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Azərbaycan 1994-cü ildə imzalanan “Əsrin kontraktı” və digər layihələr çərçivəsində transmilli şirkətlərlə səmərəli əməkdaşlıq quraraq quruda və dənizdə neft hasilatını uğurla davam etdirir. Ölkəmizdə 2017-ci ildə iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin kontraktı”nın payına düşür.
Neftçıxarmada belə zəngin ənənələr formalaşdıran Azərbaycan həmçinin qlobal miqyasda hasilatın optimal səviyyədə saxlanmasının tərəfdarıdır. Yalnız belə olduqda neft istehsalçılarının maraqları təmin edilə bilər”, - deyə A.Hüseynov bildirib.
Milli Məclisin deputatı qlobal neft bazarının tənzimlənməsində Azərbaycanın da fəal iştirak etdiyinə diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən millət vəkili deyib: “Məlum olduğu kimi, Prezident İlham Əliyev hələ 2016-cı ildə Davos İqtisadi Forumunda neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu format OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını, eləcə də enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini nəzərdə tutur. Həmin dövrdə Prezident İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması təşəbbüsünü də irəli sürmüşdü. Hazırda Bakıda “OPEC plus” formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti vardır. Prezident İlham Əliyev Öz səmərəli təklifləri, irəli sürdüyü təşəbbüslərlə dünya enerji bazarında stabilləşməyə və proqnozlaşdırmaya mühüm töhfə verir”.
Azərbaycan gələcəkdə də “OPEC plus” formatında fəal əməkdaşlıq etmək niyyətindədir
“Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün uğurla reallaşdırdığı neft strategiyasında daim ədalətli yanaşma ortaya qoyur. Zəngin ehtiyatlara malik olan və onilliklər ərzində hasilat sahəsində yaxşı ənənələr formalaşdıran Azərbaycan bu gün o mövqedən çıxış edir ki, neft amili heç bir halda istehsalçı və istehlakçı tərəfə qarşı siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Hasilat-satış zəncirində bütün tərəflərin maraqları obyektiv şəkildə qorunmalıdır. Azərbaycan üçün bütün bu deyilənlər yalnız çağırış deyil, ölkəmiz öz prinsipial mövqeyini konkret addımlarla təsdiqləyir. Ölkəmiz qlobal neft bazarının tənzimlənməsi və neftin qiymətinin optimal səviyyədə saxlanılması üçün öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Qürurverici haldır ki, “QPEC plus” formatının keçirilməsi təşəbbüsünü məhz dövlətimizin başçısı İlham Əliyev irəli sürüb. Son illərdə qlobal neft bazarında balansın formalaşdırılması məqsədilə mühüm addımlar atılıb. Hazırda dünya birjalarında neftin qiymətinin məqbul səviyyədə olması OPEC və “OPEC plus” formatında əməkdaşlığın real nəticəsidir”. Bu fikirləri isə “Yeni Azərbaycan”a danışan millət vəkili Tahir Rzayev ifadə edib.
Bu gün Azərbaycan “OPEC plus” formatının fəal iştirakçılarından biridir. Yeni gəlmişkən, respublikamızın qlobal neft bazarının tənzimlənməsinə verdiyi töhfələr yuxarıda bəhs olunan tədbirin iştirakçıları tərəfindən də yüksək qiymətləndirilib. OPEC-in baş katibi Məhəmməd Barkindo tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirib. Məhəmməd Barkindo qeyd edib ki, Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladıb. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. “Deyilənlərdən də göründüyü kimi, Azərbaycan “OPEC plus” formatında əməkdaşlığa böyük önəm verir və gələcəkdə bu əməkdaşlığı yeni təşəbbüslərlə daha da dərinləşdirmək niyyətindədir. Şübhə yoxdur ki, respublikamız bundan sonra da özünün ədalətli yanaşmasına sadiq qalaraq qlobal neft bazarının tənzimlənmə prosesinə töhfə verməkdə davam edəcək”, - deyə T.Rzayev bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6210  |  
  • Tarix:  19-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA