Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda azad sahibkarlığın inkişafına yönələn dəstək tədbirlərinin əhatə dairəsi genişlənir
A+   Yenilə  A-
Azərbaycanda azad sahibkarlığın inkişafına yönələn dəstək tədbirlərinin əhatə dairəsi genişlənir

Son 15 ildə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib
Dünyanın mənzərəsinə nəzər salsaq, görərik ki, ayrı-ayrı ölkələr məhz liberal iqtisadiyyata keçid sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Ötən əsrin doxsanıncı illərinin əvvəlində yenidən müstəqilliyə qovuşan Azərbaycan da dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək sovet dövrünün planlı iqtisadiyyatından imtina edərək liberal bazar iqtisadiyyatına transformasiya yolu tutdu. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gələn Ulu Öndər Heydər Əliyev qəti şəkildə bəyan etdi ki, müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. Ümummilli Lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə aydınlıq gətirərək deyib: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Qısa müstəqillik tarixində Azərbaycanda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur
Respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu özəl bölmənin inkişafına dəstək siyasəti son 15 ildə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib. Bunun məntiqi nəticəsidir ki, ölkədə liberal iqtisadiyyata transformasiya prosesi uğurla yekunlaşıb, özəl sektorda istehsal imkanları əhəmiyyətli dərəcədə genişlənib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda respublikamızda ümumi daxili məhsul istehsalında, məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin xüsusi çəkisi 70 faizi ötüb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Qısa müstəqillik tarixində Azərbaycanda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb.
Dünyada iqtisadi-maliyyə böhranının yaşandığı, digər mənfi tendensiyaların müşahidə edildiyi yeni iqtisadi şəraitdə Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında özəl bölməyə siyasi və maddi dəstək tədbirlərini daha da gücləndirib. Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür. Sahibkarlar onlar üçün yaradılan bu kimi imkanlardan bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.
Maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni perspektivlər açıb
Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. Son 15 ildə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. O cümlədən 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində 100-dək sahibkara 8,3 milyon manat güzəştli kredit verilib.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
“KOB Dostu” daim sahibkarların yanında olacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi öz səlahiyyətləri çərçivəsində respublikanın bölgələrində “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramını uğurla reallaşdırır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ölkə üzrə sahibkarlara zəruri səyyar xidmətlər göstərir. Bu xidmətlər qurumun nəzdində yaradılan “KOB Evləri”, “KOB Dostu” şəbəkəsi və “KOB Könüllüləri” vasitəsilə reallaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Ölkədə “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. “KOB Dostu” həmişə sahibkarların yanında olacaq və onlara lazımi köməklik göstərəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmisinin sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq. “Plana əsasən, yeni “E-KOB Evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bu istiqamətdə fəaliyyətin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər”, - deyə O.Məmmədov vurğulayıb.
Azərbaycan şirkətlərinin məhsulları beynəlxalq sərgilərdə uğurla təmsil olunur
Azərbaycanda sahibkarlığın inkişafı strategiyasında qarşıya qoyulan əsas hədəflərdən biri də milli şirkətlərin istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılmasına və onların daha böyük həcmlərdə xarici bazarlara çıxardılmasına nail olmaqdır. Bunun üçün ölkəmizdə ixracın səmərəli təşviq mexanizmi işə salınıb, “Made in Azerbaijan” brendi yaradılıb, xarici ölkələrdə ticarət evləri, məhsullarımızın tanıtım mərkəzləri fəaliyyətə başlayıb.
Dövlət, həmçinin milli şirkətlərin beynəlxalq sərgilərdə vahid ölkə stendində təmsil olunmalarına dəstək verir. Azərbaycanda yetişdirilən meyvə və tərəvəz məhsulları fevral ayının birinci ongünlüyündə Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
İqtisadiyyat Nazirliyindən qəzetimizə verilən məlumata əsasən, Azərbaycan məhsulları fevral ayında Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində də uğurla nümayiş olunub. Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Sərgi çərçivəsində aparılan müzakirələrin nəticəsində Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
Sahibkarlığın inkişafını hədəfləyən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Hazırda Azərbaycanın təqdim etdiyi nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. O cümlədən respublikamızda reallaşdırılan və sahibkarlığın inkişafını hədəfləyən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunu Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatından da görmək mümkündür. Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. Bəhs olunan hesabatda deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 
  • Oxunub:  6750  |  
  • Tarix:  14-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
24 May 17:03
Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
24 May 17:01
Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək
24 May 16:59
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24 May 16:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24 May 16:49
Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır
24 May 16:41
Biləsuvar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçirilib
24 May 16:35
Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil
24 May 16:29
Təhsil müəssisələrində "İnsan hüquqları aylığı" çərçivəsində tədbir keçirilir
24 May 16:28
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
24 May 16:21
BŞTİ əməkdaşları üçün ikigünlük təlim keçirib
24 May 16:05
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19