Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyi, neft və qazdan asılılığı azaltmağı əsas vəzifə kimi qarşıya qoyub
A+   Yenilə  A-
Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyi, neft və qazdan asılılığı azaltmağı əsas vəzifə kimi qarşıya qoyub

Prezident İlham Əliyev: Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır
İsveçrə Konfederasiyasında nüfuzlu Davos İqtisadi Forumunun ənənəvi illik toplantısı başa çatsa da, onunla bağlı təəssüratlar hələ uzun müddət xatırlanacaq. Əlamətdar haldır ki, dünyaya nümunəvi inkişaf modeli təqdim edən respublikamız Davos İqtisadi Forumu ilə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Davos Forumunun son toplantısında respublikamızın fəal iştirakı bunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Davos İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirdiyi məhsuldar görüşlərdə, KİV-ə verdiyi müsahibələrdə ölkəmizin müsbət reallıqlarını dolğun şəkildə təqdim edib. Bu baxımdan dövlət başçısının Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi də istisna deyil. Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində qazandığı böyük uğurlardan, bu uğurları şərtləndirən amillərdən, eləcə də perspektivdə qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Neft və qaz Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsidir
Müstəqil Azərbaycanın davamlı dinamik inkişafını şərtləndirən bir neçə fundamental amil sadalamaq mümkündür ki, onların içərisində Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılmasını xüsusi qeyd etmək lazımdır. Müdrik siyasətçi olan Ulu öndər yeni neft strategiyasını işləyib hazırlayarkən respublikamızda onilliklər ərzində formalaşan ənənələri və mövcud potensialı əsas tutaraq qarşıya çox mühüm hədəflər qoymuşdu. Yeni neft strategiyasını səciyyələndirən əsas cəhət isə ondan ibarətdir ki, burada milli maraqlar qırmızı xətt kimi müəyyənləşdirilib. Zəngin neft-qaz resursları Azərbaycanın mənafeyinə, ölkənin iqtisadi qüdrətinin artmasına, yüksək səviyyəli insan kapitalının formalaşmasına xidmət etməlidir. Yeni neft strategiyasında bu kimi məqsədlər çox mühüm çağırışlar kimi qarşıya qoyulub.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki o dövrdə xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində neft və qaz amilini iqtisadiyyatımızın aparıcı qüvvəsi kimi səciyyələndirib: “Neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq”.
Artıq 25 ilə yaxındır ki, “Əsrin müqaviləsi” uğurla icra edilir. 2017-ci ilin noyabrında Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
Ulu öndərin işləyib hazırladığı və əsasını qoyduğu yeni neft strategiyası son 15 ildə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının bəhs olunan müsahibəsində bildirdiyi kimi, biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Uğurlu neft-qaz siyasəti sayəsində hər cəhətdən güclü dövlətə çevrilən Azərbaycanın həyatında 2017-ci il sentyabrın 14-də daha bir əlamətdar hadisə yaşandı. Bəhs olunan tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Belə ki, yeni sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.
Yeni Sazişin imzalanması beynəlxalq şirkətə çevrilən SOCAR-ın imkanlarının daha da genişlənməsi baxımından da çox önəmlidir. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Hazırda respublikamızın moderatorluğu və 7 tərəfdaş dövlətin iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə hesablanıb. Artıq bir sıra seqmentləri tam hazır olan yeni dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına daşınacaq və bundan respublikamız böyük fayda götürəcək. Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 40 milyard dollardan çox sərmayə qoyuluşu nəzərdə tutulub.
Neft gəlirləri hesabına reallaşdırılan layihələr sayəsində ölkədə və regionda yeni müsbət reallıqlar yaranıb
Biz ayrı-ayrı ölkələrin timsalında zəngin neft-qaz ehtiyatlarının heç də həmişə rifaha, inkişafa xidmət etmədiyinin şahidi oluruq. Azərbaycanın xoşbəxtliyi isə ondadır ki, ölkəmizdə neft-qaz satışından əldə olunan gəlirlər düzgün və məqsədyönlü şəkildə idarə olunur. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev “Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastruktura, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi”, - deyə bildirib.
Respublikamızda neft-qaz gəlirləri davamlı olaraq strateji sahələrə, o cümlədən də ciddi sosial əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir. Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. Ölkədə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bəhs olunan dövrdə şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 6 mindən çox fərdi ev və mənzil, təxminən bu qədər də minik maşını verilib.
Respublikamızda neft gəlirlərindən istifadə etməklə sosial sferada böyük diqqət göstərilən məsələlərdən biri də qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri, fin tipli evlər tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrası uğurla davam etdirilir. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. İndiyədək layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina istifadəyə verilib.
Bundan başqa, neft gəlirlərinin bir hissəsi gələcək nəsillər üçün qorunub saxlanılır. Hazırda ölkəmiz 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu gün Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur. Başqa sözlə desək, respublikamızın xarici borcu ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Eyni zamanda, respublikamız bu rəqəmi 10 faizə endirməklə bağlı qarşıya real hədəf qoyub.
Respublikamız qısa müstəqillik tarixində neft-qaz gəlirlərindən səmərəli şəkildə istifadə etməklə yüksək səviyyəli infrastruktur qurmağa nail olub. Son 15 ildə respublikamızda 30 yeni elektrik stansiyası tikilib və generasiya gücləri daha 2500 meqavat artırılıb. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Eyni zamanda, 2019-cu ildə ölkəmizdə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi də planlaşdırılıb. Hazırda respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib. Son 15 ildə respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib. Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Prezident İlham Əliyev ölkədə yaradılan müasir infrastrukturun böyük iqtisadi və sosial əhəmiyyət daşıdığına diqqət çəkərək deyib: “İlkin olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq”.
Neft gəlirləri hesabına müasir nəqliyyat qovşağının yaradılması respublikamıza Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Respublikamız yaradılan nəqliyyat infrastrukturu sayəsində ölkələri və insanları birləşdirməyə nail olub. Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır.
Azərbaycan neftdənkənar iqtisadiyyatın ikişafını hədəfləyən siyasət həyata keçirir
Son 15 ildə respublikamızda güclü iqtisadiyyat qurulması üçün bütün şərtlər təmin edilib, ölkəyə gələn neft gəlirləri hesabına iqtisadiyyatın ayrı-ayrı sektorlarının maliyyə təmninatı möhkəmləndirilib. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan bir ölkədir. Lakin ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasət ilk növbədə neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasına hədəflənib. Prezident İlham Əliyev respublikamızın perspektiv inkişafla bağlı əsas hədəfini nəzərə çatdıraraq bildirib ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. “Bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn tədbirlərin miqyası kifayət qədər genişdir. Xüsusilə son vaxlarda respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar, o cümlədən də ixracın və investisiyaların təşviqi mexanizminin işə salınması, ayrı-ayrı sektorlar üzrə strateji yol xəritələrinin qəbul olunması, biznes mühitinin daha da optimallaşdırılması, struktur dəyişikliklərinin aparılması, idarəetmədə çevikliyin artırılması qeyri-neft sektorunda böyük canlanma yaradıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minə yaxın iş yerinin açılacağı gözlənilir. Artıq tarixə dönən 2018-ci ildə isə sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib. Bütövlükdə respublikamızda qeyri-neft iqtisadiyyatı üzrə istehsalın və ixracın genişlənməsi məmnunluq doğurur. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb. Halbuki bir vaxtlar Azərbaycan iqtisadiyyatı əsasən neft sektorunun hesabına artırdı. Bütövlükdə, həyata keçirilən məqsədyönlü tədbirlər ölkəmizdə qeyri-neft sektorunun sərmayə cəlbediciliyini artırıb. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Dünya Bankının “Doing Business” reytinqində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq”, - deyə vurğulayıb.
Son illərdə həmçinin respublikamızın ixracı da əsasən qeyri-neft sektorunun hesabına genişlənir. 2018-ci ildə dövlət dəstəyi hesabına xarici ölkələrə 11 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər çərçivəsində ABŞ, Almaniya, BƏƏ, Çexiya, Qətər və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 50-dən çox müqavilə imzalanıb və razılaşma əldə olunub. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13,8 faiz, sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 56,2 faiz artıb. Bütövlükdə, ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq edilməsi ilə bağlı tədbirlər perspektivdə də davam etdiriləcək. Təkcə 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunası, eləcə də ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub.
Qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu Azərbaycanın qarşıya qoyduğu əsas paradiqmalardan biridir
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Azərbaycanın dövlət başçısı İlham Əliyev bəhs olunan müsahibəsində Prezident kimi Onun qarşısında duran vəzifələrə diqqət çəkib. Bu vəzifələr sırasında həmçinin sənaye quruculuğu da yer alır. “Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir”, - deyə dövlət başçısı bildirib.
Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Respublikamızda yaradılan sənaye parkları, o cümlədən də son vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodları ölkəmizdə sənaye istehsalının genişlənməsinə güclü təsir göstərəcək. Yeri gəlmişkən, Davosda Prezident İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında keçirilən görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.
Heç şübhəsiz ki, Davosda Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməlinin qoyulması respublikamızda sənayenin gələcək inkişafına öz müsbət təsirini göstərəcək. Bəhs olunan görüşdə ölkəmizdə sənaye inkişafının diqqət mərkəzində saxlanılması yüksək qiymətləndirilib. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. Söhbət zamanı Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4950  |  
  • Tarix:  25-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA