Ana səhifə »  İqtisadiyyat »  Ölkəmizdə aparılan islahatlar aqrar sektorun uzunmüddətli və dayanıqlı inkişafını təmin edir
A+   Yenilə  A-
Ölkəmizdə aparılan islahatlar aqrar sektorun uzunmüddətli və dayanıqlı inkişafını təmin edir

Prezident İlham Əliyev: Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Respublikamız öz siyasətini zamanın dəyişən tələblərinə məharətlə uzlaşdırır. Belə ki, ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni trendlər və çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə islahatların davamlı şəkildə həyata keçirilməsinə xüsusi diqqət çəkib. Bu baxımdan cari il də istisna təşkil etməyib. “2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkədə kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır
Son illərdə dünyada müşahidə edilən yeni reallıqlar fonunda meydana çıxan qlobal çağırışlardan biri aqrar sektorun intensiv inkişafının təmin edilməsi zərurəti ilə bağlıdır. Verilən məlumatlara əsasən, 2050-ci ilədək Yer kürəsinin əhalisinin sayının 9,3 milyard nəfərə çatacağı gözlənilir. Bu isə ərzağa olan tələbatın indiki səviyyə ilə müqayisədə 70 faiz artması deməkdir. Torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artması təmin olunmalıdır. Təsadüfi deyildir ki, 2015-ci ildə BMT-nin qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.
BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan da aqrar sektoru intensiv metodlarla inkişaf etdirməyi, məqsədyönlü islahatlarla bu sektorda istehsal imkanlarını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına hesablanan islahatların bir çoxu məhz kənd təsərrüfatını əhatə edir.
Hazırda respublikamızda məhsuldarlığın artırılması hesabına rəqabətqabiliyyətliliyin və ərzaq təhlükəsizliyinin təmin edilməsi aqrar sektorda əsas vəzifə kimi qarşıya qoyulub. Bu isə bütün istiqamətlərdə innovativ istehsal və idarəetmə texnologiyalarının, mütərəqqi metod və həllərin geniş tətbiqini tələb edir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov KİV-ə verdiyi müsahibəsində bildirib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyənləşdirilmiş islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində 3 əsas prinsipi - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqini rəhbər tutur. Qurum rəsmisinin məlumatına əsasən, aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəz beynəlxalq çağırışlara cavab verən və elmi yanaşmalara əsaslanan tədqiqat və analitik-informasiya xidmətlərinin göstərilməsi ilə məşğul olan peşəkar qurum kimi formalaşdırılır. Aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə çatdırılması, bu qurumların məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi istiqamətində həyata keçirilən institusional islahatlar çərçivəsində nazirliyin tabeliyində Aqrar Elm və İnnovasiya Mərkəzinin yaradılması da təqdirəlayiq haldır. Aparılan islahatlara uyğun olaraq bütün elmi tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələri tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. Elmi tədqiqat institutlarında yaradılan potensial hesabına istehsalçılar yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək. Eyni zamanda, fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Tovuz rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri qurulur.
Aparılan islahatlar çərçivəsində peşəkar kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təlim planları və proqramları dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilir. Bütün laboratoriyalar tamamilə yenilənərək müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları yaradılıb, peşəkar mütəxəssislərin hazırlanması məqsədilə təşviqedici addımlar atılıb.
İndiyədək Kənd Təsərrüfatı Nazirliyi “Fermerlərə təlim və məsləhət xidmətlərinin təşkili üzrə Strategiya” hazırlayıb. Bəhs olunan strategiyaya uyğun olaraq fermerlərə peşəkar təlimlərin və məlumatlandırma tədbirlərinin keçirilməsinə başlanılıb. Eyni zamanda, Kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatlar, təhsil, təlim və informasiya məsləhət xidmətləri sisteminin formalaşdırılması istiqamətində fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsi məqsədilə “Aqrar Elm və Təhsilin İnkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq rayon (şəhər) kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. Bununla yanaşı, nazirlik yanında Fermerlər Şurası və Aqrar Məşvərət Şurası təsis edilib. DAİM-lərin və burada fəaliyyət göstərən Fermer Şuralarının formalaşdırılması prosesi yekunlaşıb.
Yeni şəraitdə kənd təsərrüfatında həyata keçirilən islahat tədbirlərinin bir qismi isə aqrar ticarət sahəsini əhatə edir. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, məhsulların satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi məqsədilə nazirlik yanında Dövlət Aqrar Ticarət Şirkətinin yaradılması bu istiqamətdə atılan çox mühüm addımdır. Prezident İlham Əliyev aqrar sektorda həyata keçirilən islahatları yüksək dəyərləndirib. “Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi respublikamızda postneft dövründə aqrar sektorun inkişafına ən yüksək səviyyədə siyasi iradə nümayiş etdirildiyini bir daha təsdiqləyir. Sənəddə vurğulandığı kimi, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.
Respublikamızda aqrar sektorun inkişafının daim diqqət mərkəzində saxlanılması, istehsal imkanlarının artırılmasını hədəfləyən islahatların uğurla həyata keçirilməsi, fermerlərə dəstək tədbirlərinin əhatə dairəsinin mütəmadi olaraq genişləndirilməsi öz növbəsində kənd təsərrüfatında yüksək nəticələrin qazanılmasını şərtləndirib. Son 15 ildə biz ölkənin aqrar sektorunda davamlı inkişafı müşahidə edirik. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Kənd təsərrüfatında inkişaf templəri 2018-ci ilin 9 ayında da yüksək olub. Prezident İlham Əliyev bəhs olunan dövrdə aqrar sektorda qazanılan uğurlardan məmnunluğunu ifadə edərək vurğulayıb: “Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir”.
Bütövlükdə, Azərbaycanın regionlarında aqrar sektorun inkişafı üçün geniş perspektivlər mövcuddur. Şübhə yoxdur ki, başlanan və miqyası getdikcə daha da genişləndirilən islahatlar respublikamızda həm iqtisadi, həm də böyük sosial əhəmiyyət daşıyan kənd təsərrüfatının bundan sonra da dinamik inkişafını təmin edəcək. “Əminəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir”, - deyə dövlət başçısı vurğulayıb.
Aqrar sektorda müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
Respublikamızda aparılan islahatlara uyğun olaraq aqrar sektorda müasir iri təsərrüfatların yaradılması geniş vüsət alıb. Qabaqcıl texnologiyalar əsasında yaradılan iri fermer təsərrüfatları və aqroparklar son illərdə ölkə üzrə aqrar sektorun inkişafında, istehsal və ixrac imkanlarının genişlənməsində çox mühüm rol oynayır. İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına əsasən, hazırda respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.
İri təsərrüfatlar ilk növbədə əmək resurslarından, texnikadan daha səmərəli istifadə edilməsi, müasir suvarma sisteminin tətbiqi baxımından əlverişlidir. Nəticədə, becərilən hər hektar üzrə məhsuldarlıq artır. Prezident İlham Əliyev taxılçılıq üzrə yaradılan iri təsərrüfatlarda məhsuldarlığın artmasına diqqət çəkərək vurğulayıb: “İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür”.
Ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək məqsədi ilə yeni innovativ layihə üzərində iş aparılır
Reallaşdırılan islahatlar çərçivəsində aqrar sektorda çalışan istehsalçılara göstərilən maddi dəstək tədbirlərinin miqyası da kifayət qədər genişdir. Belə ki, respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq məhsul istehsalçılarının stimullaşdırılması, onların istehsal xərclərinin azaldılması və gəlir əldə etmək imkanlarının artırılması məqsədilə dövlət tərəfindən böyük həcmdə dəstək tədbirləri göstərilir. Qeyd etmək yerinə düşər ki, təkcə son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif dəstək tədbirləri üzrə 1.2 milyard manata yaxın subsidiya ödənilib. İ.Kərimov vurğulayıb ki, nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək.
Aqrar sektorda istehsal imkanlarının genişləndirilməsində fermerlərin müxtəlif növ texnika ilə təminatlarının gücləndirilməsi də mühüm rol oynayır. Respublikamızda məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təchizatının daha da yaxşılaşdırılması üçün dəstək və xidmət tədbirləri daim nəzarətdə saxlanılır. İndiyədək “Aqrolizinq” ASC tərəfindən ölkəyə 44 minə yaxın kənd təsərrüfatı texnikası, 843 min ton mineral gübrə və 30 mindən artıq damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə istifadəyə verilib. Ölkəyə dünyada məşhur olan şirkətlərin istehsal etdikləri müasir texnikanın gətirilməsi 2018-ci ildə də davam etdirilib. Aqrar sektorda texnika ilə təchizatın böyük dərəcədə yaxşılaşdığını nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, hazırda “Aqrolizinq” ASC-də ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək məqsədi ilə yeni innovativ layihə üzərində iş aparılır. Layihənin məqsədi ölkə üzrə vahid mexanizator reyestrinin formalaşdırılması, fermer-mexanizator münasibətlərinin elektronlaşdırılmasıdır. Yeni layihəyə əsasən hər hansı bir aqrotexniki xidmətə ehtiyacı olan fermer mobil aplikasiya vasitəsi ilə sistemə daxil olaraq ölkə üzrə mövcud texnika və mexanizatorlar üzrə axtarış verəcək və qeyd etdiyi axtarış parametrləri üzrə ona vahid bir sistemdən məlumatlar təqdim olunacaq. Növbəti mərhələdə fermer sistemdə müvafiq şərtlərlə tanış olaraq öz sifarişini verəcək.
Müvafiq təşviq mexanizmi fermerlərdə məhsul ixracına böyük maraq yaradıb
Azərbaycanın aqrar sektorun davamlı inkişafı ilə bağlı qarşıya qoyduğu hədəflərdən biri də ixracın genişləndirilməsidir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Mən kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxartmaq üçün böyük üstünlüklərə malikdir. Belə ki, respublikamız bir sıra böyük istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda ölkəmizdə yetişdirilən yüksək keyfiyyətli meyvə-tərəvəz yaxşı tanınır və onlara böyük tələbat var. Eyni zamanda, respublikamızda aqrar sektorda ixracın genişləndirilməsinə güclü siyasi iradə göstərilir. İslahatlar çərçivəsində ixracın səmərəli təşviq mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və bu kimi digər tədbirlər fermerlərdə məhsul ixracına böyük marağı təmin edir.
Respublikamızdan xarici dövlətlərə ixrac missiyalarının təşkili, beynəlxalq sərgilərdə Azərbaycanın vahid ölkə stendi ilə çıxış etməsi, ayrı-ayrı böyük şəhərlərdə ticarət evlərinin yaradılması da məhsullarımızın dünyada tanıdılmasında mühüm rol oynayır. Bir qədər bundan əvvəl respublikamızı təmsil edən 23 şirkətin məhsulları Fransanın Paris şəhərində keçirilmiş “Sial Paris” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycanın “A+Co” şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, “Göygöl Şərab Zavodu”nun məhsullarının ABŞ, Komboca və Çinə ixracına dair ilkin razılıqlar əldə edilib. Azərbaycanın “Aznar”, “Agro-Azerinvest”, “Tovuz Baltiya” şirkətləri öz məhsullarının Braziliya, Ukrayna, Almaniya, Yaponiya, İtaliya, Çin, Rumıniya və Kombocaya ixracına dair danışıqlar aparıblar. Bundan başqa, Azərbaycanın “Mars-FK” şirkəti Fransaya 36 ton, Cibutiyə 18 ton, Polşaya həftədə 18 ton, “Kaslar” şirkəti isə Polşaya 40 ton fındıq ləpəsinin ixracına dair razılıq əldə ediblər. Yaxın vaxtlarda məhsulların müvafiq ölkələrə ixracına başlanılacaq. Sərgidə Azərbaycanın “Eco-Dry” şirkəti ilə Cibutinin “Al-Camil” şirkəti arasında alma ixracına dair sazişin imzalanması barədə razılığa gəlinib. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan “Azərstar” şirkəti öz məhsullarının Rusiya, İtaliya və Fransaya, “AZ-Granata” şirkəti isə İsrail, ABŞ-a nar şirəsi, İspaniyaya nar şərabı ixracına dair razılıq əldə ediblər. “Balxurma” şirkəti Fransa, Portuqaliya, Hollandiya, Almaniya, İsveçrə və Rumıniyadan olan topdansatış şirkətləri, həmçinin İtaliya, Dubay, Misir və Yaponiyada fəaliyyət göstərən “Horeca” mağazalar şəbəkəsi ilə məhsulların ixracına dair danışıqları davam etdirir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2100  |  
  • Tarix:  01-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA