Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda ilk dəfə - 680 torpaq sahibinin birləşdiyi istehsal kooperativinin təqdimat mərasimi keçirilib

Azərbaycanda ilk dəfə - 680 torpaq sahibinin birləşdiyi istehsal kooperativinin təqdimat mərasimi keçirilib

23.11.2018 [09:15]

İnam Kərimov: Kooperativlərdə birləşən fermerlərə daha çox subsidiya ayrıla bilər
“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Birlik” İstehsal Kooperativi yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə noyabrın 22-də Yaxadəllək kəndində kooperativin təqdimat mərasimi keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov mərasimi açaraq, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə başlayan torpaq islahatının uğurla başa çatdığını, ölkədəki aqrar inkişafın əsasının bu islahatlar zamanı qoyulduğunu bildirib. O, islahatlar nəticəsində ölkədə yüz minlərlə insanın torpaq sahibi olduğunu, fərdi təsərrüfat yaratdığını xatırladıb. Hazırda ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılmasının zərurətə çevrildiyini bildirən Nazim İsmayılov Sabirabaddan başlayan kooperativləşmə prosesinin digər rayonlarda davam edəcəyinə ümidvar olduğunu deyib.
Kənd təsərrüfatı naziri İnam Kərimov açılış mərasimində çıxış edərək ölkəmizdə aparılan torpaq islahatlarından, istehsalçılara göstərilən dövlət dəstəyindən söz açıb. Kooperasiyanın inkişaf etdiyi ölkələrin aqrar sahədə çox böyük uğurlara imza atdıqlarını vurğulayan İnam Kərimov deyib: “Pay torpaqlarının birləşdirilməsi fermerlərin təkbaşına üzləşdikləri çətinlikləri birlikdə dəf etmələrini asanlaşdıracaq. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi olaraq Beşdəli və Yaxadəllək kənd sakinlərinin təşəbbüsünü alqışlayırıq. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir və fermerlərin gəlirlərini daha da artırır. Bu, həmçinin rəqabət qabiliyyətli məhsul istehsalını, xarici bazarlara çıxışı asanlaşdırır. Digər tərəfdən fermerlər torpaq və əmlakı birləşdirməklə kooperativə iri investisiya layihələri cəlb edə, mövcud texnikadan daha səmərəli yararlana, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəklər”.
Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi kooperativlərin inkişafını dəstəkləyir. “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Bildiyiniz kimi, nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Biz Azərbaycanda kooperasiyanın gələcəyinə ümidlə baxdığımız üçün bu şöbəni təsis etmişik”, - deyə nazir bildirib.
İnam Kərimov deyib: “Ölkədə kooperasiyanın inkişafına dair 2017-2022-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Biz fermerlərin kooperativ yaratmaq təşəbbüsünü dəstəkləmək məqsədilə bir sıra tədbirlər həyata keçirməyi düşünürük. Belə tədbirlərdən biri kooperativlərdə birləşən fermerlərə daha çox subsidiyanın ayrılması ola bilər. Nazirlik bu və digər stimullaşdırıcı tədbirlər üzərində çalışır”.
Tədbirdə çıxış edən “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyev yeni yaradılan qurumda 680 vətəndaşın birləşdiyini deyib. Kooperativin ümumi sahəsi 850 hektar əkin sahəsini əhatə edir, bu isə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi deməkdir. Şamil Əliyev kooperativ üzvlərindən 380 nəfərin kişi, 300 nəfərin isə qadın olduğunu deyib. Onun sözlərinə görə, artıq ilk təşəbbüs beynəlxalq qurumların diqqətini cəlb edib və bu günlərdə İsraildən gəlmiş ekspertlər kooperativin əkin sahələrindən analiz üçün nümunələr götürüblər.
Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş pambıqçı, Prezident təqaüdçüsü Fatma Hüseynova çıxış edərək torpaqlardan səmərəli istifadənin, texniki bitkilərə düzgün aqrotexniki qulluğun vacibliyindən danışıb. O, kooperativin yaradılması təşəbbüsünü müsbət qiymətləndirib və bildirib ki, bu kimi təşəbbüslər ölkədə aqrar sahənin daha da inkişafına təkan verəcək.
Tədbirin sonunda Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov Sabirabad rayonu “Birlik” İstehsal Kooperativinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirib.
Kooperativ üzvləri tədbirdə çıxış edərək yeni yaradılan birliyin imkanları, perspektivləri barədə fikirlərini bölüşüblər.

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31