Ana səhifə »  İqtisadiyyat »  Milli Məclis komitələrinin birgə iclaslarında 2019-cu ilin büdcə zərfinin müzakirələri yekunlaşıb
A+   Yenilə  A-
Milli Məclis komitələrinin birgə iclaslarında 2019-cu ilin büdcə zərfinin müzakirələri yekunlaşıb

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova iclasda büdcənin bütün parametrləri üzrə fikir mübadiləsinin aparılacağını deyib. O bildirib ki, büdcənin müzakirə edildiyi ötən iki iclasda hökumət nümayəndələri həm büdcənin bütün parametrlərini, həm ölkədəki real vəziyyəti, həm də gələcək inkişaf illəri üçün proqnoz göstəriciləri ətraflı şərh edib, ildən-ilə təkmilləşən büdcə sənədini təqdim ediblər.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2019-cu il dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial-iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb.
Nazir qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti nəzərə alınıb, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
S.Şərifov diqqətə çatdırıb ki, təqdim edilən büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi proseslər deyil, eyni zamanda, dünyada və ələlxüsus yerləşdiyimiz regionda baş verən geosiyasi proseslər və iqtisadi dəyişikliklər nəzərə alınmaqla tərtib olunub.
Nazir bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin tərtibindən başlayaraq növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun olaraq hazırlanacaq. Bu qaydanın tətbiqi neft qiymətlərinin artımı və azalması zamanı dövlət xərclərinin prosiklikliyinin qaldırılmasını və dayanıqlı olmasını tələb edir. Bu əsasda icmal büdcənin xərclərinin yuxarı həddi üzrə məhdudiyyət tətbiq edilir.
“2019-cu ilin icmal büdcəsi barədə deyə bilərəm ki, qeyri-neft büdcə kəsirinin təxminən 1,7 faiz azalması nəzərdə tutulur. 2019-cu ildən etibarən vergi sahəsində bir sıra vacib dəyişikliklərin ediləcəyi nəzərdə tutulub. Söhbət böyük vergi islahatından gedir. İlk növbədə, qeyd etməliyəm ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərinə muzdlu işdən aylıq gəlir vergisi üzrə 7 il müddətində güzəşt tətbiq olunacaq. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi ilə əlaqədar layihə təqdim olunub”, - deyə S.Şərifov bildirib.
Maliyyə naziri qeyd edib ki, digər mühüm istiqamət göstərilən güzəştin alıcıları üçün məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün bir hissəsinin işçinin üzərinə ötürülməsidir. Həmçinin qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəşti daha beş il müddətinə uzadılır. Gələn ildən vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiq edilməsində də dəyişiklik olunacaq. Eyni zamanda, əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi nəzərdə tutulur.
Dövlət büdcəsinin parametrləri barədə məlumat verən nazir bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək.
Büdcə təşkilatlarının ödənişli xidmətləri də cari ildə kifayət qədər artacaq. Amma dövlət büdcəsinə əsas gəlirlərin Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xətti ilə təmin olunması proqnozlaşdırılır.
Bildirilib ki, 2019-cu il dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 30,2 faizi həcmində olmaqla 24 milyard 780 milyon manat nəzərdə tutulub. 2019-cu ilin dövlət büdcəsi xərclərində konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün 10,3 milyard manat vəsait nəzərdə tutulur. Bu da dövlət büdcəsi xərclərinin 42 faizə yaxın hissəsini təşkil edir.
S.Şərifov deyib ki, növbəti ilin dövlət büdcəsi də ənənəvi olaraq sosialyönümlü büdcə olaraq qalacaq. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 790 milyon manat, yəni 14 faiz çoxdur.
Maliyyə naziri diqqətə çatdırıb ki, cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqıları artırılıb. Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu məsələ də dövlət büdcəsində öz əksini tapıb.
Bildirilib ki, sosialyönümlü xərclərin tərkib hissəsi olan bədən tərbiyəsi, idman tədbirləri və gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı xərclərə 86 milyon manat vəsaitin sərf edilməsi nəzərdə tutulub. Bu da cari illə müqayisədə 35 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər 262 milyon manat məbləğində nəzərdə tutulur. Bu da cari illə müqayisədə 7 faiz çoxdur.
Nazir qeyd edib ki, Azərbaycan Respublikasının maraqlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında müdafiəsi və həmin məhkəmənin qərarlarının ölkə daxilində icrası ilə bağlı xərclər üçün də müvafiq vəsaitlər nəzərdə tutulub. Məhkəmə prosesləri ilə bağlı aztəminatlı şəxslərə cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, məhkəmə qərarlarının icrası və digər sosial-iqtisadi tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün də 15 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. İnsan hüquqları üzrə müvəkkilin maliyyə təminatı üçün dövlət büdcəsindən 2,3 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb, bu da cari illə müqayisədə 18,7 faiz çoxdur.
Qeyd edilib ki, Prezident İlham Əliyevin dövlət orqanları tərəfindən ölkə əhalisinə yüksək səviyyədə xidmətlərin göstərilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq növbəti ilin dövlət büdcəsində “ASAN xidmət”in fəaliyyətinin təşkili və onun əhatə dairəsinin genişləndirilməsi üçün 28 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 15 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, dövlət büdcəsinin layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunmaqla bağlı xərclər də öz əksini tapıb. Bu xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmin vəsaitin daxilində 115 milyon manat Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Həmin xərclərin təxminən 4 milyon manatı ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin, 4,2 milyon manatı isə xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.
“Həmçinin üzvlük haqları ilə bağlı vəsaitlər də nəzərdə tutulur. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırılması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümumiyyətlə, ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə S.Şərifov qeyd edib.
Bildirilib ki, növbəti ildə dövlət büdcəsindən bələdiyyələrə cəm olaraq 7,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. O cümlədən bələdiyyə büdcələrinə 5,2 milyon manat dotasiya verilməsi və bələdiyyələrə məxsus su təchizatı qurğularının istismarı və xidməti ilə bağlı 2 milyon manat və bələdiyyələr tərəfindən bəzi məqsədli layihələrin həyata keçirilməsi məqsədi üçün yarım milyon manat subvensiyanın ayrılması nəzərdə tutulub.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası qanunvericiliyə uyğun olaraq 2019-cu il üçün dövlət büdcəsinin layihəsinə rəyini müvafiq qaydada təqdim edib. Bildirib ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının qüvvədə olduğu dövrdə hazırlanan ilk layihədir. Növbəti ilin büdcəsi ilə bağlı qanun layihəsi və birgə təqdim olunan sənəd və məlumatlar “Büdcə sistemi haqqında” Qanunun 12-ci və 16-cı maddələrinə uyğun şəkildə tərtib edilib, tələb olunan göstəricilər bu sənədlərdə əks olunan və müəyyən olunan müddətdə Hesablama Palatasına təqdim edilib.
Hesablama Palatasının sədri deyib ki, həmçinin dövlət maliyyəsinin mümkün tərəddüdlərdən qorunması, borc dayanıqlılığının təmin edilməsi və fiskal intizamın möhkəmləndirilməsi, zəruri ehtiyatların formalaşdırılması məqsədini güdən büdcə qaydaları təqdim edilən sənədlərdə təmin edilib.
V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası büdcə zərfinin məlumatlılığının genişləndirilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarına əlavələrin də edilməsini məqsədəmüvafiq hesab edir. Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi büdcənin icrası prosesinə təsir etməklə yanaşı, maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır.
Bildirilib ki, 2019-cu ildə dövlət büdcəsi gəlirləri 768,5 milyon manat çox olmaqla 22,9 milyard manat məbləğində proqnozlaşdırılıb. Dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirləri azalma, qeyri-vergi gəlirləri artım ilə nəzərdə tutulub. Respublikamızda vergi gəlirlərinin ümumi daxili məhsula nisbəti cari illə müqayisədə növbəti ildə 0,6 faiz bəndi azalaraq 11,5 faiz təşkil edəcək.
Palatanın sədri deyib ki, büdcənin vergi gəlirlərinin tərkibində iki məqam qeyd olunmalıdır. İlk olaraq, əlavə dəyər vergisi ilə bağlı bildirilməlidir ki, bu vergi növünün ümumi daxili məhsula nisbəti növbəti il üçün 5 faiz nəzərdə tutulub və müqayisə üçün deyilməlidir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərdə orta göstərici 7 faizə yaxındır.
Növbəti il üçün proqnozlaşdırılan əlavə dəyər vergisi məbləğinin 44 faizi Vergilər Nazirliyinin, 56 faizi Gömrük Komitəsinin xətti ilə təmin ediləcək. “Bununla yanaşı, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunması ilə bağlı nəzərdə tutulmuş dəyişikliyin tətbiqinin publik hüquqi şəxslər tərəfindən maliyyə, mühasibat və vergi uçotunun kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcəyini ehtimal etmək olar. Hesablama Palatası həmin azadolmaların müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edir. Ümumiyyətlə, güzəşt və azadolmaların təsir miqyasının və onların tətbiq olunmadığı təqdirdə həmin vergi məbləğlərinin iqtisadi sistemə effektinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vergi güzəştlərinin tətbiqində əsas məqsəd vergiödəyicilərinin vergi yüklərinin bərabərləşdirilməsidir. Bu baxımdan Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini məqsədəmüvafiq hesab edir”, - deyə V.Gülməmmədov bildirib.
Palata sədri dövlət büdcəsinin keyfiyyət strukturu ilə bağlı qeyd edib ki, Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq büdcə xərclərini onların iqtisadi artıma töhfəsi baxımından iki qrupa ayırıb. Birinci qrup kimi şərti-istehsal xərclərinin və ya iqtisadiyyatın real sektoruna yönələn xərclər müəyyən olunub ki, həmin xərclərin də xüsusi çəkisi növbəti ilin dövlət büdcəsində əvvəlki illə müqayisədə artaraq 34,4 faiz səviyyəsində nəzərdə tutulub. Lakin, eyni zamanda, vurğulanmalıdır ki, bu xərclərin tərkibində investisiya xərcləri nəzərə alınmadıqda real sektorun bəzi istiqamətlərində azalma proqnozlaşdırılıb. İkinci istiqamət olaraq şərti-qeyri istehsal xərclərinə sosial siyasətin həyata keçirilməsi, müdafiə-idarəetmə, borca xidmət xərcləri və digər fəaliyyət üzrə xərclər aid edilib ki, əvvəlki illə müqayisədə bu xərclərdə də artım nəzərdə tutulub.
Ombudsman Elmira Süleymanova uşaqlara yönəlmiş sosial xidmətlər üçün ayrılan vəsaitlərin, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, himayəçilərinə verilən müavinətin məbləğinin minimal ehtiyac meyarlarına çatdırılmasını təklif edib.
İclasda Milli Məclisin deputatları da qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Maliyyə naziri Samir Şərifov iclasda qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  08-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA