Ana səhifə »  İqtisadiyyat »  “Star Rafineri” zavodunun açılışı Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisədir
A+   Yenilə  A-
“Star Rafineri” zavodunun açılışı Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisədir

Prezident İlham Əliyev: Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır
Xəbər verildiyi kimi, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycanın investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Tədbirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və iki qardaş ölkənin digər yüksək səviyyəli rəsmiləri qatılıblar. Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olan “Star” neft emalı zavodunun açılışı bir çox cəhətdən diqqəti cəlb edir. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev “Star Rafineri”nin açılışını Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisə kimi səciyyələndirib.
“Star Rafineri” zavodunun istifadəyə verilməsi Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Dünyada iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin Ulu öndəri Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə bütün Türk dünyasının daha bir görkəmli şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamlarında ifadə olunub. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə bəhs olunan çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna bir daha diqqət çəkib: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik”.
Azərbaycanla Türkiyənin dostluğuna aid çoxlu faktlar sadalamaq mümkündür. Türkiyə ən çətin məqamlarda Azərbaycana qardaşlıq köməyi göstərib. Bu barədə söhbət açarkən 1918-ci il sentyabrın 15-də baş verən hadisələri xüsusi qeyd etmək lazımdır. Xalqımız 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsini daim minnətdarlıq hissi ilə xatırlayır. İşğaldan azad edilən Bakı öz sahibinə, Azərbaycan xalqına qaytarıldı və bir neçə gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildi. Bu, unudulmaz tarixdir. Həmin tarixdən 100 il sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm hərbi parad iki ölkənin dostluğunun, qardaşlığının əbədi və sarsılmaz olduğunu bütün dünyaya göstərdi.
Bir neçə gün bundan əvvəl Azərbaycan xalqı respublikamızın müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Əlamətdar haldır ki, Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini ilk dəfə tanıyan dövlət də məhz Türkiyə olub. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olmuşdur. Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük”.
Türkiyə respublikamızın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasətə hərtərəfli dəstək verir. Qardaş ölkə Azərbaycana qarşı apardığı ilhaq siyasətinə cavab olaraq işğalçı dövlətlə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən Ermənistanla sərhədlərini bağlayıb.
Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməyə çalışan və qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi bundan sonra da yaddaşlardan silinməyəcək.
Azərbaycan həmçinin Türkiyənin FETÖ, PKK, PYD, YPG, İŞİD terror qruplaşmalarına qarşı apardığı ədalətli mübarizəyə dəstək nümayiş etdirir. Qardaş ölkənin başladığı və uğurla tamamladığı “Zeytun budağı” əməliyyatının aparılmasında Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub.
Sadalanan faktlar Türkiyə-Azərbaycan qardaşlığının parlaq səhifələridir. Eyni zamanda, getdikcə artan iqtisadi əlaqələr, qarşılıqlı investisiya qoyuluşu da iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan İzmirdə yeni istifadəyə verilən zavodun da böyük əhəmiyyəti var. Belə nəhəng müəssisənin yaradılması iki qardaş ölkənin gücünü və bir-birinə olan böyük inamını bir daha təsdiqləyir. Bu kimi amillərə diqqət çəkən Prezident İlham Əliyev “Bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”, - deyə vurğulayıb.
İzmirdə “Star Rafineri”nin açılışı və digər nəhəng layihələr Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsini təcəssüm etdirir
Son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də iqtisadi səmərəsi kifayət qədər böyükdür. Hazırda hər iki ölkə rəhbərliyi dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün birgə səylər göstərirlər.
2018-ci ilin yayında Azərbaycan qazının Avropaya daşınması məqsədilə inşa edilən Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən birinin - TANAP-ın istifadəyə verilməsi çox haqlı olaraq Türkiyə-Azərbaycan dostluğunun növbəti zəfəri kimi dəyərləndirilir. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Sadalanan bu və ya digər layihələrin ərsəyə gəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi mühüm rol oynayıb. Sirr deyil ki, müəyyən güc mərkəzləri iki qardaş ölkənin əməkdaşlığını əngəlləmək, o cümlədən də hansısa bir formada bəhs olunan layihələrin qarşısını almaq üçün dəridən-qabıqdan çıxırdılar. Ayrı-ayrı mərhələlərdə layihələrin texniki parametrləri, investisiya xərcləri, təhlükəsizlik kimi məsələlər müzakirə mövzusuna çevrilmişdi. Bu dairələr ciddi-cəhdlə qeyd olunan layihələrin səmərəli olmayacağını əsaslandırmağa çalışırdılar. Lakin zaman Azərbaycan və Türkiyə prezidentlərinin siyasi qətiyyətinin nə qədər güclü olduğunu bütün dünyaya göstərdi. Xatırlatmaq yerinə düşər ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun və 2018-ci ildə TANAP-ın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak ediblər.
Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında əsl qardaşlıq münasibətləri mövcuddur. Bu amil də iki ölkə arasında əlaqələrin inkişafına daha güclü impuls verir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə qardaş ölkədə üç dəfə səfərdə olub. Eyni zamanda, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər edib. Bu səfərlərin sayı özlüyündə Türkiyə-Azərbaycan əlaqələrinin, qarşılıqlı etimadın ən yüksək səviyyədə olduğunu təsdiqləyir.
Yuxarıda bəhs olunan layihələr, o cümlədən də İzmirdə “Star Rafineri”nin açılışı da Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsini təcəssüm etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, İzmirdə yeni nəhəng müəssisənin istifadəyə verilməsi onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. “Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng layihələr həm iki dövlət və xalq, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır
Azərbaycanla Türkiyənin həyata keçirdiyi nəhəng layihələr həm iki dövlət və xalq, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır. İndiyədək hər iki qardaş ölkə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin uğurlu istismarından böyük iqtisadi fayda götürüblər. Cənub Qaz Dəhlizi də bu baxımdan istisna deyil. Bəhs olunan infrastruktur layihələri regional əməkdaşlığı dərinləşdirir. Vurğulamaq yerinə düşər ki, haqqında danışdığımız layihələrin icrasında region dövlətləri yaxından iştirak ediblər. Beynəlxalq tərəfdaşlar, maliyyə qurumları da layihələrə öz güclü dəstəklərini göstəriblər. Burada Avropa İttifaqına üzv dövlətlərin, Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi qeyd edə bilərik. Səmərəli regional və qlobal əməkdaşlıq formatlarından kənarda layihələrin reallaşdırılmasında hər hansı uğurdan da söhbət açmaq mümkün olmazdı. Prezident İlham Əliyev Türkiyə və Azərbaycanın birgə reallaşdırdığı layihələrin əhəmiyyətinə diqqət çəkərək deyib: “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır”.
Hər iki ölkənin imkanlarının təqdim olunması və qazanc imkanlarının artması baxımından İzmirdə istifadəyə verilən yeni müəssisə də böyük əhəmiyyətə malikdir. Müəssisənin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.
“Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.
Regionda yaradılan yeni enerji və nəqliyyat xəritələrinin altında Azərbaycanın və Türkiyənin imzaları var
Türkiyə və Azərbaycanın birgə səylərlə reallaşdırdıqları layihələr bütövlükdə Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Bunu qürur hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev “Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var”, - deyə vurğulayıb.
Regionda Azərbaycanla Türkiyənin birgə səyləri ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi şaxələndirilmiş boru kəmərləri şəbəkəsinin qurulması strateji mahiyyət daşıyır. Şaxələndirilmiş infrastruktur sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Azərbaycandan başlayan və Türkiyədən keçməklə Avropanın boru kəmərləri ilə birləşən şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Belə ki, istehlakçılar tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. İstehsalçı ölkə kimi Azərbaycanın və tranzit ölkə kimi Türkiyənin prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki Avropa ölkələri bir neçə il bundan əvvəl soyuq qış aylarında təchizatçı dövlətlərin belə təzyiqləri ilə üzləşmişdi. Azərbaycan və Türkiyə enerji istehsalı və tranziti siyasətində üzərlərinə götürdükləri öhdəliklərə yüksək səviyyədə əməl edirlər.
Azərbaycanla Türkiyənin birgə iştirakı ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur. Azərbaycan və Türkiyə yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edib. Eyni zamanda, yeni dəmiryol bağlantısı ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır.
Qeyd edək ki, fəaliyyətdə olduğu qısa müddətdə Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq yaranıb. Ayrı-ayrı ölkələr və şirkətlər bu yolun üstünlüklərindən bəhrələnməyə çalışırlar. Bunu yükdaşımaların həcminin artmasından da görmək mümkündür. Ötən il bu marşrutla 191, 2018-ci ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. Bütövlükdə, cari ilin sonunadək BTC vasitəsilə 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Mütəxəssislərin qənaətinə görə, qarşıdakı illərdə bu marşrutla beynəlxalq yükdaşımaların həcmində dəfələrlə artım müşahidə ediləcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4590  |  
  • Tarix:  24-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA