Ana səhifə »  İqtisadiyyat »  Sahibkarlar dövlətin güzəştli kreditlərini daha aşağı faizlə əldə edəcəklər
A+   Yenilə  A-
Sahibkarlar dövlətin güzəştli kreditlərini daha aşağı faizlə əldə edəcəklər

Sahibkarlar dövlətin güzəştli kreditlərini daha aşağı faizlə əldə edəcəklər.
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də sahibkarlar və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsində yeni qaydalar” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.
Qeyd edilib ki, özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir. Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov fondun vəsaitlərindən istifadə qaydası, eləcə də güzəştli kreditin verilməsi mexanizmi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, güzəştli kreditlərdən daha səmərəli istifadə olunması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.
Məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun strukturunda Təhlil və risklərin idarə edilməsi şöbəsi yaradılıb və bu şöbə fondun vəsaitlərinin səmərəli yerləşdirilməsi məqsədilə mütəmadi olaraq təhlil və araşdırmalar aparacaq. Yeni yaradılmış Daxili audit şöbəsi isə fondun risklərinin idarə olunması, daxili idarəetmə və nəzarət sistemlərinin, idarəetmə prosesinin təkmilləşdirilməsi, eləcə də struktur bölmələrinin auditini həyata keçirəcək.
Aparılan dəyişikliklər, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradacaq.
Sonda sahibkarların və müvəkkil kredit təşkilatları nümayəndələrinin sualları cavablandırılıb.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  03-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

26 May 12:03
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26 May 11:56
Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər
26 May 11:50
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
26 May 10:34
Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi
26 May 10:21
Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib
26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA