Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan-Rusiya Regionlararası Forumu işini plenar iclasla başa çatdırıb
A+   Yenilə  A-
Azərbaycan-Rusiya Regionlararası Forumu işini plenar iclasla başa çatdırıb

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılışı mərasimi plenar iclasla davam edib.
AZƏRTAC xəbər verir ki, plenar sessiya Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin sədrliyi ilə keçirilib.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiyanın dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlər iki ölkənin əməkdaşlığının strateji xarakter almasına təkan verib. Rusiyanın Azərbaycanın idxal üzrə əsas tərəfdaşı olduğunu deyən nazir, həmçinin qeyri-neft məhsullarının ixracı sahəsində də Rusiyanın Azərbaycan üçün öncül yerdə dayandığını söyləyib. Azərbaycan indiyədək Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollar sərmayə yatırıb. Azərbaycanda Rusiya kapitallı 760 şirkət fəaliyyət göstərir.
Nəqliyyat və daşımalar sahəsindəki əlaqələrə də toxunan Şahin Mustafayev Şimal-Cənub nəqliyyat marşrutunun hər iki ölkə üçün dividendlər gətirdiyini diqqətə çatdırıb. O, Cənubi Asiyadan Rusiyaya yük daşımaların dinamik şəkildə artdığını qeyd edib.
Humanitar sahədə də əməkdaşlığın genişləndiyini söyləyən nazir bu sahədə əlaqələrin gücləndirilməsində Heydər Əliyev Fondunun böyük töhfələrinin olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda rus dilinin tədris olunduğu 340-dan çox ümumtəhsil məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slavyan Universiteti fəaliyyət göstərir.
Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirdiyini deyən rusiyalı nazir Maksim Oreşkin qeyd edib ki, mövcud imkanlar iqtisadi əməkdaşlığı daha da genişləndirməyə şərait yaradır. Ona görə də dövlət başçıları qarşımızda bu əməkdaşlığı yeni səviyyəyə qaldırmaq vəzifəsi qoyublar. Forumda prezidentlərin iştirakı onun əhəmiyyətini daha da artırır. “Biz gömrük sahəsində əlaqələrə diqqət ayırırıq, tariflər aşağı salınıb. Hətta yaşıl dəhlizin yaradılması istiqamətində irəli gedirik. Qarşımızda çox böyük imkanlar və görülməli işlər var. Böyük və kiçik biznesin əlaqələrinin inkişafına diqqəti artırmaq bizim məqsədlərimizdən biridir”, - deyə nazir bildirib.
Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli bu gün ikitərəfli münasibətlərin regionda bütün əlaqələrə təsir göstərdiyini, yeni əməkdaşlıq formatları yaratdığını deyib. Ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Əli Hüseynli Azərbaycan parlamentinin Rusiyanın regional qanunverici orqanları ilə də sıx əlaqələr qurduğunu deyib. O qeyd edib ki, Azərbaycan Rusiyanın regionda yeganə strateji tərəfdaşıdır.
Azərbaycan-Rusiya İşgüzar Şurasının məqsədinin iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin qurulması və genişlənməsi olduğunu deyən qurumun sədri Səməd Qurbanov bu məqsədlə görüşlərin, konfransların və forumların təşkil edildiyini qeyd edib. O, Şuranın fəaliyyəti haqqında geniş məlumat verib, burada müxtəlif sahələrə aid işgüzar dairələrin təmsil olunduğunu söyləyib. Səməd Qurbanov Azərbaycan şirkətlərinin Rusiya regionlarında fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini bildirərək rusiyalı biznesmenləri hərtərəfli əməkdaşlığa dəvət edib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repkin müştərək layihələrin sayının artırılması üçün bir neçə amilin əsas rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bunun üçün ikitərəfli görüşlərin sayını artırmaq, atılacaq addımların koordinasiyasına diqqət yönəltmək lazımdır. Aleksey Repkin deyib ki, hər iki ölkə sənayenin şaxələndirilməsinə təkan verməlidir: “Yüksək texnologiyalar sahəsində biz yaxşı əməkdaşlıq edə bilərik. Eyni zamanda, Rusiya regionları ilə Azərbaycanın əlaqələrinin daha da artırılmasına çalışmalıyıq. Burada Rusiyanın bir çox regionlarından nümayəndələr var və düşünürəm ki, onlar Azərbaycanda öz tərəfdaşlarını tapa biləcəklər”.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələrin iki ölkə arasında regionlararası əməkdaşlığın inkişafına güclü təkan verdiyini bildirib. O, Bakının son illər Prezident İlham Əliyevin diqqəti sayəsində sürətlə inkişaf etdiyini, burada yeni müəssisələrin yarandığını, paytaxtın məşhur turizm şəhərlərindən birinə çevrildiyini söyləyib. Eldar Əzizov Bakının Həştərxan, Volqoqrad və digər Rusiya şəhərləri ilə sıx əməkdaşlığı haqqında məlumat verib.
Plenar iclasda Azərbaycanın Gəncə şəhərinin, Şəki, İmişli rayonlarının icra hakimiyyətlərinin başçıları Niyazi Bayramov, Elxan Usubov və Vilyam Hacıyev, Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev, Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Novqorod vilayətinin qubernatoru Andrey Nikitin, Arxangelsk vilayətinin qubernatoru İqır Arlov çıxış edərək təmsil etdikləri regionların iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat veriblər. Çıxışlarda bu regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Sonra Azərbaycanın və Rusiyanın şirkətləri və biznes təşkilatları arasında sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “R-Farm” SC arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı və paylanması sahəsində əməkdaşlıq barədə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq barədə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq haqqında, Azərbaycanın “Khan-El” MMC və Rusiyanın “Qud-Fud Postavka” MMC şirkətləri arasında Rusiyaya fındıq ixracına dair, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və “Biznes qadınları” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq barədə, Azərbaycan Respublikasının “Dövlət Aqrar Ticarət Şirkəti” MMC və Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi Federal Dövlət Büdcə Təşkilatı arasında əməkdaşlıq haqqında, Azərbaycanın “Azhazelnut” MMC və Rusiyanın “Frutimpex” MMC arasında Rusiyaya fındıq ixracına dair, “Azər Sharab NM” MMC və “Del Monte” MMC arasında spirtli içkilərin Rusiyaya ixracı barədə, “Vefa Collection” MMC və “Delikatesoff” MMC arasında əməkdaşlıq haqqında, Azərbaycan Turizm Assosiasiyası və “Mahaçqala Beynəlxalq Hava Limanı” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə, Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyəti və Rusiyanın Həştərxan vilayəti hökuməti arasında əməkdaşlıq haqqında memorandumlar, “Grovv Group Azerbaijan” MMC və “Essen Logistic” MMC arasında pomidor satışına dair, Azərbaycanın “Mətanət-A” MMC və Rusiyanın “Matanat” MMC şirkətləri arasında Rusiyada quru inşaat qarışıqlarının istehsalı zavodunun tikintisinə dair, “Karvan-L” MMC və “TexSportServis” MMC arasında xidmət göstərilməsinə dair, Azərbaycanın “CTC Holdinq” ASC və Rusiyanın “Komman Group” MMC arasında ölkəmizə avadanlıqların tədarükünə dair müqavilələr imzalanıb.
Plenar iclasda “dəyirmi masa”ların moderatorlarının hesabatı dinlənilib.
Bununla doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  28-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

20:36
18 Dekabr
Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
20:07
18 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş olub
19:58
18 Dekabr
Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlimlərə başlayıb
19:36
18 Dekabr
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir
19:28
18 Dekabr
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19:16
18 Dekabr
Polşanın “Ambasador” jurnalı: “Azərbaycan Avropaya doğru”
19:10
18 Dekabr
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19:02
18 Dekabr
Yeni il münasibətilə Gəncənin baş meydanında bayram tədbirlərinə başlanılıb
17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6