Ana səhifə »  İqtisadiyyat »  Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib
A+   Yenilə  A-
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası olub, əməkdaşlığa dair Saziş imzalanıb
Sentyabrın 27-də Bakıda, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibdə iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Bu il sentyabrın 1-də Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələr arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb.
“Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşı, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülüb. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür”, - deyə Şahin Mustafayev bildirib.
Qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirildiyini vurğulayan nazir deyib: “Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir”.
Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan Şahin Mustafayev bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əhəmiyyətli rol oynadığını qeyd edib, sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun Bakıda keçirilməsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib. O deyib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və sair sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir.
M.Oreşkin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu deyib və bu baxımdan Forumun əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İşgüzar Şura iş adamları arasında əlaqələri genişləndirmək, işgüzar dairələr və dövlət qurumları arasında dialoq qurmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə yaradılıb. Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunur.
Səməd Qurbanov Azərbaycan iş adamları tərəfindən Rusiyada həyata keçirilən layihələr barədə də məlumat verib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə çıxışında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin çıxışlarında Bakı və Novqorodun potensialı, bu şəhərlərdə görülən işlər və regional əməkdaşlıq imkanları barədə məlumat veriblər.
“Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanov və digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar.
Forum işini Heydər Əliyev Mərkəzində və Bakı Biznes Mərkəzində təşkil olunmuş 7 istiqamət üzrə (sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə) “dəyirmi masa”larla və plenar iclasla davam etdirib.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  28-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

17:46
23 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
17:43
23 Oktyabr
“Caspian European Club”un enerji üzrə komitəsinin iclası təşkil edilib
17:42
23 Oktyabr
"Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb
17:40
23 Oktyabr
Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir
17:35
23 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
17:27
23 Oktyabr
Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub
17:12
23 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
17:03
23 Oktyabr
Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
16:53
23 Oktyabr
Azərbaycan ilə Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
16:32
23 Oktyabr
YAP-ın Sədr müavini Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
16:30
23 Oktyabr
Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub
16:21
23 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16:17
23 Oktyabr
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
16:13
23 Oktyabr
Operativ məlumat: oktyabrın 23-dək qəbul məntəqələrinə 158 min tondan çox pambıq təhvil verilib
15:23
23 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
15:17
23 Oktyabr
Həştərxanda Xəzəryanı ölkələrin işgüzar qadınlarının forumu keçiriləcək
15:14
23 Oktyabr
İntiqam Babayev: Dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir
14:51
23 Oktyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə səfərə yola düşüb
14:39
23 Oktyabr
Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
14:37
23 Oktyabr
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
14:25
23 Oktyabr
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova muzeyi arasında memorandum imzalanıb
14:00
23 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumu il bağlı mətbuat konfransı keçirilib
13:54
23 Oktyabr
Vüqar Hüseynov: Bakıda keçirilən yarmarkada bal məhsullarının böyük hissəsi satılıb
13:51
23 Oktyabr
Cavid Osmanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir
13:48
23 Oktyabr
Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı bəyanatı Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir
12:48
23 Oktyabr
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
12:35
23 Oktyabr
2006-cı ildən bu vaxtadək “Şərqi Azəri” platformasından 452 milyon barrel neft çıxarılıb
11:46
23 Oktyabr
Komitə sədri: Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına güzəştli kreditlər ayrılıb
11:40
23 Oktyabr
Bakıda XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb
11:34
23 Oktyabr
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
11:17
23 Oktyabr
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olunub
10:31
23 Oktyabr
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
10:24
23 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:14
23 Oktyabr
Türkiyənin nəqliyyat və infrastruktur naziri: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir
10:10
23 Oktyabr
Azərbaycan ilə Fransa arasında elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub
10:04
23 Oktyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb
10:02
23 Oktyabr
Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib
20:38
22 Oktyabr
"Azexport" və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb
20:36
22 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqlar iştirak edəcək
20:34
22 Oktyabr
“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb
20:30
22 Oktyabr
Babək rayonunun 40 illik yubileyi qeyd olunub
20:21
22 Oktyabr
“Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir
18:00
22 Oktyabr
Prezident İlham Əliyev: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir
17:59
22 Oktyabr
Rauf Vəliyev: Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək
17:58
22 Oktyabr
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda içtirak edir
17:57
22 Oktyabr
MM-in deputatı: Bu sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq
17:55
22 Oktyabr
Eldəniz Səlimov: “Star” zavodunun iqtisadi inkişafımızda vacib rol oynayacaq
17:51
22 Oktyabr
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir
17:46
22 Oktyabr
Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir
17:44
22 Oktyabr
Bilik Fondu ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında niyyət protokolu imzalanıb
17:43
22 Oktyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
17:25
22 Oktyabr
XİN: Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik
17:11
22 Oktyabr
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
17:08
22 Oktyabr
Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət xəttini uğurla həyata keçirir
17:06
22 Oktyabr
Statistika Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
17:02
22 Oktyabr
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub
16:54
22 Oktyabr
Kamal Abdulla: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir
16:52
22 Oktyabr
Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir
16:49
22 Oktyabr
Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub
16:37
22 Oktyabr
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib
16:35
22 Oktyabr
Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar üç rayonda maarifləndirmə tədbirləri keçirilib
16:02
22 Oktyabr
Vüqar Rəhimzadə: “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir
15:52
22 Oktyabr
Vüqar Bayramov: "Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır
15:46
22 Oktyabr
Flora Qasımova: Münaqişənin həllinə münasibətdə Azərbaycana beynəlxalq dəctək artıb
15:35
22 Oktyabr
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək
15:31
22 Oktyabr
Latviyanın turizm portalı Azərbaycan mətbəxindən yazıb
14:47
22 Oktyabr
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq
14:44
22 Oktyabr
Ağcabədinin Qayğı qəsəbəsinə təbii qaz verilib
14:38
22 Oktyabr
Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur
14:23
22 Oktyabr
Qırğızıstanlı qonalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +24
gecə+13 +17