Ana səhifə »  İqtisadiyyat »  Gömrük orqanlarında aparılan islahatlar və nəticələri açıqlanıb
A+   Yenilə  A-
Gömrük orqanlarında aparılan islahatlar və nəticələri açıqlanıb

Sentyabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “Gömrük orqanlarında son islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev 2018-ci ilin 8 ayı ərzində görülən işlərlə bağlı hesabat nitqi ilə çıxış edib. Bildirib ki, ölkəmizin gömrük orqanları öz fəaliyyətində kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük orqanlarının işi və gömrük sistemində yeniliklər barədə davamlı məlumatlandırılmasına xüsusi diqqət yetirir.
S.Mehdiyev kütləvi informasiya vasitələri ilə qurulan işgüzar münasibətlərin gömrük işinin səmərəli şəkildə təşkilinə, mövcud problemlərin dərhal aradan qaldırılmasına xüsusi töhfə verdiyini diqqətə çatdırıb və media nümayəndələrinə təşəkkürünü ifadə edib.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi sistemin davamlılığının təmin olunması və qorunmasında gömrük orqanlarının mühüm rol oynadığını vurğulayan komitə sədri onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsi olaraq gömrük orqanlarında islahatların aparılması istiqamətində mühüm işlər görülür. Bildirib ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir.
Komitə sədri cari ilin son 4-5 ayı ərzində gömrük-sərhəd keçid məntəqələrinə təşkil edilən mediaturlar çərçivəsində fiziki şəxslərin sərhəddə keçid tezliyinin təmin olunması, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin qeydiyyatı, ölkəmizə gələn və ölkədən gedən turistlərin “Yaşıl dəhliz” və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması proseslərinin əyani şəkildə nümayiş etdirildiyini, bunun da ictimai nəzarətin nümunəsi olduğunu vurğulayıb.
Daha sonra struktur və kadr islahatlarının nəticələri üzrə görülən işlər barədə media nümayəndələrini məlumatlandıran S.Mehdiyev bildirib ki, komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 baş idarə, komitənin aparatında yeni baş idarələr və idarələr yaradılıb: “Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb”.
Qeyd olunub ki, komitənin aparatında struktur islahatları aparılmaqla, bir sıra idarələrin fəaliyyət istiqamətləri yeni çağırışlara uyğun müəyyənləşdirilib, müasir standartlara cavab verən baş idarələr yaradılıb. O cümlədən Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi, Əməliyyat-İstintaq Baş İdarəsi, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi, Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsi, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi yaradılıb və bu qurumlar yeni əsasnamələrlə funksiya və vəzifələrinin icrasına başlayıb. Eyni zamanda, digər müstəqil idarələrin də strukturu dəyişdirilərək beynəlxalq standartlara cavab verən təşkilati struktura malik idarələr formalaşdırılıb.
Komitə sədri onu da vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Aparılan genişmiqyaslı struktur islahatları, davamlı olaraq vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı idarəetmənin çevikliyini, eyni zamanda, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək.
Gömrük nəzarətinin təşkili sahəsində aparılan islahatlar barədə də məlumat verən S.Mehdiyev bu islahatların, ilk növbədə, biznes subyektlərinin, əsasən də kiçik və orta sahibkarlığın inkişafı üzrə bir sıra tədbirlərin görülməsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 60-a yaxın iqtisadi operatora “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib. Bu buraxılış sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran ilə bağlanmış sazişlər nəticəsində əldə olunan, həm də əvvəlcədən elektron formada göndərilən qısa idxal bəyannaməsi vasitəsilə təqdim olunan məlumatlar əsasında aparılan gömrük nəzarəti və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük-sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi ilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışı həyata keçirilir. Bu da, öz növbəsində, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və xərclərin minimuma endirilməsinə şərait yaradır.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamına əsasən, Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyanın idarəetmə orqanı olan Avropa İttifaqı - Avropa Azad Ticarət Assosiasiyasının Birgə Komitəsinin 2017-ci ilin dekabr ayında Norveçin Oslo şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikasına qeyd olunan konvensiyaların işçi qruplarında qeyri-formal müşahidəçi statusu verilməsi barədə qərar qəbul olunub. Yaxın gələcəkdə ölkəmizin sözügedən konvensiyalara qoşulması və Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi respublikamızın ərazisindən keçən beynəlxalq gömrük tranziti prosedurunda daşınan malların həcminin artırılmasına səbəb olmaqla, ölkənin tranzit potensialının inkişaf etdirilməsində mühüm rol oynayacaq, Azərbaycan Respublikasında istehsal olunan - “Made in Azerbaijan” brendli malların Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaq. Beynəlxalq Yük Daşımaları (BYD) Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası ilə tənzimlənən tranzit proseduru çərçivəsində həyata keçirilən daşımalar zamanı mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməsi məqsədilə TIR-EPD (Electronic Pre-arrival Declaration) sisteminin tətbiqi üçün müvafiq işlər davam etdirilir. Dövlət Gömrük Komitəsi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) arasında əməkdaşlıq çərçivəsində BYD daşımaları zamanı ölkə ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların öncədən elektron qaydada gömrük orqanları ilə mübadiləsini nəzərdə tutan TIR-EPD sisteminin tam şəkildə istifadəyə verilməsi gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq risklərin analizinin səmərəli şəkildə həyata keçirilməsi əsasında BYD daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli və prioritet qaydada keçidi üçün şərait yaradacaq.
Komitə sədri 2016-cı ildən Avropa İttifaqının İnteqrəedilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin tətbiqinə başlanıldığını, layihə üzrə yaxın zamanlarda tikintisi başa çatdırılması nəzərdə tutulan Ticarətin Asanlaşdırılması Mərkəzinin (Trade Facilitation Unit) sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirməsinə yardım edəcəyini, sanitar, fitosanitar, baytar və gömrük nəzarətinin sərhəd-keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına əlverişli imkanlar yaradacağını vurğulayıb.
Maliyyə intizamının gücləndirilməsi sahəsində aparılan islahatlar nəticəsində dövlət büdcəsi qarşısında illik proqnoz və öhdəliklərin yerinə yetirilməsi işində də mühüm nailiyyətlər əldə edildiyini bildirən S.Mehdiyev 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnozun 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manata çatdırıldığını, dürüstləşmə nəzərə alınmadan 2018-ci ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki olaraq 2 milyard 270 milyon 964 min manat vəsaitin toplanaraq dövlət büdcəsinə ödənildiyini, bununla da büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat çox əməl olunduğunu diqqətə çatdırıb: “Dürüstləşmədən sonra isə artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə, faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat çox icra olunub”.
Gömrük işinin bütün sahələrində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini bildirən komitə sədri Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, məlumatların yoxlanılması və emalı, gömrük işi sahəsində fəaliyyətin qiymətləndirilməsi və biznes-prosesin təkmilləşdirilməsi, innovasiya layihələrinin tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, gömrük xidmətinin informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində görülən işlər barədə də ətraflı məlumat verib.
Bildirilib ki, Elektron Hökumət Portalı vasitəsilə göstərilən xidmətlərin sayı artırılıb və ümumilikdə 2 milyon 50 mindən çox şəxs elektron xidmətlərdən istifadə edib. Eyni zamanda, 14 dövlət qurumu və bir sıra özəl təşkilatlarla onlayn şəkildə məlumat mübadiləsi təmin edilib.
Diqqətə çatdırılıb ki, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrük orqanlarının əldə etdiyi nailiyyətlər Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən inkişaf etməkdə olan ölkələrə tövsiyə olunur.
S.Mehdiyev gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələr, müxtəlif dövlətlərlə imzalanan saziş, protokol və memorandumlar barədə də media nümayəndələrini məlumatlandırıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  13-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci il Azərbaycan üçün uğurlu olub, ölkəmiz hərtərəfli və dinamik inkişaf edib

20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
12:36
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
11:40
15 Yanvar
Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək
11:28
15 Yanvar
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
11:24
15 Yanvar
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manatlıq maddi ziyanın 87 milyon manatı ödətdirilib
11:23
15 Yanvar
Şahmat Federasiyası Şərur rayonunda görüş keçirib
11:03
15 Yanvar
Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib
10:53
15 Yanvar
Ötən il 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
10:47
15 Yanvar
Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb
10:46
15 Yanvar
Ekspert: Qeyri-neft sektorunda aparılan islahatlar makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına zəmin yaradır
10:44
15 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
21:27
14 Yanvar
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
21:16
14 Yanvar
Azərbaycan Gömrük Xidməti ilə Ümumdünya Gömrük Təşkilatının əməkdaşlıq əlaqələri nəzərdən keçirilib
21:12
14 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub
21:08
14 Yanvar
Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb
21:04
14 Yanvar
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb
20:59
14 Yanvar
Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair Fərman imzalayıb
20:55
14 Yanvar
Ekspert: Azərbaycan Prezidenti ilə vətəndaşların canlı təmaslarına müasir dövlət idarəçiliyi sistemində böyük önəm verilir
20:54
14 Yanvar
Vüsal Qasımlı: Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək
20:48
14 Yanvar
Prezident İlham Əliyev: Vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində yerinə yetirilir
20:45
14 Yanvar
Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri
20:43
14 Yanvar
Mübariz Qurbanlı: Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi
20:40
14 Yanvar
Tahir Rzayev: Prezident İlham Əliyev Azərbaycanın inkişafı, beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi istiqamətində mühüm tədbirlər həyata keçirir
20:38
14 Yanvar
Məlahət İbrahimqızı: Qazanılan nailiyyətlər 2019-cu ildə ölkəmizin daha böyük uğurlar əldə etməsi üçün ciddi baza yaradır
20:36
14 Yanvar
Pərvin Kərimzadə: “Nəsimi ili” mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğının təzahürüdür
17:44
14 Yanvar
Ermənistandakı cinayətkar rejimin əməllərinə göz yuman beynəlxalq təşkilatların ədalətdən danışmağa mənəvi haqları yoxdur
17:21
14 Yanvar
Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
16:53
14 Yanvar
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunanlarla əmək müqaviləsi bağlanacaq
16:49
14 Yanvar
Vüqar Rəhimzadə: Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa...
16:40
14 Yanvar
Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
16:16
14 Yanvar
Azərbaycan Prezidenti: Ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir
16:01
14 Yanvar
Jalə Əliyeva: 2019-cu ilin “Nəsimi ili” elan edilməsi dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsidir
15:37
14 Yanvar
Prezident İlham Əliyev: Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın
15:16
14 Yanvar
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı fevralın 20-də keçiriləcək
15:10
14 Yanvar
Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
14:49
14 Yanvar
Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq
14:22
14 Yanvar
BMT-nin iqlim sammiti keçiriləcək
14:15
14 Yanvar
Paytaxtda abadlaşdırılan növbəti həyət istifadəyə verilib
14:11
14 Yanvar
Mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq
14:09
14 Yanvar
Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub
14:04
14 Yanvar
Elçin Əhmədov: Prezident İlham Əliyev Ermənistanın cinayətkar rejimini və ona dəstək verənləri faktlarla ifşa etdi
12:58
14 Yanvar
Bu gün SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 89 yaşı tamam olur
12:54
14 Yanvar
Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsini öyrənir
12:50
14 Yanvar
Səfər Mehdiyev: Gömrük Komitəsinin əməkdaşları mötəbər universitetlərdə gömrük işinin təşkili sahəsində kurslarda bilik və bacarıqlarını təkmilləşdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA