Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Belarus auditorları Azərbaycan Auditorlar Palatasının təcrübəsini öyrənəcək

Belarus auditorları Azərbaycan Auditorlar Palatasının təcrübəsini öyrənəcək

11.09.2018 [09:15]

Bu günlərdə Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbərliyinin müraciəti əsasında əldə edilmiş razılığa əsasən bu ölkənin Maliyyə Nazirliyinin mühasibat uçotu, hesabatlılıq və auditin tənzimlənməsi baş idarəsinin rəis müavini, auditor fəaliyyətinin tənzimlənməsi idarəsinin rəisi Olqa Taraseviç və nazirliyin əməkdaşı Yelena Kasperoviçdən ibarət səlahiyyətli nümayəndə heyətinin sentyabrın 19-22-də Azərbaycana işgüzar səfərləri nəzərdə tutulub.
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Belarus Respublikasında yaradılması qanunvericilikdə təsbit olunmuş müstəqil Auditorlar Palatasının yaradılması üçün bu sahədə 25 illik zəngin audit təcrübəsinə malik Azərbaycan Respublikası Auditorlar Palatasının təcrübəsini öyrənmək və bu sahədə görülən genişmiqyaslı işlər barədə məlumat əldə etmək və məsləhətlər almaqdan ibarətdir.
Səfər müddətində Belarus auditorlarının Azərbaycan Respublikası Auditorlar Palatasının müvafiq komitələrində görüşləri nəzərdə tutulub. Bundan əlavə, qonaqlara ölkəmizdə iqtisadi islahatların aparılması və maliyyə şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, əldə edilən uğurlar barədə məlumatlar veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin auditə daim diqqəti və qayğısı sayəsində Auditorlar Palatasının beynəlxalq əlaqələrinin coğrafiyası və əhatə dairəsi kifayət qədər genişlənib, beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə Azərbaycan auditorlarının iştirakı intensiv xarakter alıb və audit sahəsində xarici ölkələrin iş təcrübəsinin öyrənilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün möhkəm zəmin yaradılıb. Məhz bunun nəticəsidir ki, beynəlxalq audit və mühasibatlıq qurumlarının Azərbaycan auditinə marağı daha da artıb və onların bizim ölkəmizdə təcrübə keçmələrinə ehtiyacları olduqlarını vurğulayıb.

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30