Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün bütün şərtlər təmin edilib
A+   Yenilə  A-
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün bütün şərtlər təmin edilib

Prezident İlham Əliyev: Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır
Son 15 ildə davamlı inkişaf ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətə çevrilib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla reallaşdırılması sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni inkişaf modeli formalaşıb.
Əlamətdar haldır ki, respublikamızda inkişaf ayrılıqda götürülmüş hansısa bir sahəni və yaxud hansısa bir bölgəni əhatə etmir. Bu gün müstəqil Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkədə inkişaf bütün istiqamətləri əhatə edir və kompleks xarakter daşıyır. Paytaxt Bakı, digər iri şəhərlərlə yanaşı, bölgələrdə də iqtisadi aktivliyin artması, abadlıq-quruculuq işlərinin geniş vüsət alması, hər yerdə tarazlı inkişafın təmin olunması xüsusi məmnunluq doğurur. Bütün ölkə boyu müşahidə edilən müsbət reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan gələcəyə doğru əmin addımlarla irəliləyir, perspektiv inkişafla bağlı ölkəmizin qarşısında hansısa bir problem yoxdur.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir
Əlbəttə, respublikamızın son 15 ildə getdikcə daha intensiv hal alan inkişafından söhbət açarkən ilk növbədə bunu şərtləndirən amillərə diqqət yetirmək lazımdır. Azərbaycanın müsbət reallıqlarının təməlində Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət dayanır. Azərbaycanın dövlət başçısı heç vaxt populist vədlər vermir, ölkənin perspektiv inkişafı ilə bağlı məsələlərə praqmatik yanaşma ortaya qoyur, dünya çapında müşahidə edilən yeni trendlərlə, müasir çağırışlarla respublikamızın imkanlarını məharətlə uzlaşdırır və qarşıya strateji məqsədlər qoyur, hədəflərə çatmağın optimal yollarını müəyyənləşdirir.
Bu, bir aksiomdur ki, hər bir ölkənin siyasi müstəqilliyi ilk növbədə real gücə əsaslanmalıdır. Dünya praktikasından görürük ki, real gücü olmayan ölkələrdə milli dövlət quruculuğu da iflasa uğrayır. Öz fəaliyyətində həmişə xalqımızın milli maraqlarını, cəmiyyətin sosial sifarişlərini əsas tutan Prezident İlham Əliyev Azərbaycanın real siyasi müstəqilliyinin təmin edilməsi üçün zəruri əsaslar yaradılmasına güclü siyasi iradə nümayiş etdirir. Davamlı inkişaf üçün, heç şübhəsiz, rəqabətqabiliyyətli iqtisadiyyat fundamental amil rolunda çıxış edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanın uğur formuluna xüsusi diqqət çəkib. “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”.
Son 15 ildə respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb.
Ölkəmizdə rəqabətədavamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxşaxəli iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib.
Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi, siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, cari ilin birinci yarısında respublikamızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar iqtisadiyyat, o cümlədən qeyri-neft sənayesi (8,8 faiz) və aqrar sektor (7,6 faiz) üzrə qeydə alınıb.
Strateji valyuta ehtiyatlarının artması ölkəmizin inamlı inkişafını təsdiqləyən daha bir önəmli faktdır. Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir dövlətdən və beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollara çatıb.
Qürurverici haldır ki, ölkəmizin nümunəvi inkişaf modeli bütün dünyada maraqla izlənilir. Bunu nüfuzlu beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrindən də görmək mümkündür. Bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatları yayılıb. Bəhs olunan hesabatlarda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir. Hər üç qurumun hesabatı respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini təsdiqləyir.
Bundan əvvəl isə nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasını məmnunluq hissi ilə nəzərə çatdıraraq bildirib: “İclasın sonunda bir daha Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək”.
Ölkədə aparılan islahatlar öz gözəl nəticələrini verir
Bir sıra mənfi xarici təsirlərlə şərtlənən yeni iqtisadi şərait milli dövlətlərin qarşısına, necə deyərlər, özünün sərt seçimlərini qoydu. İqtisadiyyatı bu və ya digər dərəcədə neft amili ilə bağlı olan ölkələr üçün daha ciddi təhdidlər yarandı. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmiz Prezident İlham Əliyevin siyasi qətiyyəti və qəbul etdiyi mühüm qərarlar sayəsində yeni iqtisadi modelə keçidi, transformasiya proseslərini uğurla təmin etməyə nail oldu. Son illərdə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Yeni şəraitdə respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb. Nazirlər Kabinetinin bəhs olunan iclasında bildirildiyi kimi, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb.
Daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər böyük aktuallıq daşıyır. Qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan məhsullar üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilir. Milli sahibkarlar ölkədə daxili istehsalın dəstəklənməsinə yönələn tədbirlərdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, özəl bölmə təmsilçiləri son vaxtlarda istehsal təyinatlı müəssisələrin yaradılmasına məmnuniyyətlə investisiyalar yönəldirlər.
Deyilənlərdən də göründüyü kimi, ölkədə aparılan islahatların miqyası kifayət qədər genişdir. Əlamətdar haldır ki, aparılan islahatlar artıq öz bəhrəsini verir. Son illərdə ölkəmizdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanları əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev aparılan islahatların səmərəliliyinə diqqət çəkərək deyib: “Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik”.
İnvestisiya təşviqi mexanizminin işə düşməsi ölkədə iqtisadi aktivliyin daha da artmasına müsbət təsir göstərib
Yeni iqtisadi şəraitdə milli iqtisadiyyatımız daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza sərmayə cəlbediciliyinin yüksək olması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Deyilənlərlə yanaşı, onu da qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət, həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixində imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib. Prezident İlham Əliyev ölkəmizdə investisiya təşviqi mexanizminin işə salınmasının önəmini vurğulayaraq deyib: “İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik, 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr indi icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir. Gələcəkdə bu sistem öz səmərəliliyini göstərəcəkdir”.
Həyata keçirilən islahatlar öz növbəsində investorlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq investisiya yönəldilib. Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edib ki, bu da beynəlxalq miqyasda Azərbaycana olan inamı ifadə edir.
Müasir infrastruktur təminatı milli iqtisadiyyatın inkişafını şərtləndirən çox mühüm amildir
Azərbaycanın davamlı inkişaf strategiyasında müasir infrastruktur quruculuğu mühüm yer tutur ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan ölkə üzrə iqtisadi aktivliyi artırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün deyil.
Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Ötən 15 ildə respublika miqyasında 12 min 300 kilometr yol çəkilib, 443 körpü inşa olunub.
2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublika miqyasında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Bütövlükdə 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Cari ilin birinci yarısında ölkə üzrə xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib. Son altı ayda respublikada 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib. İlin əvvəlindən bəri 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb. Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib. Prezident İlham Əliyev bildirib ki, infrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir.
Əlamətdar haldır ki, Azərbaycanda geniş vüsət alan infrastruktur quruculuğunda keyfiyyət amilinə xüsusi diqqət yetirilir və bu sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübədən istifadə edilir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizdə infrastruktur obyektlərinin yüksək keyfiyyətlə inşa edildiyini etiraf edirlər. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun dəyərləndirməsinə əsasən, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3150  |  
  • Tarix:  10-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir

09:38
22 Avqust
Azərbaycan məscidlərində bayram namazı qılınıb
09:36
22 Avqust
Azərbaycanda Qurban bayramı qeyd olunur
17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+18 +23