Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır

Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır

09.08.2018 [08:56]

Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu sözləri Rusiya Federasiyasının Federal Vergi Xidmətinin (FVX) beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç deyib.
O bildirib: “Biz Rusiya Federasiyasında onlayn kassa sistemlərinin yaradılması, iri vergiödəyicilərinin gəlirlərinə nəzarətin təmin olunması və bu məlumatlardan vergi inzibatçılığında necə istifadə edilməsi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq. Azərbaycanda əlavə dəyər vergisinin elektron inzibatçılığı və elektron dövlət qeydiyyatı sahələrində təcrübəsi daha genişdir. Bu baxımdan təcrübə mübadiləsi sahəsində hər iki tərəfi maraqlandıran məsələlər var”.
D.Volvaç ölkələr arasında informasiya mübadiləsinin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“Biz bu prosesi yüksək səviyyədə qurmağa çalışırıq ki, ölkələrimizin vergi orqanları nəzarət tədbirlərini vergiödəyicilərini daha az narahat etməklə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirə bilsinlər”, - deyə Rusiya Vergi Xidmətinin rəsmisi vurğulayıb.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30