Ana səhifə »  İqtisadiyyat »  Nəzarətin tələbi - nəticə və şəffaflıq
A+   Yenilə  A-
Nəzarətin tələbi - nəticə və şəffaflıq

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun AZƏRTAC-a müsahibəsi:
- Vüqar müəllim, cari ilin may ayında Azərbaycan Prezidenti tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı zəruri məlumatların tərtib edilməsini, eyni zamanda, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin olunmasını tənzimləyən Qaydaları təsdiq edən Fərman imzalandı. Bu qaydalar hansı zərurətdən yarandı?
- Sön dövrlərdə dövlətimizin başçısı maliyyə intizamının yüksəldilməsi, hesabatlılığın və şəffaflığın artırılması istiqamətində mütəmadi olaraq öz tapşırıqlarını verir və bu istiqamətdə normativ-hüquqi aktlara da zəruri dəyişikliklər edilir. Dünyada baş verən iqtisadi proseslərin mənfi təsiri aparılan iqtisadi siyasətin nəticəsində Azərbaycandan yan keçsə də, mövcud resursların qorunması, həmçinin səmərəli və nəticəli istifadəsi məsələsinin aktuallığı artmaqdadır. Məhz belə yanaşma qəbul edilmiş bir sıra mühüm strateji sənədlərdə müəyyənləşdirilmiş məqsədlərin reallaşdırılmasında etibarlı maliyyə zəmininin formalaşmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin dekabr ayında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa mühüm əlavələr olundu və dövlət büdcəsinin icrası ilə bağlı zəruri məlumatların tərtib edilməsi, eyni zamanda, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi bir tələb kimi müəyyənləşdirildi.
- Qeyd edilən hesabatların təqdim olunması və məlumatlara çıxışın təmin edilməsi Hesablama Palatasının fəaliyyət dairəsinə necə təsir göstərəcək?
- Hesablama Palatası dövlət büdcəsinin icrasına nəzarət edən kənar dövlət maliyyə nəzarəti orqanıdır və beynəlxalq təcrübəyə əsasən bu nəzarəti dövlətin adından və audit formasında həyata keçirir. Azərbaycan Prezidentinin təsdiq etdiyi Qaydaların icrası Hesablama Palatasına büdcənin gəlir və xərclərinin icra vəziyyəti ilə bağlı zəruri məlumatların vaxtında əldə edilməsinə şərait yaradacaqdır. Bu isə öz növbəsində, hesabatlılığın gücləndirilməsi istiqamətində mühüm addım olmaqla vəsaitlərdən istifadəyə nəzarətin artırılmasına, həmçinin bu istiqamətdə zəruri məlumatların vaxtında hazırlanmasına xidmət edəcək. Real vaxt rejimində çıxışın təmin edilməsi ilə bağlı Qaydada büdcə-maliyyə nəzarəti ilə əlaqədar olaraq Hesablama Palatasının sorğusu əsasında digər məlumatlara çıxışın təmin edilməsi ilə bağlı xüsusi bir bəndin müəyyənləşdirilməsi isə nəzarət tədbirlərinin vaxtında, ətraflı və səmərəli aparılmasına imkan verəcək.
- Qaydaların tətbiqinin Hesablama Palatasının fəaliyyətinin nəticələrində necə əks olunmasını gözləyirsiniz?
- Bu qaydalar ilk olaraq cənab Prezidentin öz çıxışlarında qeyd etdiyi kimi maliyyə nəzarətinin gücləndirilməsi, xüsusilə Hesablama Palatasının işinin səmərəli təşkil edilməsi ilə bağlı tapşırıqların icrasında mühüm əhəmiyyətə malikdir. Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirməklə fəaliyyətimizin ana xətti dövlət büdcəsinin necə icra edilməsi ilə bağlı Rəyin tərtib olunmasından ibarətdir ki, bu qaydalarla müəyyən edilmiş hesabatların və məlumatlara çıxışın əldə olunması həm dövlət büdcəsinin icrası, eyni zamanda, dövlət büdcəsinin layihəsi ilə bağlı hazırladığımız Rəyin məlumatlılıq və əhatəlilik səviyyəsini yüksəldəcək. Ümumiyyətlə, bildirmək istərdim ki, bu qaydalar təkcə Hesablama Palatasının fəaliyyətinə təsir etməyəcək, həmçinin qaydaların tətbiqi ümumi dövlət maliyyə inzibatçılığının güclənməsinə, dövlət vəsaitləri ilə bağlı şəffaflığın artırılmasına, hesabatlılığın yüksəldilməsinə xidmət edəcək. Azərbaycan Prezidentinin bu Fərmanını qeyd olunanlarla yanaşı, bizə etimadın göstəricisi kimi qəbul edirik və bu, bizim məsuliyyətimizi artırır. Dövlətimizin başçısının göstərdiyi bu inamı layiqincə doğrultmaq üçün biz bütün gücümüzü səfərbər etmək istiqamətində fəaliyyət göstəririk.
- Cari ilin may-iyun aylarında Hesablama Palatasının fəaliyyətini əhatə edən bir neçə mühüm sənəd - hesabat və rəylər, həmçinin yeni qanun layihəsi müzakirə edilib. Əvvəlcə 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının mövqeyinə toxunaq.
- Dünya iqtisadiyyatının qlobal böhrandan sonrakı dövrdə canlanması və respublikada iqtisadi inkişafın müsbət və dayanıqlı meyilləri ilə yanaşı, büdcə qanunvericiliyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə maliyyə inzibatçılığının gücləndirilməsinə xidmət edən dəyişikliklərin tətbiqi 2017-ci ilin dövlət büdcəsinin icrasına real zəmin yaradıb. Bu, icra ilə bağlı qeyd edilməli əsas və ilk məqamdır. Büdcənin gəlir və xərc parametrlərinə gəldikdə isə, ümumi meyilləri qeyd edim. İlk olaraq gəlirlər barədə. 2017-ci ildə dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə çox olsa da, son illərdə ilk dəfə olaraq kəsirlə icra edilib. Gəlirlərin tərkibində əsas məqam isə fiziki şəxslərin gəlir vergisi və əlavə dəyər vergisi üzrə gəlirlərin mümkün potensial bazasının mövcud olmasına, bu bazanın mövcud statistik hesabatlarla təsdiqlənməsinə baxmayaraq, həmin gəlir mənbələrinin tam təmin edilməməsidir. Xərclərə gəldikdə isə, büdcə qanunvericiliyinə yuxarıda qeyd etdiyim istiqamətlərdə dəyişikliklərin olunması əsas təsirini göstərib. Belə ki, hesabat dövrü xərclərin rüblər üzrə təsdiq edilmiş bölgüsünə uyğun icra olunmasına nəzarətin təmin edilməsi ilə xarakterizə oluna bilər.
- Dövlət borcu büdcənin həm layihəsi, həm də icrası ilə bağlı müzakirələrin aparıldığı dövrdə aktual məsələlərdən biri olaraq qalır. Mətbuatda dövlət borcu ilə bağlı bir sıra ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir.
- Sizinlə razıyam. Hesablama Palatasının hazırladığı Rəyin əsas informasiya mənbəyini büdcənin əsas parametrləri, eləcə də dövlət borcu barədə məlumatları özündə cəmləşdirən sənədlər, o cümlədən “Büdcə zərfi” və hesabatlar təşkil edir. Qeyd edək ki, uzunmüddətli dövrü əhatə edən dövlət təminatlı qiymətli kağızların buraxılması dövlət zəmanətli daxili borc məbləğinin həcminin artmasına şərait yaratsa da, 2017-ci ildə əvvəlki ildə olduğu kimi, Hesablama Palatasına təqdim edilmiş məlumatlarda daxili dövlət borcunun tərkibində şərti öhdəliklər kimi müəyyən hissə təsdiq edilib. Zəmanət müddətinin uzunmüddətli dövrü əhatə etməsi baxımından həmin vəsaitin tam məbləğdə dövlət borcuna daxil edilməsi “dövlət borcu” anlayışının mahiyyətinə uyğun deyil. İkinci tərəfdən isə, beynəlxalq təcrübədə təşəkkül tapmış qaydalara uyğun olaraq dövlət zəmanətli uzunmüddətli borc öhdəliklərinin borcun növündən asılı olaraq dövlət borcunun uçotunda şərti öhdəlik kimi nəzərə alınması məqsədəuyğundur.
- Deməli, dövlət borcunun məbləğinə təsir edən digər məqamlardan biri də şərti öhdəliklə bağlıdır. Ümumiyyətlə, şərti öhdəliklərin dövlət borcunun uçotunda nəzərə alınması ilə bağlı beynəlxalq təcrübə necədir?
- İstər Beynəlxalq Valyuta Fondu (BVF), istərsə də digər maliyyə institutları tərəfindən hazırlanan metodoloji sənədlərdə şərti öhdəlik (contingent liabilities) anlayışına rast gəlmək olar. Şərti öhdəlik bir sıra səbəblərdən yarana bilər. Lakin beynəlxalq maliyyə institutları tərəfindən hazırlanan metodoloji sənədlər heç də bütün şərti öhdəliklərin uçota alınmasını zəruri hesab etmir. Beynəlxalq Valyuta Fondu iki mühüm sənədində - Dövlət Maliyyə Statistikası Təlimatında (GFSM) və Xarici Borcun Statistikası Qaydalarında (EDSG) şərti öhdəlikləri bir qayda olaraq iki qrupa bölür: birbaşa aydın olan (explicit contingent liabilities) və birbaşa aydın olmayan (implicit contingent liabilities). Lakin uzun müddət statistik uçotla bağlı hazırlanan qaydaların böyük əksəriyyətində, ümumiyyətlə, şərti öhdəliklər qeydiyyatı aparılmırdı. Qeyd edilən şəraitdə əsas meyar kredit risklərinin qiymətləndirilməsidir. Şərti öhdəliklərin müəyyənləşdirilməsində dövri amil nəzərə alınaraq kredit risklərinın qiymətləndirilməsi əsas şərtdir. Maliyyə vəsaitlərinin növündən və xarakterindən asılı olaraq qeyri-standart birdəfəlik öhdəliklər şərti öhdəlik kimi tanınsa da, borcun uçotunda yer almır. Bu sıraya dövri amil nəzərə alınaraq kredit risklərinın qiymətləndirilməsi mümkün olmayan (əsasən birbaşa aydın olmayan) şərti öhdəliklər aid edilir.
- Ümumiləşmə apararaq, ölkəmizdə dövlət borcunun məbləğinin ümumi iqtisadi vəziyyətə təsiri ilə bağlı nələri qeyd etmək olar?
- Borc dayanıqlılığının təmin edilməsi bütün ölkələr üzrə fiskal dayanıqlılığın təmin edilməsində əsas şərtdir. Beynəlxalq Valyuta Fondunun və digər maliyyə institutlarının tövsiyələrinə əsasən, inkişaf etməkdə olan ölkələrin dövlət borcunun ümumi daxili məhsula nisbətlərinin müvafiq hədləri qeyd edilsə də, nəticə etibarilə hər bir ölkə üzrə fərdi yanaşılmaqla və digər makroiqtisadi göstəricilər, məsələn, təbii ehtiyatlar, idxal-ixrac əməliyyatları, vergi göstəriciləri, valyuta ehtiyatları, borclanma limitləri və digər göstəricilər nəzərə alınmaqla qiymətləndirilir. Təhlil göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir və dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Qanunvericiliklə müəyyən edilmiş Rəyin hazırlanması üçün Hesablama Palatasına dövlət büdcəsi ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, ölkə üzrə mövcud borc portfelində xarici valyutada olan borc öhdəliklərinin payı böyükdür. Bunun əsas səbəbi daxili maliyyə bazarının borclanma tələbini ödəmək potensialına malik olmaması və üzv olduğumuz maliyyə-kredit qurumlarından inkişaf məqsədilə kreditlərin cəlb edilməsidir. Lakin Azərbaycan Respublikasının neft-qaz gəlirlərinin, eləcə də ehtiyat aktivlərinin əksəriyyətinin ABŞ dollarında olması valyutada öhdəlik-aktiv balansının saxlandığını və xarici valyuta riskinin aşağı olmasını deməyə əsas verir. Dövlət büdcəsi ilə bağlı hesabat və izahatlara əsasən dövlət borcunun orta ödəniş müddəti təqribən 5,9 il qəbul edilmişdir ki, bu müddət riski üzrə meyarlarla müqayisədə məqbuldur.
- Vüqar müəllim, yenidən baxılmış dövlət büdcəsinin də müzakirələri davam edir. Dövlət büdcəsi ilə bağlı qanuna dəyişikliklər edilməsi üçün hansı şərtlər zəruridir?
- Təbii resurslarla zəngin olan ölkələr üçün həmin resursun qiymətində mümkün volatillik büdcənin planlaşdırılması və icrasına təsirsiz ötüşmür. Azərbaycan Respublikasında da neft amili iqtisadi sistemdə böyük təsirə malikdir. Dünya bazarlarında neftin qiymətinin dəyişməsi səbəbindən dövlət büdcəsinə təkrar baxmaq zərurəti yaranır. Cari ilin may ayının ortasında 2014-cü ilin noyabr ayından etibarən neftin qiyməti ilk dəfə 80 ABŞ dollarına çatıb, 2018-ci ilin ötən aylarında 1 barrel neftin dünya bazarlarında qiyməti 60 ABŞ dollarından aşağı olmayıb. Ölkədə makrofiskal bazanın gücləndirilməsi dövlət maliyyəsi sahəsində aparılan islahatların hədəfləri ilə üst-üstə düşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu amillər 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması üçün əsas iqtisadi şəraiti formalaşdırıb. Cari ildə iqtisadiyyatı təbii resursdan asılı olan bir neçə ölkədə də dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib. Qeyd edim ki, Qazaxıstan Respublikası, Rusiya Federasiyası da artıq bu dəyişikliklər barədə qərar qəbul edib.
- Dövlət büdcəsi ilə bağlı qanun layihəsi ilə yanaşı, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər Milli Məclis tərəfindən müzakirə ediləcək. Bu dəyişikliklər barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il 16 mart və 6 dekabr tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə, həmçinin 2017-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərmanda ölkəmizin maliyyə sistemində institusional bazanın təkmilləşdirilməsi ilə bağlı Orta Müddətli Xərclər Çərçivəsi, nəticə əsaslı büdcə, Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsi üçün “qızıl qayda”nın və dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiyanın hazırlanması istiqamətində konkret tapşırıqlar verilib. Burada əsas məqsəd makrofiskal çərçivənin möhkəmləndirilməsi və büdcə risklərinin azaldılmasıdır. Büdcə risklərinin azaldılması fiskal dayanıqlılığın gücləndirilməsi və büdcə göstəricilərinin uzunmüddətli dövrə balanslaşdırılması üçün şərtdir. İqtisadiyyatın təbii resursdan asılılığı baxımından beynəlxalq təcrübədə bir sıra göstəricilər tətbiq edilir. Bu sıraya qeyri-resurs (qeyri-neft) büdcə balansı, dəyişməz real gəlir (xərc) prinsipi əsasında hesablanan nisbət, məcmu büdcə balansı, xərc qaydası, struktur büdcə balansı və s. göstəricilər aid edilir. Qanun layihəsinə təklif edilən müvafiq əlavə və dəyişikliklər də qeyd olunan sənədlərin məntiqi davamı kimi çıxış edir. Eyni zamanda, adekvat göstəricilərin hesablanılması və mövcud mənzərənin dəqiq təsviri, son nəticədə isə, növbəti illərdə əsaslı büdcə proqnozlarının tərtibi üçün müvafiq qanunvericilikdə anlayışların daha da konkretləşdirilməsi vacibdir. Nəzərdə tutulan dəyişikliklər, ümumiyyətlə, büdcə qanunvericiliyinin əsasını təşkil edən “Büdcə sistemi haqqında” Qanun tam mənada dünyada, eləcə də ölkə iqtisadiyyatında baş verə biləcək proseslərə adekvat zəmini formalaşdırmaq funksiyası daşıyır.
- Bu məqamlar Hesablama Palatasının informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasını ön plana çıxarır.
- Dövlətimizin başçısının təsdiq etdiyi Qaydaların tətbiqi, informasiya bazalarının genişlənməsi Hesablama Palatası qarşısında bacarıqların artırılması, yeni texnologiyaların tətbiq imkanlarının reallaşdırılmasını, ilk növbədə, zəruri edir. Başqa sözlə, bizim fəaliyyətimizdə datafikasiya daha geniş yer almağa başlayır. “Datafikasiya” 2013-cü ildə yaranmış termindir və ölkəmiz üçün də yeni bir meyildir. Bu terminlə informasiya texnologiyaları sahəsində aparılan fəaliyyət ifadə olunur. Datafikasiya hazırda həyatımızın bir çox aspektini kompüterləşdirilmiş məlumatlara çevirərək dəyərin yeni formalarını yaradan müasir texnoloji meyil anlamına gəlir. Hesablama Palatası da mütərəqqi texnologiyaların tətbiqi sahəsində bu meylin bir iştirakçısıdır. Bu yeni çağırışların formalaşdırdığı imkanların reallaşdırılması və tələblərin ödənilməsi məqsədilə Hesablama Palatasının Strateji İnkişaf Planında informasiya texnologiyalarının peşəkar fəaliyyətin həyata keçirilməsində geniş tətbiqi nəzərdə tutulub. Bundan əlavə, ölkə daxilində aparılan intensiv elektronlaşma nəticəsində formalaşan informasiya sistemlərinin və onların məlumat bazalarının dayanıqlılığı ilə bağlı əminliyin yaradılması gerçəkləşdirilən audit fəaliyyətlərinin əsas predmetlərindən birinə çevrilib. Bu istiqamətdə səylərin səmərəliliyini optimal səviyyədə saxlamaq üçün qabaqcıl beynəlxalq nəzəri və praktiki biliklər diqqətdə saxlanılır.
- Qeyd edilən bütün amillər Hesablama Palatasının nəzarət fəaliyyətinin təkmilləşdirilməsini, bu isə öz növbəsində geniş məlumat bazasının emalını tələb edir. Qeyd edilən fəaliyyətlə bağlı hansı yeni yanaşmalar mövcuddur?
- Ümumən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən qurumlar da informasiya texnologiyalarının fəal istifadəçiləridir və bu baxımdan CAATs-ın (Computer Assisted Audit Techniques - Kompüter əsaslı audit metodları) tətbiqi xüsusilə maraqlıdır. CAATs informasiya texnologiyaları vasitələridir və məlumatları, yaxud informasiya sistemlərinin özlərini qiymətləndirmək üçün müxtəlif avtomatlaşmış testlər aparmağa kömək edir. Qeyd edilməlidir ki, məhz rəqəmsallaşmanın cari əhatəliliyi və CAATs audit olunan qurumun mühüm həcmdə məlumatını, əksər hallarda 100 faiz səviyyəsində emal və təhlil olunmasını mümkün edir.
- Son sualımız aparılan yoxlamaların nəticələrinin ictimailəşdirilməsi ilə bağlıdır.
- Nəzarət nəticə və şəffaflıq tələb edir. Bizim nəzarət fəaliyyətimizin məqsədi hesabatlılığın gücləndirilməsidir, bu isə maliyyə inzibatçılığının möhkəmləndirilməsinə xidmət edir. Şəffaflıq təmin edilmədikdə isə, həmin məqsədlərə nail olmaq mümkün deyil. Bu baxımdan Hesablama Palatası başa çatdırdığı tədbirlərin nəticələri ilə bağlı məlumatları ictimailəşdirir və biz bunu müxtəlif metodlarla həyata keçiririk. Bizim rəsmi internet səhifəmizdə başa çatdırılmış auditlərlə bağlı məlumatlar əldə etmək mümkündür. 2017-ci ildən nəşrinə başladığımız “Dövlət auditi” bülletenində bəzi tədbirlərlə bağlı daha ətraflı məlumatlar veririk. Hesablama Palatası daxil olmuş bütün sorğuları vaxtında və ətraflı cavablandırır. Dövlət büdcəsinin, eyni zamanda, Dövlət Neft Fondunun büdcəsinin 6 ay üzrə icrası ilə bağlı məlumatlar da hazırlanaraq ictimaiyyətə təqdim edilir. İl ərzində fəaliyyətimizlə bağlı daha ətraflı məlumatların çatdırılması üçün hesabatlarımızın da strukturunun və məzmununun ildən-ilə təkmilləşdirilməsinə çalışırıq. Hazırladığımız bütün sənədləri - rəyləri və hesabatları tam məzmunda internet səhifəmizdən əldə etmək mümkündür. Xüsusilə qeyd etmək istəyirəm ki, icra edilmiş dövlət büdcəsi ilə bağlı bu büdcənin icrasını təmin edən orqanlar üzrə daha ətraflı məlumatları əks etdirən əlavə hesabat hazırlamaq niyyətindəyik. Burada məqsədimiz şəffaflığın və hesabatlılığın gücləndirilməsi ilə yanaşı, növbəti ilin dövlət büdcəsinin layihəsinin müzakirələrində əlavə məlumatların təqdim edilməsidir. Atdığımız bu addımlar dövlətimizin başçısının maliyyə sektorunda şəffaflığın təmin edilməsi və Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını layiqincə təmin etmək məqsədini daşıyır. Biz Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlara öz töhfəmizi vermək ümidindəyik.

 
  • Oxunub:  5400  |  
  • Tarix:  22-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA