Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qida təhlükəsizliyi sahəsində Türkiyə təcrübəsi öyrənilir

Qida təhlükəsizliyi sahəsində Türkiyə təcrübəsi öyrənilir

13.06.2018 [09:08]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasına işgüzar səfər edib.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Milli Qida İstinad Laboratoriyasında görüşlər keçirib. AQTA nümayəndə heyəti qida təhlükəsizliyi sahəsində informasiya sisteminin tətbiqinə dair Türkiyə təcrübəsi ilə yaxından tanış olub və bu sistemin tərkib hissələri olan qeydiyyat və təsdiq, nəzarət, nümunəgötürmə və laboratoriya, idxal və ixrac modulları, risk əsaslı təftiş və risklərin qiymətləndirilməsi, həmçinin heyvan identifikasiyası mexanizmi haqqında geniş məlumat əldə edib.
Nümayəndə heyəti türkiyəli həmkarları ilə qida təhlükəsizliyinə sistematik yanaşmanın əhəmiyyəti haqqında fikir mübadiləsi aparıb. Tədbir çərçivəsində Milli Qida İstinad Laboratoriyasının icraçı direktoru Berrin Şenöz və Qidaya nəzarət və laboratoriya departamentinin direktoru Hüseyn Özkan ilə görüşlər keçirilib.
Səfərin sonunda nümayəndə heyəti Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin regional bölmələrinin müasir ət emalı müəssisəsinin fəaliyyəti, təftiş, nümunəgötürmə, laboratoriyadakı analiz prosesləri, tətbiq olunan yeni metodlar və xidmətlərlə yaxından tanış olub.
Qeyd edək ki, 2000-ci ildən öz fəaliyyətini Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdıran və Almaniya modeli əsasında qurulan qardaş Türkiyə Respublikası qida təhlükəsizliyi sahəsində qabaqcıl ölkələrdəndir.

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30