Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Musa Qasımlı: Cənub Qaz Dəhlizi ölkəmizin geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək

Musa Qasımlı: Cənub Qaz Dəhlizi ölkəmizin geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək

07.06.2018 [09:28]

Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin ideya müəllifi olduğu və geniş əməkdaşlıq nəticəsində reallaşdırılan böyük layihədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, bu nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir. Bundan başqa, Avropanın cənubunda yerləşən ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini artırır. Həmin ölkələrin bir mənbədən asılılığının qarşısını alır. Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək. Həmçinin dövlətimizin büdcəsinə xeyli gəlir gətirəcək, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşacaq. Bu layihənin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakter daşıdığını və mühüm beynəlxalq əməkdaşlıq platforması olduğunu göstərir. Digər enerji layihələrində olduğu kimi, ABŞ da Cənub Qaz Dəhlizinin reallaşmasına dəstək verib. Bir sözlə, Cənub Qaz Dəhlizi Azərbaycanın böyük uğurlarından biridir və ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir.

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31