Ana səhifə »  İqtisadiyyat »  Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də birinci yerdədir
A+   Yenilə  A-
Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də birinci yerdədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi böyük iqtisadi önəm kəsb etməklə yanaşı, həm də ciddi sosial mahiyyət daşıyır
Ardıcıllıqla aparılan məqsədyönlü siyasət sayəsində müstəqil Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, artıq ölkəmizin sosial-iqtisadi inkişaf, infrastruktur quruculuğu və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq miqyasda da etiraf olunur. Məlumdur ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar veriblər. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb.
Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanan hesabatda ölkəmizin yol infrastrukturu yüksək qiymətə layiq görülüb. Hesabatda göstərilib ki, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də ən yaxşı yollardır. Beynəlxalq iqtisadi forumun reytinqində Azərbaycanın yolları dünya üzrə sıralamada 36-cı yerdə qərarlaşıb. Qonşu dövlətlərdən Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerə layiq görülüb. Hesbatda bildirilir ki, dünya üzrə ən yaxşı yollar Birləşmiş Ərəb Əmirliklərində, Sinqapur və İsveçrədədir.
Azərbaycanın yüksək səviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Respublikamızda 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin böyük əksəriyyəti yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib.
Ölkə boyu yol infrastrukturunun yenilənməsi öz müsbət nəticələrini verməkdədir. Burada müasir yol infrastrukturunun Azərbaycanın ümumi inkişafına böyük təkan verməsini xüsusi qeyd etmək lazımdır. Son illərdə bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.
Respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi böyük iqtisadi önəm kəsb etməklə yanaşı, həm də ciddi sosial mahiyyət daşıyır. Nahaq deməyiblər ki, abad el yollarından bəlli olar. Hamar yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yol infrastrukturunun iqtisadi və sosial əhəmiyyətinə diqqət çəkərək bildirib: “Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar”.
Yüksək səviyyəli yollar sayəsində Azərbaycan mühüm regional nəqliyyat qovşağına çevrilir
Respublikamızda müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük diqqət yetirilməsi və bu sahəyə iri həcmlərdə investisiyalar yönəldilməsi yalnız daxili amillərlə şərtlənmir. Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edən digər mühüm amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqeyə və bir sıra digər üstünlüklərə malik olması ilə bağlıdır. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan nəqliyyat dəhlizləri respublikamızın ərazisindən keçməklə unikal bağlantı yaradır ki, bu da Azərbaycanı tranzit daşımaları üçün əvəzolunmaz məkana çevirir. Davamlı ictimai-siyasi sabitlik, zəngin iqtisadi resurslar ölkəmizin tranzit daşımaları üçün əlverişli mövqeyinə əlavə üstünlüklər qazandırır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə geniş imkanlara malik olduğu barədə konkret təsəvvür yaranar.
Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını artırmağı və bundan böyük həcmlərdə gəlir götürməyi, yeni iş yerləri yaratmağı hədəfləyib. Qarşıya qoyulan məqsədlərə uyğun olaraq ölkəmiz nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. “Biz Azərbaycanı nəqliyyat qovşağına çeviririk. Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb.
Ölkəmiz qədim İpək Yolunun bərpasına yüksək siyasi iradə nümayiş etdirir. İndiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasını ciddi nəzarətdə saxlayır. İndiyədək dövlət başçısı bəhs olunan yolun yenidən qurulması üzrə ayrı-ayrı layihələrin tamamlanması mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Qeyd edək ki, ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. Bu baxımdan Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasında və onun funksionallığının artırılmasında fəal rol oynaması tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan həmçinin 2013-cü ildə Çin tərəfindən irəli sürülən “Bir kəmər - bir yol” layihəsinə böyük maraq göstərir. İndiyədək respublikamızın müvafiq qurumlarını təmsil edən rəsmilər yeni təşəbbüslə bağlı keçirilən beynəlxalq tədbirlərə qatılaraq ölkəmizin imkanlarını təqdim ediblər. Bəhs olunan layihə Avrasiya məkanında qarşılıqlı nəqliyyat, infrastruktur əlaqəsinin yaradılmasını özündə ehtiva edir. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə müvafiq infrastruktur yaradılmasına hədəflənən bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə birbaşa göndərilməsini təmin edəcək dəhliz yardılmasından gedir.
Ölkəmiz, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında bütün öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmçinin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq ölkələri arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Bakı şəhərinin yol-nəqliyyat məsələləri kompleks şəkildə həll olunur
Müstəqil Azərbaycanın dinamik inkişafını paytaxt Bakının timsalında aydın şəkildə izləmək mümkündür. Pytaxtımızın nümunəsində qədimliklə müasirliyin əla harmoniyası yaradılır. İndi şəhərin simasını tarixə şahidlik edən qədim abidələrlə yanaşı, müasir şəhərsalma tendensiyalarının güclü elementlərini özündə birləşdirən yeni rəmzlər bəzəyir. Paytaxtın belə yeni gözəllik rəmzləri sırasına həmçinin böyük funksional əhəmiyyətə malik yol-nəqliyyat infrastrukturu ilə bağlı tikililər də daxildir.
Prezident İlham Əliyev Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır. Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq”.
Prezident İlham Əliyevin paytaxt Bakının yol infrastrukturunun yüksək səviyyədə yenidən qurulması ilə bağlı tapşırıqlarının icrası təmin edilir. Təkcə son bir neçə il ərzində Bakıda onlarca yeni yol layihəsi yüksək səviyyədə yerinə yetirilib. Prezident İlham Əliyev cari il mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib. Bəhs olunan layihə çərçivəsində inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla ümumi uzunluğu 496 metrə bərabərdir. Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir. Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib.
Bütün kənd yolları yenidən qurulacaq
Yol infrastrukturunun yenilənməsi prosesi Azərbaycanın bütün bölgələrini əhatə edib. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Dövlət başçısının qəti mövqeyi belədir ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. “Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülübdür”, - deyə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.
Ötən il respublikamızda şərti “40 yol” adlanan, əslində isə təxminən 500 kəndi əhatə edən genişmiqyaslı yol layihəsi uğurla tamamlanıb. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı çoxlu sayda Sərəncam imzalayıb. Ümumiyyətlə, 2018-ci ildə respublika miqyasında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə yol infrastrukturunun, o cümlədən də kənd yollarının yenilənməsi ilə bağlı hədəflərə diqqət çəkərək vurğulayıb. “Bu il 2 min kilometr uzunluğunda yeni yollar salınacaq, həm magistral, həm şəhərlərarası, həm də kənd yolları. Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur. Yeni yoldur, mövcud yola paralel olacaq və bölgənin inkişafı üçün şərait yaradacaq. O bölgənin turizm potensialı çox gözəldir. Orada sahilboyu turizm obyektləri yaradıla bilər. Altı yüzdən çox kənd yolu salınacaq. Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4170  |  
  • Tarix:  05-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA