Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hədiyyə yağışlı may ayı

Hədiyyə yağışlı may ayı

25.05.2018 [09:09]

Üçüncü Bakı Şopinq Festivalı miqyasına, əhatə etdiyi mağazaların sayına və ilk dəfə olaraq lotereyanın onlayn formada keçirilməsinə görə xüsusi diqqət cəlb edir. May ayının 1-dən başlayan böyük festival ötən günlər ərzində 2500-dən çox alış-veriş sevərini dəyərli hədiyyələrlə sevindirib!
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, qarşıdakı günlərdə hələ minlərlə hədiyyə öz qalibini gözləyir. Minlərlə hədiyyələr qazanmaq, qalib olmaq və sürprizləri görmək üçün birinci şərt onlayn lotereyada iştirak etməkdir. Buna görə də, qazanmaq üçün ən azından cəhd etmək lazımdır. Lotereyada iştirak etmək üçün Bakı Şopinq Festivalının saytında qeydiyyatdan keçməlisiniz.
Özünüz aşağıdakı imkanları oxuduqca bu fürsətlərdən yararlanmaq - iştirak etmək istəyəcəksiniz.
Belə inanılmaz fürsətlər isə sizlər üçündür:
İlk dəfə olaraq onlayn şəkildə keçirilən lotereyada 10.000-dən çox hədiyyə qazanmaq şansı;
Bir alış-verişlə həm onlayn lotereyada oynayırsınız, hədiyyə qazanırsınız, həm də mayın 31-də keçiriləcək tirajlı lotereyada iştirak edirsiniz;
Müxtəlif mağazalarda Şopinq Festival ərəfəsində böyük endirimlər. Məsələn, festivalın sponsorlarından biri olan İdeal mağazalar şəbəkəsində festivalın keçirildiyi tarixlərdə 100 AZN-dən artıq alış-verişdə ƏDV-nin bir qismini geri ala biləcəksiniz. Festival müddətində sizi 1+1 aksiyası və 70 faiz endirim fürsətləri gözləyir.
Festivalda iştirak edən mağaza, supermarket və restoranların siyahısı ilə www.bakushopfest.com/lottery elektron ünvanından tanış ola bilərsiniz.
Festivalın böyük sürprizi isə ən sonda keçiriləcək Tirajlı Lotereyada təqdim edilən “Nissan Sunny” avtomobilidir.
Böyük Festivalın böyük də hədiyyə qutusu olar. Bakı Şopinq Festivalın “hədiyyə qutusu”nda isə Baku Elektroniksdən 5 ədəd LG smartfonu, 5 ədəd paltaryuyan, 5 ədəd LG markalı soyuducu, Tefal markalı 10 ədəd şirəçəkən və 10 ədəd ətçəkən, Bravo Marketlər şəbəkəsindən 70 ədəd elektrikli soba, 30 ədəd tozsoran və digər dəyərli hədiyyələr var.
Dəyərli hədiyyələr qazanma şansınız çoxalsa da, festivalın müddəti getdikcə qısalır. Artıq mayın sonuna çox az qalıb. Odur ki, tələsin, qeydiyyatdan elə bu gün, indicə keçin və alış-verişinizi edərək onlayn lotereyaya qoşulun.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31