Ana səhifə »  İqtisadiyyat »  Sənaye parklarının yaradılması qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfələr verir
A+   Yenilə  A-
Sənaye parklarının yaradılması qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfələr verir

Prezident İlham Əliyev: Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək
Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadiyyatında müsbət tendensiyalar müşahidə edilməkdədir. Belə ki, respublikadakı əlverişli sərmayə mühitinin, dövlətin siyasi iradəsinin təzahürü olaraq daxili və xarici mənbələrdən milli iqtisadiyyatımızın neftdənkənar sektorlarına investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Bu da öz növbəsində qeyri-neft sektoru üzrə istehsal və ixrac göstəricilərinin artması ilə nəticələnib.
Milli iqtisadiyyatımızda müşahidə edilən müsbət tendensiyalardan biri də ölkədə qeyri-neft sənayesinin daha üstün inkişafı ilə bağlıdır. Cari ilin əvvəlindən respublikamızda ümumi sənaye istehsalı cəmi 2 faiz artdığı halda, qeyri-neft sənayesində artım təxminən 10 faiz civarında olub. Hazırda ölkənin qeyri-neft sənayesində buraxılan ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlarla ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksəkdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyri-neft sənayesində qazanılan uğurları çox gözəl göstərici, ölkədə aparılan siyasətin, görülən işlərin nəticəsi kimi səciyyələndirərək bildirib ki, sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.
Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkədə sənayenin inkişafına güclü təsir göstərib
Son illərdə respublikamızda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf hədəflərinə uyğun olaraq paytaxt Bakıda, digər iri şəhərlərdə, həmçinin regionlarda sənaye məhəllələrinin və parklarının yaradılması geniş vüsət alıb. Bu kimi istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək verilir. Belə ki, sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı, bir qayda olaraq, dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, qeyd olunan ərazilərdə müxtəlif təyinatlı istehsalatlar qurulmasına sərmayələr yönəldən sahibkarlar vergilərdən azad olunurlar. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Prezident İlham Əliyev ölkə miqyasında sənaye zonalarının və parklarının yaradılmasından məmnunluğunu ifadə edib. “Hesab edirəm ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr veribdir. Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan İnvestisiya Şirkətindən verilən məlumata əsasən, indiyədək ölkə üzrə 25 rezidentin qeydiyyata alındığı 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Ölkədə yaradılan sənaye parkları arasında 505,6 hektar ərazini əhatə edən Sumqayıt Kimya Sənaye Parkı xüsusi yer tutur. Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkının infrastruktur təminatı üçün bir sıra layihələr reallaşdırılıb. Burada 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası başa çatdırılıb. Yarımstansiyanı qidalandırmaq üçün 500 MVa gücündə olan Sumqayıt Elektrik Stansiyasından 110 kV-luq ikidövrəli kabel hava xətti çəkilib, müasir tələblərə cavab verən avadanlıqlar, o cümlədən yerli “ATEF” MMC tərəfindən istehsal olunan 80 MVa-lıq 2 güc transformatoru quraşdırılıb. Parkın kabel şəbəkəsi də “STP” MMC-dən alınmaqla bütünlükdə yerli məhsullar hesabına təmin edilib. Mərkəzləşdirilmiş SCADA sisteminə qoşulan yarımstansiyanın yaradılmasında əsas məqsəd Sənaye Parkındakı müəssisələri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. SKSP-də Data Mərkəzin yaradılmasına 60 milyon dollar vəsait yönəldilib.
Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Sənaye Parkında rezidentlərin qeydiyyatı davam etdirilir. Burada 2013-cü ildən fəaliyyətə başlayan “Azertexnolayn” MMC-də Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Parkın rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub. “MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.
“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu”nda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək. Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsalı planlaşdırılıb. “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün fabrikində ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. “SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti sənayedə istifadə üçün polimerdən beynəlxalq standartlara cavab verən kisə və torbaların istehsalı məqsədilə yaradılıb. Layihənin növbəti mərhələsində polipropilendən böyük ölçülü toxunma torbaların və konteynerlərin istehsalı planlaşdırılır.
Bütövlükdə, Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkədə sənaye inkişafına güclü təkan verib. Parkın önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır. Baxın, əgər biz vaxtilə Sumqayıt Kimya Sənaye Parkını yaratmasaydıq, bu vəsaitlər də qoyulmayacaqdı - 2,8 milyard dollar və investisiya təşviqi sənədində 2,3 milyard manat. Bax, bu vəsaitlər sahibkarların əlində qalacaqdı, yaxud da ki, indi bu vəsaitin əlbəttə, böyük hissəsi kredit resurslarıdır, o götürülməyəcəkdi, investisiya qoyulmayacaqdı və sənaye inkişafı da mümkün olmayacaqdı”.
Balaxanı Sənaye Parkının istifadəyə verilməsi respublikamızda “yaşıl iqtisadiyyat”ın inkişafında yeni bir mərhələ açıb
Ölkəmizdə müasir çağırışlara uyğun olaraq yeni sənaye quruculuğu çərçivəsində “yaşıl iqtisadiyyat”ın inkişafı da diqqət mərkəzində saxlanılır. Bakıətrafı ərazidə 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkının istifadəyə verilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafında yeni bir mərhələ açıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı müvafiq Sərəncam əsasında Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Sənaye Parkının rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə ixtisaslaşıb. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksəkkeyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı da nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı planlaşdırılır.
Balaxanı Sənaye Parkında rezident kimi qeydiyyata alınan “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə ixtisaslaşıb. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarını texnoloji və kimyəvi proseslərdən keçirməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür.
Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisəsidir. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur.
Balaxanı Sənaye Parkında qeydiyyata alınan “METAK” MMC tullantı plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğuldur. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Güzəştli kredit vəsaiti hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri Sənaye Parkında quraşdırılıb. Müəssisənin illik istehsal gücü 12 min tondur. Sənaye Parkında fəaliyyət göstərən “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə ixtisaslaşıb. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir. Hazırda sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir.
Yeni sənaye parklarında ölkədə böyük tələbat duyulan, həmçinin ixrac potensialı yüksək olan məhsullar istehsal edilir
Ölkənin bu və ya digər regionunda yaradılan sənaye müəssisələrində daxili bazarda böyük tələbat duyulan, həmçinin ixrac potensialı yüksək olan məhsulların istehsalının nəzərdə tutulması diqqətəlayiq haldır. Məsələn, hazırda respublikamızın müxtəlif dərman vasitələrinə olan tələbatı əsasən idxal hesabına ödənilir ki, bu da ölkəmizdən böyük həcmdə valyuta axınına səbəb olur. Pirallahı Sənaye Parkında yaradılan dərman istehsalı fabrikləri respublikamızın müxtəlif adda dərman vasitələrinə tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılmasına başlanılıb. Layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Pirallahı Sənaye Parkında 2017-ci ildə təməli qoyulan daha bir müəssisə - “Caspian Pharmed” əczaçılıq zavodu isə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-stereoid iltihab əleyhinə vasitələr, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Müəssisə Almaniya, İtaliya istehsalı olan texnika ilə təchiz ediləcək.
Sumqayıt Kimya Sənaye Parkında yaradılan “SOCAR Polymer” və “SOCAR karbamid” zavodları da bir sıra məhsullara olan daxili tələbatın ödənilməsində mühüm rol oynayacaq. Tikintisi sürətlə davam etdirilən “SOCAR karbamid” zavodunda ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək ki, bu məhsula da respublikanın aqrar sektorunda böyük tələbat duyulur. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir və bu işlərə 1800 nəfər cəlb edilib. Müəssisədə buraxılan məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılacaq.
“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir. Prezident İlham Əliyev bəhs olunan son iki layihənın Azərbaycanın sənaye inkişafının güclənməsi baxımından önəminə diqqət çəkərək deyib: “Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir - “SOCAR Polymer” və azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub”.
Yeni yaradılan sənaye zonalarında Azərbaycan üçün ənənəvi olmayan, ancaq ölkədə böyük tələbat duyulan məhsulların istehsalının mənimsənilməsi də əlamətdar haldır. Məsələn, Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı üzrə müasir istehsalat yaradılıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, burada buraxılan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də ixrac ediləcək: “Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il ildə 10 min avtomobil istehsal edəcək zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq”.
Sənaye parklarında yaradılan yeni müəssisələrdə insanlar layiqli iş yerləri ilə təmin olunurlar
İnsanların layiqli iş yerləri ilə təmin olunması sosial dövlət olan Azərbaycanda reallaşdırılan siyasətin mühüm istiqamətini təşkil edir. Aparılan uğurlu sosial-iqtisadi inkişafın nəticəsi olaraq respublikamızda müsbət demoqrafik vəziyyət yaranıb və əhalinin sayı getdikcə artır. Prezident İlham Əliyev bəyan edib ki, bu tendensiyaya uyğun olaraq yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun”, - deyə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib.
Qeyd edək ki, son 15 ildə ölkəmizdə 2 milyona yaxın yeni iş yerləri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir. Respublikada əhalinin məşğulluğunun təmin olunmasında həmçinin sənaye parklarında yaradılan istehsalatlar da mühüm rol oynayır. Bəhs olunan müəssisələr fəal məşğul əhalinin əmək bazarına inteqrasıyasına geniş imkanlar açıb. Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 nəfər işlə təmin edilib. Sənaye Parkında ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılan və 2018-ci ildə istifadəyə veriləcək istehsalatlarda 800-ə yaxın yeni iş yeri açılacaq. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Qeyd edək ki, cari ilin fevral ayında Mingəçevir Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlayıb və həmin müəssisələrdə 700-dən çox insan işlə təmin olunub.
2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Neftçalada sənaye məhəlləsi istifadəyə verilib. Hazırda Neftçala Sənaye Məhəlləsində layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil edən 9 rezident fəaliyyət göstərir. Bütövlükdə, Sənaye Məhəlləsində 500-dən çox daimi iş yerinin açılması üçün zəmin yaranıb.
Hazırda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Masallı və Hacıqabul rayonlarında yeni sənaye məhəllələri yaradılır. Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi sahəsi 7500 m2-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Sənaye məhəlləsinin tikintisində 200 nəfər çalışır. Burada birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq.
Hacıqabul Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  12510  |  
  • Tarix:  24-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib
17:33
21 İyun
Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
17:32
21 İyun
“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib
17:29
21 İyun
Əbülfəs Qarayev: Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb
16:55
21 İyun
Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var
16:33
21 İyun
Nəzarətin tələbi - nəticə və şəffaflıq
16:27
21 İyun
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib
16:20
21 İyun
Kubatbek Boronov: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir
16:19
21 İyun
Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə əməkdaşlığının şanlı səhifəsidir
16:15
21 İyun
Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
15:47
21 İyun
Azərbaycanın energetika naziri Vyanada OPEC-in beynəlxalq seminarında iştirak edir
15:24
21 İyun
Əli Əhmədov: Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır
15:21
21 İyun
Əlcəzair nümayəndə heyəti Milli Məclisdə olub
15:14
21 İyun
Musa Quliyev: Səhiyyənin inkişafı hər zaman diqqət mərkəzindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA