Manatın mövqeyini möhkəmləndirən real iqtisadi əsaslar var
19.04.2018 [09:51]
Ekspertlər bildirirlər ki, indiki məqamda Azərbaycanda milli valyutanın dəyər itirməsini və xarici valyutaların məzənnəsinin artmasını şərtləndirən amillər mövcud deyil
Məlum olduğu kimi, son bir ildə Azərbaycan manatının kursu dollara münasibətdə 1,7 AZN=1 USD nisbətində dəyişməz qalıb. Azərbaycanın milli valyutasının kursunun sabit qalması, əlbəttə ki, kortəbii bir proses deyil, bunu şərtləndirən obyektiv iqtisadi əsaslar var. Ölkəmiz qlobal mənfi təsirləri uğurla önləyib, reallaşdırılan islahatlar, o cümlədən də qeyri-neft iqtisadiyyatının üstün inkişafının güclü şəkildə təşviq olunması, bu məqsədlə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi sayəsində son illərdə milli iqtisadiyyatımızda artım dinamikası müşahidə edilir. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2018-ci ilin birinci rübündə respublikamızdan qeyri-neft məhsullarının ixracı təxminən 37 faiz artıb.
Eyni zamanda, son vaxtlarda dünya bazarında respublikamızın əsas ixrac məhsulu olan neftin qiyməti də yüksəlib. Azərbaycan neftinin qiyməti son 3,5 illik maksimumu yeniləyərək 74 dollara çatıb. Bundan başqa, iri qaz layihələri də ölkəyə valyuta axınını təmin edəcək. “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyacaq, bonus qismində isə əlavə 3,6 milyard dollar ödəniləcək. Bütün bunlar o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi artır, həmçinin valyuta daxilolmaları üçün yeni mənbələr formalaşıb. Qeyd edək ki, cari ilin əvvəlindən bəri respublikamız özünün strateji valyuta ehtiyatlarını 2 milyard dollardan çox artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər yaxşı göstəricidir.
Respublikamızda inflyasiya da aşağı səviyyədədir. Cari ilin birinci rübündə ölkədə inflyasiya həddi 4 faizi ötməyib. Bunun müqabilində əhalinin gəlirləri isə 10 faizdən çox artıb.
Milli iqtisadiyyatımızın bu və ya digər müsbət reallıqları fonunda ölkəmizin tədiyyə balansında profisit yaranıb. Paralel şəkildə insanlarda milli valyutaya inam artıb. Bunu banklarda manatla qoyulan əmanətlərin həcminin artması da təsdiqləyir. Qeyd edək ki, cari ilin fevral ayının yekunlarına görə, ölkə banklarında milli valyuta ilə qoyulan əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Cəmi bir ildə manatla əmanətlərin həcmi 37,8 faizədək artıb.
Ölkəmizdəki belə müsbət mənzərəyə baxmayaraq, son vaxtlar sosial şəbəkələrdə və radikal müxalifət düşərgəsinin nəzarətində olan KİV-lərdə manatın devalvasiyaya uğrayacağı, dolların kəskin bahalaşacağı, qiymətlərin və inflyasiyanın kəskin artacağı ilə bağlı şayiələr dərc olunmaqdadır. Həmin şayiələri yayanlar özlərini hamıdan çox bilənlər kimi göstərməyə çalışaraq cidd-cəhdlə bildirirlər ki, bəs qonşu Rusiyada, Türkiyədə milli valyutalar dəyər itirib, manatın ucuzlaşması da qaçılmazdır.
Bəhs olunan şayiələrin spekulyativ və konyunktur səciyyə daşıdığı, məqsədyönlü şəkildə dövriyyəyə buraxıldığı ortadadır. Azərbaycandakı makroiqtisadi vəziyyətlə bağlı yuxarıda sadaladığımız faktlardan da göründüyü kimi, indiki məqamda respublikamızda hansısa devalvasiya üçün heç bir gözləntilər yoxdur. Manatın arxasında real iqtisadiyyat dayanır. Qeyd etdiyimiz kimi, milli iqtisadiyyatımızda müsbət tendensiyalar güclənir.
Bundan başqa, manatın dəyər itirməsi Mərkəzi Bankın siyasətinə və hədəflərinə də zidd olardı. Mərkəzi Bankın sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurumun üç prioritetinin olduğunu nəzərə çatdırıb. Bunlar aşağı volativliklə stabil kursun qorunub saxlanılmasından, ucuz valyutadan və inflyasiyanın aşağı səviyyədə saxlanılmasından ibarətdir. Mərkəzi Bankın sədri birmənalı şəkildə vurğulayıb ki, manatın zəifləməsindən söhbət belə gedə bilməz: “Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən də söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur”.
Manatla bağlı müsbət proqnozlar həmçinin nüfuzlu beynəlxalq reytinq agentliklərindən gəlib. Beynəlxalq təşkilatlar da bildirirlər ki, manatın ucuzlaşması üçün əsaslar yoxdur. “Moody’s” beynəlxalq reytinq agentliyinin ekspertləri bildiriblər ki, bu gün Azərbaycan manatına təzyiqlər yoxdur. Onlar həmçinin yaxın iki ildə Azərbaycanda inflyasiya gözləntilərinin 5-6 faiz civarında olacağını vurğulayıblar.
Yeri gəlmişkən, KİV-ə açıqlama verən ekspertlər də milli valyutamızın ucuzlaşması üçün real əsaslar olmadığını bildirirlər. Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli KİV-ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur. O qeyd edib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.
Ekspert deyir ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. “Əminliklə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi, uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.
Digər bir məsələ. Son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir”, - deyə C.İbrahimli vurğulayıb.
İqtisadçı ekspert Pərviz Heydərov manatın ucuzlaşacağı və xarici valyutaların məzənnəsinin artacağı barədə ehtimalları şərh edərkən bildirib ki, Azərbaycanın real iqtisadi göstəriciləri və daxili valyuta bazarındakı vəziyyətlə bağlı ciddi narahatlığa əsas yoxdur: “Bu ilin birinci rübündə valyuta bazarında Dövlət Neft Fondu tərəfindən satılan xarici valyutanın həcmi ötən illə müqayisədə 65 faizə qədər çoxalıb. Ölkə iqtisadiyyatının real vəziyyəti keçən ilin bu vaxtında olan durumdan yaxşı mənada fərqlənir”, - deyə P.Heydərov qeyd edib.
Manatın dollara nisbətdə kursunun neftin dünya bazarında satış qiyməti ilə bağlı olduğunu deyən iqtisadçı ekspert dolların ölkəmizdə bahalaşması üçün hələlik ciddi əsas olmadığını nəzərə çatdırıb. Fikirlərinə davam edən iqtisadçı ekspert deyib: “Çünki dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Dünya bazarında neftin qiyməti isə 70 dollar ətrafındadır. Dövlət büdcəsinə yenidən baxılması da müzakirə olunur. Dövlət Neft Fondunun daxili bazarda satdığı valyuta neftin satışından kompensasiya olunur. Ona görə bu ilin sonuna qədər ölkənin valyuta bazarında heç bir ciddi dəyişiklik gözlənilmir. Hətta ölkəyə xarici valyuta axınının həcminə uyğun surətdə manatın bahalaşmağa meyil etməsi təkrarlana bilər. Mərkəzi Bank sərbəst üzən məzənnə rejiminə keçildiyini bəyan etsə də, dollar və manatın kursunu idarə olunan çərçivədə saxlayır”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39