Ana səhifə »  İqtisadiyyat »  Avropa İnvestisiya Bankı TAP layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləyib
A+   Yenilə  A-
Avropa İnvestisiya Bankı TAP layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləyib

Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 1,5 milyard avro kredit ayrılmasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə EIB məlumat yayıb. Bildirilir ki, ətraflı müzakirələr aparıldıqdan sonra bankın İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxacaq TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.
Qeyd edək ki, Avropa İttifaqına məxsus dövlətlərarası bank kimi Avropa İnvestisiya Bankının İdarə Heyətinin bu qərarı Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə inam və etibarın bariz nümunəsidir.
Bu günədək “Cənub Qaz Dəhlizi” layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MIGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib.
“Cənub Qaz Dəhlizi” layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Boru Kəməri və yeni tikilən TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Bu günədək mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla TANAP qaz boru kəməri layihəsi üzrə işlərin 91 faizi, TAP qaz boru kəməri layihəsi üzrə isə 65 faizi yekunlaşıb.
“Cənub Qaz Dəhlizi” QSC (CQD) Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Xatırladaq ki, yanvarın ortasına boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib, 473 kilometr boru xətt boyunca düzülüb, 457 kilometr boru qaynaqlanıb və 265 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Albaniyada isə boru kəməri marşrutu boyunca 168 kilometr ərazi təmizlənib, 163 kilometr boru xətt boyunca düzülüb, 157 kilometr borunun qaynağı tamamlanıb, həmçinin 116 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 687 kilometrlik ərazi, yəni 90 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan əlavə, marşrut üzrə boruların 80 faizi qaynaq edilib, Yunanıstan və Albaniyada 500 kilometr boru torpağa basdırılıb.
Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 61,5 milyon kilometr yol qət edib və 22,5 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.
TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla, ümumilikdə iki kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilib. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan-550 kilometr, Albaniya-215 kilometr, Adriatik dənizi-105 kilometr, İtaliya-8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz).

 
  • Oxunub:  5550  |  
  • Tarix:  08-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək
20:10
13 Dekabr
“Əbədi ezamiyyət” filmi Afinada nümayiş etdirilib
20:05
13 Dekabr
Türkiyə KİV-lərində ulu öndər Heydər Əliyevlə bağlı məlumatlar yayılıb
19:57
13 Dekabr
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
19:50
13 Dekabr
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
19:40
13 Dekabr
Zaqatalanın Lahıc kəndi qazlaşdırılıb
19:05
13 Dekabr
Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri müzakirə olunub
18:46
13 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:44
13 Dekabr
Sərəncam: 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb
18:36
13 Dekabr
Xalq artisti Həsən Məmmədova həsr olunmuş növbəti tədbir -“Ömür keçdi, gün keçdi”
18:13
13 Dekabr
Tbilisidə Azərbaycan və Gürcüstanın gənc iqtisadçı alimlərinin görüşü olub
18:08
13 Dekabr
Azərbaycanın və Moldovanın xarici işlər nazirlərinin görüşü olub
17:45
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
17:40
13 Dekabr
Hikmət Babaoğlu: Biz bundan sonra da Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edəcəyik
17:38
13 Dekabr
Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı
17:37
13 Dekabr
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
17:32
13 Dekabr
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
17:27
13 Dekabr
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb
17:01
13 Dekabr
İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
16:55
13 Dekabr
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
16:50
13 Dekabr
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
16:19
13 Dekabr
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək
16:02
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
15:43
13 Dekabr
Prezident İlham Əliyev: Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
15:40
13 Dekabr
Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15:36
13 Dekabr
Prezident: Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik
15:35
13 Dekabr
RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar
15:29
13 Dekabr
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
15:27
13 Dekabr
İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
15:18
13 Dekabr
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
15:07
13 Dekabr
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
14:56
13 Dekabr
Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
14:37
13 Dekabr
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir
14:29
13 Dekabr
Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır
14:27
13 Dekabr
Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi
14:25
13 Dekabr
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
14:17
13 Dekabr
YAP İdarə Heyətinin iclası keçirilmişdir
14:14
13 Dekabr
Özbəkistan portallarında Ulu Öndərin anım günü ilə bağlı yazılar yerləşdirilib
14:12
13 Dekabr
Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi
14:11
13 Dekabr
Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı
12:54
13 Dekabr
TAP: Yunanıstan və Albaniya marşrutunun 87 faizində torpaq örtüyü bərpa olunub
12:37
13 Dekabr
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
12:24
13 Dekabr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir
12:16
13 Dekabr
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb
11:59
13 Dekabr
Abşeron rayonunun Məmmədli kəndində 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
11:56
13 Dekabr
İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub
11:52
13 Dekabr
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib
11:50
13 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
11:49
13 Dekabr
Artıq 2338 şəhidin 3038 vərəsəsinə birdəfəlik ödəniş verilir
11:42
13 Dekabr
Əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
11:40
13 Dekabr
Asiya İnkişaf Bankı ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA