Ana səhifə »  İqtisadiyyat »  2017-ci ildə transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb
A+   Yenilə  A-
2017-ci ildə transmilli nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb

Prezident İlham Əliyev: Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır
Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu artıran, proseslərə təsir etmək iqtidarında olan önəmli aktora çevrilməsini şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür. Bunların içərisində, heç şübhəsiz ki, energetika amilini xüsusi qeyd etmək lazımdır. Azərbaycan iqtisadiyyatı on illər boyu neft amili ilə sıx bağlı olub və respublikamızda neft-qaz hasilatı, emalı sahəsində zəngin ənənələr formalaşıb. Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması ölkəmizin hərtərəfli inkişafını təmin edib. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz malik olduğu üstünlüklərdən, o cümlədən də zəngin neft-qaz resurslarından başqa dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyib. Prezident İlham Əliyevin nümayiş etdirdiyi belə konstruktiv siyasi iradənin nəticəsidir ki, özünün enerji müstəqilliyinə nail olan respublikamız bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Lakin Azərbaycanın qlobal əməkdaşlığa verdiyi sanballı töhfələr yalnız enerji sektoru ilə məhdudlaşmır. Son illərdə əlverişli coğrafi mövqedə yerləşən respublikamız həmçinin dünyaya özünün geniş nəqliyyat imkanlarını təqdim edir. Qədim İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bu baxımdan nəqliyyat-yol infrastrukturunun dünya standartlarına uyğun səviyyədə yenilənməsi Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərində tranzit ölkə kimi mövqeyini daha da gücləndirməyə xidmət edir.
Azərbaycan artıq tarixə dönən 2017-ci ildə də hər iki istiqamətdə ölkənin milli maraqlarına və qlobal əməkdaşlığın dərinləşməsinə hesablanan işləri davam etdirib. Belə ki, ötən il həm energetika, həm də nəqliyyat sahəsində tarixi hadisələr baş verib.
“Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bundan sonra uzun illər ərzində hasilat səviyyəsinin sabit qalmasına imkan verəcək
Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin çox böyük uzaqgörənliyi, müdrikliyi və cəsarəti sayəsində 1994-cü ilin 20 sentyabrında dünyanın transmilli şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə dair imzalanan “Əsrin kontraktı” ölkəmizin energetika tarixində yeni bir parlaq səhifə açdı. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin kontraktı” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə Azərbaycanın inkişafının əsas mənbəyi rolunda çıxış edib. Ötən 23 il ərzində “Əsrin kontraktı” çərçivəsində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib.
2017-ci il sentyabrın 14-də isə müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə baş verdi. Bəhs olunan tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Biz yuxarıda “Əsrin kontraktı”nın müstəqillik illərində ölkəmizin inkişafında oynadığı mühüm rol barədə qısa söhbət açdıq. “Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb.
Respublikamızın gələcək inkişafı baxımından bəhs olunan Sazişin böyük önəmi var. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğulayıb ki, 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın.
Beləliklə, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulacaq. Burada söhbət on milyardlarla dollardan gedir. İnvestisiyalar iqtisadiyyatın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yerli müəssisələrin yaradılmasına təkan verəcək. Bundan başqa, neft hasilatının sabit saxlanması Azərbaycanın iqtisadi inkişafının planlaşdırılmasına və neft amilindən asılılığın daha da azaldılmasına şərait yaradacaq. Yeni müqavilənin əhəmiyyətindən bəhs edən dövlət başçısı vurğulayıb: “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir”.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Nəzərdə tutulan bonus birinci tranşı cari ildə ödənilməklə səkkiz il ərzində tam şəkildə ölkəmizə çatdırılacaq. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək.
2017-ci ildə Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib
2017-ci ildə energetika sahəsində Azərbaycanın fəal iştirakı ilə daha bir qlobal layihənin - Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan Cənub Qaz Dəhlizi 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Layihənin reallaşdırılması, çox haqlı olaraq, gələcəyə baxış kimi dəyərləndirilir. Yeni enerji dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Cənub Qaz Dəhlizi layihəsi dörd hissədən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir.
Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin region dövlətlərinin və Avropa İttifaqı məkanı ölkələrinin enerji təhlükəsizliyi baxımından strateji önəmi son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslər, meydana çıxan yeni reallıqlar fonunda xüsusilə diqqəti cəlb edir. Yeni qaz dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həyata keçirilən bu layihə Avropa ölkələrinə özlərinin qaz tədarükü mənbələrini şaxələndirmələrinə imkan verəcək. Qeyd edək ki, bir sıra hallarda enerji marşrutlarından istehsalçı və istehlakçı tərəflərə yönəlmiş təzyiq vasitəsi qismində istifadə olunmasının günümüzün reallığına çevrildiyi indiki dövrdə bu amil ölkələrin təhlükəsizliyi baxımından olduqca vacibdir.
Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində tərəfdaşlar sırasına qoşulacaq.
Layihə çərçivəsində nəzərdə tutulan işlər koordinasiya olunmuş beynəlxalq əməkdaşlıq sayəsində müxtəlif ölkələrdə həyata keçirilir. Ayrı-ayrı dövlətlər, müxtəlif transmilli şirkətlər və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsini şərtləndirən əsas amillər qismində çıxış edir. Layihənin reallaşdırılmasına beynəlxalq komandanın bütün üzvləri tərəfindən güclü siyasi iradə göstərilir. Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yaxşı getməsindən məmnunluğunu ifadə edərək deyib: “Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb”.
Biz Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin, eləcə də Cənub Qaz Dəhlizinin əsas parametrlərinə nəzər saldıq. Deyilənlərdən də bəlli olduğu kimi, energetika sahəsində bu iki önəmli layihə Azərbaycanın bundan sonra da uğurlu inkişafını təmin edəcək.
Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq malik olduğu tranzit-logistika imkanlarından daha səmərli istifadə etmək üçün nəqliyyat sektoruna çox böyük önəm verir, bu sahədə müasir infrastruktur yardılmasına böyük həcmlərdə sərmayələr yönəldir. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Hazırda Azərbaycanın 20-yə yaxın yük laynerinin cəmləşdiyi çox böyük yük təyyarəsi parkı var. Respublikamız Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün mühüm rol oynayır. Bir neçə il bundan əvvəl Azərbaycan Xəzər sahilində böyük gəmiqayırma zavodu inşa etməyə nail olub. Bu zavodun texniki imkanları kifayət qədər genişdir və burada bütün növ gəmiləri istehsal etmək mümkündür.
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin əhəmiyyəti də kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb.
Hazırda limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Limanın birinci fazası istifadəyə verildikdən sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə çatacaq. Bu günlərdə Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.
2017-ci ildə nəqliyyat sektorunda ölkəmizin fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılması da mühüm tarixi hadisəyə çevrildi. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir. Uzunluğu təxminən 850 kilometr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Deyilənlərdən də göründüyü kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artacaq. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edəcək. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Prezident İlham Əliyev layihənin qlobal əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır”.
Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi səmərəliliyi kifayət qədər yüksəkdir. Yeni dəmir yolu bağlantısı ilə yüklər 16-18 saata daşınacaq. Bakı-Tbilisi-Qars vasitəsilə həmçinin sərnişin daşımaları təmin ediləcək. İlkin mərhələdə BTQ ilə ildə 1 milyon sərnişin daşınacaq və sonrakı mərhələdə bu rəqəm 2 milyona çatdırılacaq.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yoluna qlobal miqyasda böyük maraq var. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirir. Təsadüfi deyil ki, yeni nəqliyyat bağlantısına qoşulmaq istəyən ölkələrin sayı getdikcə artır. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır: “Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırıq”.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində də üzərinə düşən vəzifələri uğurla yerinə yetirir
Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Ölkəmizin ərazisindən keçən bu dəhliz Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək.
Azərbaycan Şərq-Qərb marşrutunda olduğu kimi, Şimal-Cənub dəhlizinin yaradılmasında da üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. Bunu xüsusi olaraq diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb. “Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”.
Hazırda dəhlizin ayrı-ayrı hissələrinin tikintisi davam etdirilir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Layihə çərçivəsində yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə tamamlanacaq.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Hazırda Yalama-Astara dəmir yol sahəsində Şimal-Cənub dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir. Prezident İlham Əliyev bildirib ki, bu marşrutla böyük yüklərin daşınması gözlənilir və buna görə də mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir: “Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2730  |  
  • Tarix:  13-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

20:47
22 Yanvar
Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru ilə görüşüb
20:44
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:30
22 Yanvar
Avropa Şurasının baş katibi Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib
20:12
22 Yanvar
Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın göstəricisidir
17:54
22 Yanvar
Məlahət İbrahimqızı: Beynəlxalq birlik işğalçını sülhə məcbur etməlidir
17:53
22 Yanvar
Ramil Usubov: İnsanlara həssas münasibət və qayğı polisin nüfuzunu daha da yüksəldir
17:51
22 Yanvar
Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
17:50
22 Yanvar
Əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalanmaq imkanı yaradılıb
17:40
22 Yanvar
İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb
17:35
22 Yanvar
Əkbər Hacıyev: Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir
17:21
22 Yanvar
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıya gələcək
17:07
22 Yanvar
Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsinin 28-ci ildönümünü geniş işıqlandırıb
17:03
22 Yanvar
Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir
17:00
22 Yanvar
Kürdəmir rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
16:41
22 Yanvar
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb
16:07
22 Yanvar
Azərbaycan Davosda Mədəniyyət Nazirlərinin konfransında təmsil olunub
16:05
22 Yanvar
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub
16:02
22 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
15:57
22 Yanvar
SOCAR: İndiyədək Türkiyədəki layihələrə 12,6 milyard dollar investisiya qoyulub
15:36
22 Yanvar
Badminton üzrə Azərbaycan millisi Avropa çempionatına altı idmançı ilə qatılacaq
15:31
22 Yanvar
Elman Nəsirov: İşğalçı öz adı ilə çağırılmalıdır
15:29
22 Yanvar
Fransalı deputatlar multikulturalizmin Azərbaycan modeli barədə məlumatlandırılıblar
15:15
22 Yanvar
“The Australian” qəzetində avstraliyalı səyyahın Azərbaycana səfərinin təəssüratlarına dair məqalə dərc edilib
15:03
22 Yanvar
AŞPA-nın yeni sədri seçilib
14:42
22 Yanvar
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub
14:29
22 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
14:20
22 Yanvar
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
14:17
22 Yanvar
Yaqub Mahmudov: Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixi önəm kəsb edir
14:09
22 Yanvar
AŞPA-nın qış sessiyası işə başlayıb
14:05
22 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 6 milyon 993,86 dollar təşkil edib
14:03
22 Yanvar
Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir
12:44
22 Yanvar
“Əl-Cəzirə” qəzeti 20 Yanvar faciəsindən yazır
12:38
22 Yanvar
Perunun “El Peruano” qəzetində Qanlı Yanvar hadisələrindən bəhs edən məqalə dərc olunub
12:33
22 Yanvar
Davosda Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək
12:20
22 Yanvar
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi alınıb
11:51
22 Yanvar
“Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq muğam simpoziumu keçiriləcək
11:46
22 Yanvar
Bakı Ali Neft Məktəbinin tələbələri təhlükəsizlik təlimlərində iştirak ediblər
10:36
22 Yanvar
Prezident yanında Apellyasiya Şurası 2017-ci ildə ona ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib
10:06
22 Yanvar
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
10:02
22 Yanvar
Türkiyə ictimaiyyəti ordunun antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir
09:48
22 Yanvar
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub
19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+3 +6