Ana səhifə »  İqtisadiyyat »  Yüksəkkeyfiyyətli Azərbaycan məhsullarına xarici bazarlarda maraq artır
A+   Yenilə  A-
Yüksəkkeyfiyyətli Azərbaycan məhsullarına xarici bazarlarda maraq artır

Prezident İlham Əliyev: Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir
Azərbaycanın perspektiv inkişaf strategiyasında qarşıya qoyduğu əsas hədəflərdən biri həm aqrar sektorda, həm də qeyri-neft sənayesində ixracın genişləndirilməsi ilə bağlıdır. Bu yolla respublikamız postneft dönəmində də ölkəyə lazımi həcmlərdə valyuta daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcıllığını qorumaq məqsədi güdür.
Ölkəmizin milli iqtisadiyyatın ixrac imkanlarının genişləndirilməsi ilə bağlı hədəfləri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixdə imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə öz əksini tapıb. Milli iqtisadiyyatın yaxın, orta və uzunmüddətli dövrdə inkişaf prioritetlərinin müəyyənləşdirildiyi sənəddə qeyd edildiyi kimi, Azərbaycanın adambaşına düşən ixrac həcminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox deməkdir.
Aparılan islahatlar və müvafiq təşviq mexanizmi ixracın genişləndirilməsinə münbit zəmin formalaşdırıb
Yeni şəraitdə respublikamızda aparılan islahatlar çərçivəsində ixracın səmərəli təşviqi mexanizminin işə salınması bütün ölkə boyu ixracyönümlü məhsul istehsalına marağı əhəmiyyətli dərəcədə artırıb. Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində ixrac bir sıra vasitələrlə dəstəklənir və təşviq edilir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməyə çalışır. Ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində qeyd etdiyi kimi, qəbul olunan qərarlar, qanunlar iqtisadiyyatı və ixracı şaxələndirmək üçün yaxşı imkanlar yaradıb. Dövlət başçısı vurğulayıb: “Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq”.
Ölkədə aparılan islahatlar çərçivəsində Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılması sayəsində ölkədən ixrac prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb. İxracatçılar 2017-ci ildə “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən bəhrələniblər. “Tax free” sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir və ixracyönümlü məhsul istehsalının həcminin artmasına müsbət təsir göstərir. Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib.
Ümumiyyətlə, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin spektri kifayət qədər genişdir. Xarici ölkələrdə yaradılan logistik mərkəzlər, ticarət evləri də ixracın təşviqində müsbət rol oynayır. Artıq ayrı-ayrı ölkələrdə müvafiq struktur uğurla fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiya Federasiyasında açılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq 2017-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilib. Artıq Ticarət Evinin idarə olunması məqsədilə Latviyada “Azərbaycan Ticarət Evi” MMC (“Trading House of Azerbaijan”) yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.
Ötən il əldə olunan uğurlar iqtisadiyyatın şaxələndirilməsi və ixracın genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərin nə qədər səmərəli olduğunu təsdiqləyir. 2017-ci ildə Azərbaycandan qeyri-neft məhsullarının ixracı beşdəbir həcmdə artıb, tədiyyə balansında profisit yaranıb. 2017-ci ilin 11 ayının göstəricilərinə əsasən ölkəmizdən qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 faizdən çox artıb. Bəhs olunan dövrdə respublikamızdan ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor birinciliyini qoruyub (140,2 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (116,4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub. 2017-ci ilin 11 ayında respublikamızdan 45 milyon dollar dəyərində pambıq, 39 milyon dollar dəyərində şəkər, 9 milyon dollar dəyərində çay ixrac olunub. Bütövlükdə, respublikamızdan meyvə-tərəvəz ixracı 453 milyon dollar təşkil edib.
2017-ci ildə respublikamızdan qeyri-neft sənayesi məhsullarının ixrac dinamikası da yüksək olub. Belə ki, 11 ayda plastmas və ondan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, elektrik enerjisinin ixracı 41 milyon dollar həcmində olub.
Ölkəmizin ixrac coğrafiyası da kifayət qədər genişdir. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, bəhs olunan dövrdə Rusiyaya 498 milyon dollar dəyərində qeyri-neft məhsulu göndərilib. Bundan başqa, ölkəmizdən Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal satılıb.
2017-ci ilin 11 ayında neftdənkənar iqtisadiyyat üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” Şirkətinin Azərbaycanda nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “VN Food Export Import Company” MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-nin Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.
Sənayedə və kənd təsərrüfatında ayrı-ayrı pozisiyalar üzrə ixracın genişlənməsi son nəticədə ölkənin xarici ticarət dövriyyəsində müsbət saldonun daha da artmasına müsbət təsir göstərib. Hazırda ölkəmizdən ixrac idxalı əhəmiyyətli dərəcədə üstələyir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bundan məmnunluğunu ifadə edərək deyib: “Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir”.
İxrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması böyük aktuallıq daşıyır
Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənən Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər.
Mütəxəssislərin qənaəti belədir ki, “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasından və güclü marketinq fəaliyyətindən çox asılıdır. Burada sahibkarların və müvafiq dövlət orqanlarının üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin təbliğinin miqyasını daha da genişləndirməklə bağlı qarşıya mühüm vəzifə qoyub. Dövlət başçısı Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində bu barədə fikirlərini nəzərə çatdıraraq bildirib ki, xaricdə geniş fəaliyyət dairəsi olan dövlət şirkətləri “Made in Azerbaijan” brendinin təbliği istiqamətində xüsusi fəallıq nümayiş etdirməlidirlər: “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Biz, eyni zamanda, böyük dövlət şirkətlərini və özəl şirkətləri də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər”.
2017-ci ildə xarici bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlərin miqyası genişləndirilib. İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına əsasən, ötən il Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına 10 ixrac missiyası təşkil edilib. İl ərzində “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunub. Bütövlükdə 2017-ci ildə qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib.
“Azexport.az” portalına 71 ölkədən 444,6 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub
Yeni şəraitdə respublikanın ixrac imkanlarının genişləndirilməsinə yönəldilən tədbirlər iki mühüm istiqamətdə reallaşdırılır. Belə ki, bir tərəfdən, bütün ölkə boyu ixrac qabiliyyəti yüksək olan məhsulların istehsalı artırılır, digər tərəfdən isə, həmin məhsulların mərkəzləşdirilmiş qaydada tədarükü və satış bazarlarına daha asan çıxarılması üçün optimal yollar seçilir.
Yuxarıda deyilənlər baxımından Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının fəaliyyətə başlaması böyük aktuallıq kəsb edir. 2016-cı il dekabrın 20-də təqdimatı keçirilən portal Azərbaycan mənşəli məhsulların daxili və xarici istehlak bazarlarına çıxış imkanlarını artırmaq məqsədilə yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində azexport. az portalının yaradılmasını çox ciddi addım kimi səciyyələndirərək deyib: “Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir”.
“Azexport.az” təchizat-satış zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. “Azexport.az”ın 2017-ci ildəki fəaliyyəti dövründə bir sıra milli və beynəlxalq ödəmə sistemləri, o cümlədən ölkənin aparıcı nəqliyyat-logistika şirkətləri portala inteqrasiya olunublar. “Azexport.az” VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirmələrini təmin edir.
“Asan İmza” innovativ mobil elektron imza xidmətinin Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılan portala inteqrasiya edilməsinin önəmini də xüsusi vurğulamaq lazımdır. Belə ki, “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.
Əlamətdar haldır ki, “azexport.az” portalı üzərindən ixracın həcmi getdikcə artır. 2017-ci ilin 11 ayı ərzində “Azexport.az” portalına dünyanın 71 ölkəsindən 444,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18,4 faiz) ilə yanaşı, Türkiyə (7,1 faiz), Ukrayna (5,8 faiz), Hindistan (4,5 faiz) və ABŞ (4,2 faiz) kimi ölkələr yer alır. Ümumiyyətlə, təxminən bir illik fəaliyyəti dövründə “Azexport” portalı dünyada 150 mindən çox biznes nümayəndəsinin Azərbaycan məhsulları ilə maraqlanmasına nail olub.
İxracın genişləndirilməsi məqsədilə ölkədə iri logistika mərkəzləri yaradılır
Yuxarıda bəhs olunan statistik rəqəmlərdən də göründüyü kimi, ölkəmizdə reallaşdırılan uğurlu diversifikasiya siyasəti sayəsində qeyri-neft sektorunda geniş ixrac potensialı yaranıb. Bu sahədə getdikcə artan potensialı qarşılamaq, məhsullarımızın ixracını səmərəli şəkildə təmin etmək üçün bir sıra vacib məsələlərin həllinə nail olmaq lazımdır. Bunlardan biri ölkə boyu yeni logistika mərkəzlərinin yaradılması ilə bağlıdır. Düzdür, son 14 ildə respublika miqyasında çoxlu sayda soyuducu kameralar, taxıl anbarları, saxlama məntəqələri istifadəyə verilib. Lakin bəhs olunan infrastruktur daha çox daxili tələbatı bütün ilboyu keyfiyyətli məhsullarla təmin etməyə hesablanıb. İndiki mərhələdə isə ölkəmiz daxili istehlakın təmin edilməsi ilə yanaşı, həm də ixracın genişləndirilməsinə istiqamətlənib ki, bunun üçün də müvafiq logistik mərkəzlərin yaradılmasına ehtiyac var. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb ki, bundan sonra ölkə üzrə ən azı üç böyük logistik mərkəzin yaradılmasına ehtiyac var: “Hesab edirəm ki, bundan sonra bizə ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında. Mən sahibkarları da bu işlərə dəvət edirəm. Dövlət öz dəstəyini verəcək, kreditlər ayıracaq, bütün lazımi infrastruktur təşkil ediləcək. Çünki bu, bizim böyük ixrac potensialımızın inkişafı üçün mütləq lazım olacaq”.
İxrac coğrafiyasının genişləndirilməsi, satış bazarlarının araşdırılması da qarşıda duran vacib məsələlərdəndir. Satış bazarları ilə əhatə olunması və müasir yol-nəqliyyat infrastrukturunun qurulması ölkəmizin böyük üstünlüyüdür. Bu bazarlarda Azərbaycanın aqrar sektorunun, emal sənayesinin yüksəkkeyfiyyətli məhsullarını yaxşı tanıyır və yüksək qiymətləndirirlər. Bununla belə, respublikanın artan imkanları ixrac coğrafiyasının genişləndirilməsini və satış bazarlarının daha əhatəli araşdırılmasını qaçılmaz zərurətə çevirib. Prezident İlham Əliyev bu xüsusda mesajlarını çatdıraraq deyib: “İxrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6180  |  
  • Tarix:  10-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

17:52
20 İyul
Millət vəkili: “Mehriban xanım Əliyeva iclasda bir sıra mühüm məsələlərə toxundu"
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+24 +27