Ana səhifə »  İqtisadiyyat »  Vüsal Qasımlı: 2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, böhran arxada qalıb
A+   Yenilə  A-
Vüsal Qasımlı: 2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, böhran arxada qalıb

2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, böhran artıq arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf tsiklinə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı cari ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
V.Qasımlı qeyd edib ki, bu il respublikada biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib. 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb.
Prezident İlham Əliyevin 2017-ci ili dərin iqtisadi islahatlar və sabitləşmə ili kimi xarakterizə etdiyini vurğulayan Vüsal Qasımlı nəzərə çatdırıb ki, 2017-ci ildə bir tərəfdən antiböhran tədbirləri həyata keçirilib, digər tərəfdən isə yeni iqtisadi model quruculuğu sahəsində islahatlar davam etdirilib, infrastruktur yaxşılaşdırılıb və əhalinin sosial rifahı diqqətdə saxlanılıb.
V.Qasımlı, həmçinin deyib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il avqustun 1-dən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar. “Tax free” sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir. Nazirlər Kabinetinin 2017-ci il 10 aprel tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib”.
İİTKM-in icraçı direktoru vurğulayıb ki, 2017-ci ildən qüvvəyə minən “Vergi Məcəlləsi”nə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergiödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergiödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.
Həmçinin 2017-ci ilin yanvar ayında “Dövlət satınalmaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilib.
Vüsal Qasımlı əlavə edib ki, 2017-ci ildə Prezident İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.
Qeyd olunub ki, aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı Strateji Yol xəritələrinin müddəaları rəhbər tutulur.
Vüsal Qasımlı İnstitusional islahatlardan danışanda Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasını xüsusilə vurğulamaq lazım olduğunu bildirib. Onun qənaətinə görə, idarəetmə islahatları yeni iqtisadi modelin funksionallığını təmin etmək baxımından vacibdir: “2017-ci ildə “Əsrin müqaviləsi”nin (“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, həmçinin Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar ölkəmizə investisiya qoyuluşu və infrastrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, bu il Azexport.az portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına töhfə olub. Bundan başqa ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin artmasına, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına səbəb olub.
Mətbuat konfransı zamanı Vüsal Qasımlı bir sıra statistik rəqəmləri jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2017-ci ildə qeyri-neft sektorunda 2 faizdən çox artım gözlənilir. Xüsusilə, qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadi artımın drayverinə çevrilir. 2017-ci ildə qeyri-neft ixracı 1/5-dən çox artıb, tədiyyə balansında profisit yaranıb, strateji valyuta ehtiyatlarının həcmi artıb. Maliyyə Sabitliyi Şurası çərçivəsində aparılan fəaliyyətlər nəticəsində Azərbaycan manatının kursu sabitləşib. Beləliklə, 2017-ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.
İcraçı direktor yekunda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda, Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatında” 35-ci və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycanın 57-ci yerə yüksəlməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsində mümkün olub.
V.Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, İİTKM 14 internet resursu (www.iqtisadiislahat.org, www.ereforms.org, www.ecoreform.az, www.azexport.az saytları, Facebook və “Linkedin”də 3 səhifə, “İnstagram”da 2 səhifə, Twitter və “Youtube”da isə hərəsində 1 səhifə) üzərindən ölkədə aparılan iqtisadi islahatları aktiv şəkildə təbliğ edir.
Saytlara 600.000-dən çox izləyici baxışı olub. Sosial şəbəkələrdə isə mərkəzin 20.000-dən artıq izləyicisi var. İİTKM 2017-ci ildə KİV-ə 226 məlumat göndərib. Bu məlumatlar həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yayımlanıb. İİTKM -in göndərdiyi məlumatlar əsasında elektron mətbuatda 2346 xəbər dərc olunub. TV-lərdə İİTKM -in hazırladığı məlumatlar əsasında 368 xəbər (yaxud müsahibə) yayımlanıb. Bu xəbərlər daha çox ölkədə aparılan iqtisadi islahatlar, konfrans və müzakirələr, təlimlər, Azexport portalı, Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmə hesabatları, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsi, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi, Doing Business 2018” hesabatına dair məlumatları əhatə edib.
Yekunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və mətbuat konfransında iştirak edən departament rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  28-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

10:06
22 Yanvar
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
10:02
22 Yanvar
Türkiyə ictimaiyyəti ordunun antiterror əməliyyatlarına böyük dəstək nümayiş etdirir
09:48
22 Yanvar
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub
19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+3 +6