Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Van iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir

Van iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir

15.12.2017 [16:42]

Türkiyənin Van şəhərinin iş adamları Azərbaycana investisiya yatırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Azərbaycan Türkiyə İş Adamları Birliyində (ATİB) keçirilən görüşdə deyib.
O bildirib ki, Azərbaycana səfərlərinin məqsədi buradakı iş şəraiti ilə tanış olmaq, biznes mühitini öyrənmək, Azərbaycan və Türkiyənin iş adamlarının birlikdə əməkdaşlığını daha da genişləndirməkdə rol oynamaqdır. Van iş adamları gələcəkdə Azərbaycana investisiya yatırmaq üçün imkanları araşdırır.
ATİB-in idarə heyətinin üzvü Rafiq Qarayev Azərbaycan haqqında qonaqlara qısa məlumat verib, hökumətin sahibkarlara yaratdığı əlverişli şərait barədə danışıb.
R.Qarayev bildirib ki, Vandan gələn iş adamları Azərbaycanda yaradılan sənaye məhəllələri ilə tanış olub, investisiya yatıra bilərlər. Həmçinin Azərbaycanda məhsul istehsal edərək qonşu ölkələrə ixrac etmək üçün də burada imkanlar çoxdur.
O qeyd edib ki, keçirilən görüş hər iki ölkənin iş adamlarının gələcək fəaliyyətinə müsbət təsir edəcək. Martın 15-dən aprelin 5-dək Van şəhərində keçiriləcək “Van Shopping Fest-2018”də ATİB olaraq iştirak edəcəklər.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31