Ana səhifə »  İqtisadiyyat »  İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçirilib
A+   Yenilə  A-
İstanbulda Türk Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçirilib

Şahin Mustafayev: Bu il Azərbaycanın Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 milyard dollar olub
Noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdikləri görüşdə ölkəmizi iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin TDƏŞ-in iqtisadiyyat nazirlərinin VII görüşünə ev sahibliyi etməsindən məmnunluğunu bildirib, türkdilli dövlətlər arasında əməkdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Türkiyə iqtisadiyyatı, ölkəsinin TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyatına yatırdığı sərmayələr barədə məlumat verən N.Zeybekçi əməkdaşlığın genişləndirilməsi üçün ticari-iqtisadi əlaqələrin inkişafının, sərmayə qoyuluşunun artırılmasının və yeni layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycan ilə iqtisadi əlaqələrdən və həyata keçirilən birgə layihələrdən danışan türkiyəli nazir Bakı-Tbilisi-Qars layihəsinin dünya iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxışında türkdilli dövlətlərin bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini vurğulayıb. İqtisadiyyat nazirlərinin görüşünün növbəti Zirvə toplantısına hazırlıq məqsədilə təşkil edildiyini və təşkilatın inkişafına töhfə verəcəyini diqqətə çatdıran Ş.Mustafayev gələcəkdə digər qardaş ölkələrin də Türk Şurasına tamhüquqlu üzv kimi qoşularaq fəal iştirakçı olacaqlarına ümid etdiyini bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda Türk Şurasının ölkələri ilə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 milyard dollar, o cümlədən idxal 1 milyard dollar, ixrac 1,1 milyard dollar təşkil edib. Bu dövrdə Türk Şurasının üzv dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15 faiz, o cümlədən idxalda 16 faiz, ixracda isə 13 faiz təşkil edib. Şahin Mustafayev təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu potensialdan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib. Bildirilib ki, ölkələrimizdən keçən tranzit marşrutlarına üstünlük verilməsi və yükdaşımaların həcminin artırılması məqsədilə Türk Şurası üzvləri və digər türkdilli dövlətlərlə əlaqələndirmə platformaları genişləndirilməlidir. İqtisadiyyat naziri, həmçinin təşkilata üzv ölkələri Azərbaycanda yaradılan Azad iqtisadi zona, sənaye parkları və məhəllələri, ölkəmizin Aktaudakı logistik mərkəzi, habelə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının imkanlarından faydalanmağa dəvət edib.
Şahin Mustafayev Azərbaycanın TDƏŞ-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığı, eləcə də ölkəmizin iqtisadiyyatı barədə danışıb. Türkiyə ilə iqtisadi əlaqələrə toxunan nazir ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, ortaq layihələrdən söz açıb, dekabrın 1-də müzakirə ediləcək Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin artımına dəstək olacağını bildirib.
Son illər ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bildirən nazir Türk Şurasına üzv dövlətlərin nümayəndələrini Azərbaycanın “EXPO 2025” sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.
Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Baurjan Bekişev, Qırğızıstanın iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyev çıxışlarında iqtisadiyyat üzrə işçi qrupunun iclasında müzakirə edilən məsələlər barədə danışıb, türkdilli ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, əməkdaşlıq perspektivlərinə, təmsil etdikləri ölkələrin iqtisadiyyatına dair məlumat veriblər.
Özbəkistanın iqtisadiyyat nazirinin birinci müavini Sunatulla Bekenov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ çərçivəsində əməkdaşlıq, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.
Natiqlər türkdilli ölkələrin yerləşdikləri coğrafi ərazilərin geosiyasi əhəmiyyəti, bu yerlərin beynəlxalq yükdaşımalarında yeri və rolu, təbii zənginlik, fəaliyyət göstərən və həyata keçirilməkdə olan beynəlxalq iqtisadi layihələr, iqtisadi yüksəlişi dinamik həddə çatdırmaq üçün digər imkanlara dair fikir və mülahizələrini bölüşüblər. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər hövzəsində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və digər beynəlxalq iqtisadi layihələrin imkanları yüksək dəyərləndirilib. Qeyd olunub ki, bütün türkdilli ölkələr bu layihələrdən bəhrələnmək və perspektivdə olan layihələrdə iştirak etmək üçün tarixi şansdan istifadə etməklə inkişaf imkanlarına yeni-yeni töhfələr verə bilərlər. Tərəflər əməkdaşlıq əlaqələrinə dair imkanları yüksək qiymətləndiriblər.
Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşünə dair Protokolun imzalanması ilə başa çatıb.
Sonra Türk Şurasının baş katibi Ramil Həsənov və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci birgə mətbuat konfransı keçiriblər.
Diqqətə çatdırılıb ki, Türk Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələri genişləndirmək üçün böyük potensialdan daha səmərəli bəhrələnmək üçün geniş siyasi imkanlar mövcuddur.
* * *
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev türkiyəli həmkarı Nihat Zeybekçi ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi kimi tanınan Trans-Anadolu və Trans-Adriatik boru kəməri layihələrinin həyata keçirilməsi ilə Xəzər və Aralıq dənizləri arasında yeni enerji dəhlizi açılmış olacaq və bütün regionun enerji xəritəsi dəyişəcək. Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 faiz artıb. İqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə Preferensial Ticarət Sazişinə dair danışıqların ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına və aqroparklara türkiyəli investorların cəlb edilməsi, tranzit yükdaşımalarının, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

 
  • Oxunub:  5820  |  
  • Tarix:  01-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA