Ana səhifə »  İqtisadiyyat »  2018-ci il dövlət büdcəsi haqqında layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
A+   Yenilə  A-
2018-ci il dövlət büdcəsi haqqında layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “2018-ci ilin dövlət büdcəsi layihəsi haqqında” qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova 2018-ci ilin büdcə zərfində dünyadakı qlobal iqtisadi meyillər, maliyyə prosesləri və çağırışların nəzərə alındığını bildirib. Qeyd edib ki, bu dəfə də dövlət büdcəsinə daxil olan sənədlər büdcə sistemi qanunvericiliyinə uyğun, mükəmməl şəkildə hazırlanıb. Növbəti ilin büdcə zərfi ilə bağlı müzakirələr göstərir ki, bu ali sənədə bütövlükdə cəmiyyətdə çox ciddi maraq var. Çünki bu sənəd qarşıdakı növbəti üç ilin inkişaf istiqamətlərini özündə əks etdirir.
Eyni zamanda, qeyd olunub ki, sənəddə Azərbaycan iqtisadiyyatının 2016-2017-ci illər ərzindəki inkişaf perspektivləri və nəticələri, beynəlxalq miqyaslı risklər və bunların büdcə parametrlərinə mövcud təsirləri ətraflı araşdırılıb. Potensialın yerli tələblər nəzərə alınaraq ödənilməsi, rabitə, nəqliyyat strukturlarına, təhsil, səhiyyə, mədəniyyət sahələrinə ayırmalar büdcə zərfinin sosialyönümlü olduğunu aydın göstərir.
Bahar Muradova ali iqtisadi sənəddə insan kapitalına mühüm önəm verilməsini də təqdirəlayiq hal kimi dəyərləndirib, gəlir və xərclərin 2017-ci illə müqayisədə artırılmasının mühüm məqam olduğunu bildirib.
Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov 2018-ci il üçün dövlət büdcəsi layihəsi barədə məlumat verərək bildirib ki, sənəd ölkəmizin milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsinə və dünyada baş verən iqtisadi proseslərin təhlilinə əsasən hazırlanıb.
Qeyd olunub ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur. Bu 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2018-ci il dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır.
Azər Bayramov qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur. Həmin mənbədən mədəniyyət, incəsənət tədbirləri və KİV-lərin maliyyə təminatı üçün 260 milyon manat vəsait yönləndiriləcək. Bədən tərbiyəsi, idman tədbirlərinin və gənclər siyasətinin həyata keçirilməsi üçün 44 milyon manat vəsait proqnozlaşdırılır. Bələdiyyələrə 5,2 milyon, QHT-lərə 3,6 milyon, dini qurumlara və icmalara 3,4 milyon, siyasi partiyalara 2,5 milyon, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon, Gənclər Fonduna 2 milyon, Elmin İnkişafı Fonduna 4 milyon, Bilik Fonduna 1 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Azər Bayramov bildirib ki, gələn il üçün xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanmasına 2,4 milyon manat, populyar xarici telekanallar vasitəsilə Azərbaycan turizminin təbliğinə 3,5 milyon manat vəsait ayrılır. Sosial mənzillərin tikintisinə və ipoteka layihələrinin maliyyələşdirilməsinə 250 milyon, “ASAN xidmət”in göstərdiyi xidmətlərin dairəsinin genişləndirilməsinə isə 24,6 milyon manat vəsait nəzərdə tutulub.
Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılıb ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.
Sonra iclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün bir barrel xam neftin satış qiyməti 45, növbəti illər üçün isə 40 dollar müəyyən edilib.
Onun sözlərinə görə, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək. Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur.
Dövlət büdcəsi layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə layihə ilə bağlı palatanın hazırladığı ümumiləşdirilmiş nəticələri və tövsiyələri diqqətə çatdırıb. Bildirilib ki, növbəti ilin dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən sosial sahədə müəyyən edilmiş tapşırıqların icrasını təmin etmək üçün etibarlı maliyyə təminatı yaratmış olacaq.
İclas qanun layihəsi ətrafında müzakirələrlə davam etdirilib. Milli Məclisin deputatları, həmçinin insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qanun layihəsinə müsbət münasibət bildiriblər, təkliflərini səsləndiriblər.
Sonra maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputatları maraqlandıran suallara aydınlıq gətiriblər.
Müzakirələrdən sonra “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 
  • Oxunub:  6990  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
17:41
13 İyul
Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq
17:39
13 İyul
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
17:36
13 İyul
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
17:13
13 İyul
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edib
17:10
13 İyul
Qaradağda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
17:08
13 İyul
Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib
17:07
13 İyul
Təhsil naziri: Son 15 ildə Azərbaycanda üç mindən çox yeni məktəb binası tikilib
16:53
13 İyul
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
16:52
13 İyul
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
16:50
13 İyul
Elman Məmmədov: Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir
16:35
13 İyul
Sevinc Fətəliyeva: "Tərəfdaşlıq prioritetləri" sənədi Azərbaycanla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27