Ana səhifə »  İqtisadiyyat »  “Baku Shopping Festival” Azərbaycanda sabitliyin və təhlükəsizliyin göstəricisidir
A+   Yenilə  A-
“Baku Shopping Festival” Azərbaycanda sabitliyin və təhlükəsizliyin göstəricisidir

Festivalların keçirilməsini zəruri edən amillər
Ticarət festivalları keçirmək ənənəsinə tarixin müxtəlif dönəmlərində fərqli formalarda təsadüf edilir. Amma özəl standartlar və modern texnologiyalar tətbiq edilməsi baxımından “shopping festival” ticarət kampaniyaları sırasında brendə çevrilə bilib. Türkiyə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri festivalları sistemli şəkildə keçirilməklə ciddi nailiyyətlər əldə edə biliblər.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığında keçirilən 1-ci “Baku Shopping Festival”ın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. 1-ci festival nəticəsində dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil oldu. Bundan başqa, ümumilikdə 1-ci Şopinq Festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Proqnozlara görə, 10 aprel-10 may tarixlərində keçirilən 1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək 2-ci festivallar nəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq.
2017-ci ildə şoppinq festivalların keçirildiyi bir dövrdə ölkəyə gələn turistlərin kəmiyyəti də ötən illərlə maqayisədə artıb. İlin 9 ayı ərzində Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım deməkdir. Hesablamalara görə, 2017-ci ilin ilk 8 ayı ərzinda gələn turistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir və bu, ölkə büdcəsi ilə yanaşı, özəl xidmət sektoru üçün ciddi mənbədir.
Nəzərə alsaq ki, Şoppinq Festival bir alət olaraq təkcə Azərbaycanda deyil, ümumilikdə yerləşdiyimiz regionda ilk dəfə Bakıda tətbiq edilir, onda bu təcrübənin növbəti illərdə daha da inkişaf edəcəyini, yeni elementlər artırmaqla daha yüksək nəticələr verəcəyini proqnozlaşdırmaq olar. Festivalın tətbiq olunduğu ilk il ərzində əldə edilən nəticələr bu proqnozun reallıq gücünü artırır. Belə ki, eyni il tərkibində keçirilməsinə baxmayaraq, 1-ci Festivalla 2-ci Festivalın göstəriciləri arasında yüksək dinamika diqqət çəkir. 2-ci Festivala qatılan ticarət obyektlərinin sayı birinciyə nisbətən 3 dəfə yüksəlib. 2-ci Festivala 600-ə yaxın ticarət obyekti, hipermarket və supermarket, həmçinin də aptekin qoşulması deməyə əsas verir ki, 1-ci Festivalın nəticələri uğurlu olub, kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli şərait yarada bilib.
Məlumat üçün bildirək ki, şoppinq festivallar turist axını cəlb etmək üçün tətbiq edilən ən təkmil, innovativ alətlərdən biri kimi beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Amma turizm sənayesini inkişaf etdirmək arzusunda olan ölkələrin əksəriyyəti bu alətdən istifadə etmək istəsə də, festivalların təşkil edilməsi üçün gərəkən mühiti formalaşdırmaq hər kəsə nəsib olmur. Ölkədə ictimai-siyasi sabitliyin mövcud olması, təhlükəsizlik mühitinin formalaşdırılması festivalların keçirilməsini şərtləndirən amillər sırasındadır. Şoppinq festivalların keçirildiyi ölkələrin təcrübəsi bu faktı təsdiqləyir.
Şoppinq festivalların uğur qazandırdığı şəhərlər
Dubay Əmirliyi (Birləşmiş Ərəb Əmirlikləri-BƏƏ) 1996-cı ildən başlayaraq “Shopping Festival”ı 22 il müddətində fasiləsiz keçirməklə öz paytaxtını dünya ticarət markası edib. Dubay hazırda bu kampaniyadan ən çox gəlir əldə edən şəhərdir. Şəhərə illik turist axını təqribən 14,26 milyon nəfərlə ölçülür ki, bunun da təqribən 2,6 milyon nəfərə yaxını bilavasitə şoppinq festivallar mövsümünə aiddir. Dubay dünyada turistlərin ən çox səfər etdikləri şəhərlər sırasında ilk beşlikdə 4-cü yerdədir: Birinci yerə London (illik 18,82 milyon nəfər), ikinci yerə Paris ( illik 18,24 milyon nəfər), üçüncü yerə Honkonq (illik 16,06 milyon nəfər), dördüncü yerə Dubay (illik 14,26 nəfər), beşinci yerə isə İstanbul (illik 12,56 milyon nəfər) sahiblik edir. Dubayın əldə etdiyi bu yüksək nəticədə şoppinq festivalların da öz yeri var. Statistikaya görə, 1996-2016-cı illər aralığında keçirilən ticarət festivallarına ümimilikdə 56 milyon nəfərdən çox turist qatılıb.
“Shopping Festival”ların sistemli və effektiv keçirildiyi ikinci şəhər İstanbuldur. 2011-ci ildən etibarən bu təcrübəni tətbiq etməklə İstanbul öz epitetlərinin sırasını daha da genişləndirə bilib. Belə ki, “tarixi şəhər”, “fərqli sivilizasiyalar, mədəniyyətlər beşiyi olan şəhər”, “turist şəhəri” kimi ad çıxarmış İstanbul 2011-ci ildən sonra həm də dünyanın cəlbedici ticarət mərkəzlərindən biri kimi məşhurdur.
Dünya turistlərinin üz tutduqları şəhərlər sırasında ilk beşlikdə yer alan İstanbul (illik 12,56 milyon nəfər) özünün cəlbediciliyi ilə bütövlükdə Türkiyə turizm sənayesinə təsir edə bilib. Belə ki, Türkiyə 2014-cü ildə dünyada xarici turistlərin ən çox üz tutduqları ölkələr sırasında 6-cı yerə yüksələ bilib. Bu nəticənin əldə edilməsində bütövlükdə İstanbul şəhərinin, ayrılıqda isə şoppinq festivalların əhəmiyyətli payı var. Hər il 40 günlük ticarət festivalı keçirilən şəhərə milyonlarla turist axın edir, dövlət büdcəsi ilə yanaşı xidmət sektoruna, ticarət obyektlərinə milyardlarla dollar gəlir qazandırır. Hesablamalara görə, Türkiyə 2016-cı ildə təkcə xarici turist axınından 37 milyard dollar qazanc götürə bilib.
“Shopping Festival” siyasi sabitlik, təhlükəsizlik mühitində effekt verir
İstanbulda şoppinq festivalların keçirildiyi illəri müqayisəli təhlil edərkən, bir nüans da ortaya çıxır. İnnovativ texnologiyaların tətbiq edilməsi, cəlbedici kampaniyaların təşkilinin nəticəsi olaraq Türkiyədə 2011-2015-ci illər arasında turizm sənayesi yüksək səviyyədə inkişaf edərək pik həddə çatdı. 2014-cü ildə 42 milyon nəfərlik xarici turisti qəbul etməklə Türkiyə turizmin inkişaf etdiyi ölkələr sırasında 6-cı yerə yüksələ bildi. Turizmin inkişafı yönündə bir alət olaraq şoppinq festivalın tətbiq edilməsi İstanbulu həm turist axını, həm də ticarət dövriyyəsi baxımından Dubayla qönşu cərgəyə gətirə bildi. Amma eyni texnologiyaların tətbiqinin davam etdirilməsinə baxmayaraq, təəssüf ki, qardaş ölkədə son iki il müddətində (2015-2016-cı illər) turizm axınında inkişaf yox, tənəzzül yaşandı. Müqayisə üçün baxaq: Türkiyəyə xarici turist axını 2014-cü ildə 42 milyon nəfər, 2015-ci ildə 36 milyon nəfər, 2016-cı ildə 25 milyon nəfər.
Tənəzzülün səbəbi bəllidir. Ekspertlər qeyd edirlər ki, turizm axını sahəsində müvəqqəti tənəzzül yaranmasının ilk səbəbi 2015-ci ildə Türkiyədə törədilən dövlət çevrilişi cəhdi və silsilə terror aktlarıdır. Türkiyənin sürətli inkişafı, sabitliyi, regionda güc və söz sahibi olmasıyla barışmayan düşmən qüvvələrin yaratdıqları bu problemlər Türkiyəni öz strateji yolundan döndərə bilməsə də, turist axınına təsir göstəmək kimi taktiki problemlərə səbəb oldu. Sevindirici haldır ki, qardaş ölkə bu problemləri cəsarətlə ram edə bildi, sabitlik və inkişaf kursu bərpa edildi. Türkiyə ictimaiyyətinin ayıq tərpənərək təxribata getməməsi, öz iqtidarının arxasında möhkəm durması düşmən qüvvələrin planını poza bildi.
Amma istənilən halda bir fakt öz təsdiqini tapdı ki, ölkədə sabitliyin, təhlükəsizliyin pozulmasına yönəlik cəhdlər, ictimai-siyasi, o cümlədən iqtisadi sferaya təsirsiz ötüşmür. Nə qədər innovativ texnologiyalar tətbiq edilsə belə, sabitliyin pozulduğu bir yerdə həm ümumilikdə iqtisadiyyatda, həm də turizm sahəsində dinamika sönür. Təhlükəsizlik və sabitlik lüks həyat tərzinə aid olan turizm üçün önəmli faktordur.
Azərbaycan regionun ən sabit, dinamik ölkəsidir
Mənsub olduğumuz regionda “Shopping Festival” kimi bir layihəni həyata keçirmək iradəsini özündə tapan ilk ölkə Azərbaycandır. Ümumilikdə region üçün yeni ənənə olan kampaniyanın Bakıda uğurlu keçirilməsi, effektiv nəticələr verməsi, ixtisaslaşmış turizm sənayesinin quruculuğu sahəsində nailiyyətlərin qazanılması Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin göstəricisidir. Yerləşdiyimiz regionda cərəyan edən siyasi gərginliyə, maliyyə-iqtisadi böhrana, təhlükəsizliklə bağlı problemlərə rəğmən, Azərbaycan öz ərazisində siyasi sabitliyi, iqtisadi dinamikanı, təhlükəsizlik mühitini təmin edə bilib, ölkə turistlər və ticarət edənlər üçün rahat bir məkana çevrilib.
Müşfiq Ələsgərli

 
  • Oxunub:  7380  |  
  • Tarix:  11-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +25
gecə+15 +17