Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə “İki sahil” qəzeti xüsusi buraxılış hazırlayıb
A+   Yenilə  A-
Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə “İki sahil” qəzeti xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzetinin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə hazırladığı 82 səhifəlik xüsusi buraxılış neft sənayemizin tarixində baş verən mühüm hadisələri özündə əks etdirir. Maraqlı yazılar, ayrı-ayrı dövrlər üçün şəkillər və yüksək poliqrafik tərtibat diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, qəzetin üz qabığında yer alan dövlətimizin başçısı İlham Əliyevin “Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur” fikirləri tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın davamlı uğurlarında bu amilin rolunu xüsusi önə çəkir. Xüsusi buraxılışın növbəti səhifəsində Azərbaycanda bir milyardıncı ton neftin 1971-ci il martın 28-də çıxarılması faktı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə 7 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”, “Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamları yer alıb.
“Bu şanlı nailiyyət, ilk növbədə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyamızın zəfər təntənəsidir... Azərbaycan neft-qaz sənayesinin böyük bir dövrü Ulu öndərin adı ilə sıx bağlıdır. Bugünkü uğurlarımız hələ sovet dövründə Onun gərgin əməyi sayəsində axtarış-kəşfiyyat, qazma, hasilat, emal və başqa sahələrdə yaradılmış zəngin infrastruktur potensialının gücünə əsaslanır”. Bu fikirlər SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması münasibətilə təbrikində əksini tapıb. O da qeyd edilir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun təkmilləşdirilmiş enerji strategiyası ötən illərdə ölkəmizə böyük nailiyyətlər qazandırmış və bu gün də neft-qaz sənayemizi yeni-yeni qələbələrə aparır. Neft-qaz hasilatında əldə olunan nailiyyətlər SOCAR-ın inkişafı üçün böyük imkanlar yaradıb. Azərbaycan bu gün Avropanın ən böyük enerji və infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və avanqard qüvvəsi kimi bütün dünyada böyük etimad qazanıb.
R.Abdullayev təbrikində qədim neft diyarı Azərbaycanın şöhrətinin dünyaya yayılması naminə misilsiz əmək sərf etmiş bütün neftçilərə, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrdə əməkdaşlıq edən hər kəsə təşəkkürünü bildirir.
“Azərbaycan neftinin tarixi çox qədim dövrlərə gedib çıxır”, “ABŞ və Rusiyanın neft mübarizəsində Bakının rolu”, “Əgər neft şahzadədirsə, Bakı onun tacıdır”, “Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici amil oldu”, “Azərbaycan neft sənayesinin tərəqqisi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, “Yeni neft strategiyasının uğurlu icrası: 2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol”, “Yeni əsrin müqaviləsi” müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır” kimi məqalələrdə Azərbaycan neftinin şöhrəti, uğurlara geniş yol açması, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində rolu, neft kapitalının insan kapitalına çevrilməsinə apardığı yol və s. kimi məqamlar geniş təhlil olunur. Neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın inkişaf yoluna isə möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri ilə diqqət yönəldilir: “SOCAR beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə genişmiqyaslı böyük layihələr icra edilmişdir...” Həmçinin “Neft tariximizdən” adı altında məqalədə ayrı-ayrı illərin neft sənayesinin inkişafında statistik faktların önəmi oxuculara çatdırılır.
Dövlətimizin başçısı İlham Əliyevin xüsusi buraxılışda yer alan “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir” fikirləri 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. 1994-cü il sentyabrın 20-də Ulu öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı. Ondan sonra imzalanan müqavilələr Azərbaycana, dövlətimizin həyata keçirdiyi siyasətə inamı bir daha ortaya qoydu. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması bir daha ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə işıq saldı. Artıq TAP, TANAP, “Cənub Qaz Dəhlizi”nin perspektivləri, çoxtərəfli əməkdaşlığa açılan yol geniş təhlil olunur. Dövlətimizin başçısı İlham Əliyev BTC və BTƏ neft-qaz kəmərlərini dünyaya açılan pəncərə kimi dəyərləndirir. Bu reallıq da qeyd edilir ki, BTC və BTƏ neft-qaz layihələri icra edilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi”ndən danışmaq qeyri-mümkün idi. “Yeni əsrin müqaviləsi” 23 ilin uğurlarına əsaslanaraq, qarşıdakı illərin hədəflərinə stimuldur. Son 14 ildə ölkə Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisi məhz neft amilinin iqtisadiyyatımızın inkişafında rolundan, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsindən qaynaqlanır.
Xüsusi buraxılışa Ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri ilə sonluq verilir. Bu sonluq dünənimizə, bu günümüzə baxış, perspektivlərimizin müəyyənləşdirilməsidir.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  09-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
15:44
23 Noyabr
Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir
15:34
23 Noyabr
Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi
15:29
23 Noyabr
Rövnəq Abdullayev: Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi
15:21
23 Noyabr
Brayza: Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir
14:51
23 Noyabr
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
14:40
23 Noyabr
Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır
14:26
23 Noyabr
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
14:22
23 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib
14:20
23 Noyabr
Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır
14:15
23 Noyabr
Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib
14:08
23 Noyabr
“Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin qalibləri müəyyənləşib
14:03
23 Noyabr
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb
12:55
23 Noyabr
Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
12:54
23 Noyabr
Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"
12:51
23 Noyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik
12:48
23 Noyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda qaynaqlanan boruların 60 faizi torpağa basdırılıb
12:41
23 Noyabr
Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"
12:17
23 Noyabr
Milli Məclisdə büdcə müzakirələri davam etdirilir
12:14
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilir
11:56
23 Noyabr
Hadi Rəcəbli: Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır
11:29
23 Noyabr
Sədaqət Vəliyeva: 2018-ci ildə də dövlətin prioriteti xalqımızın rifahının daha da yaxşılaşması olacaq
11:25
23 Noyabr
Bakıda II "Bankçılıq Forumu" keçirilir
11:24
23 Noyabr
Azərbaycanın investisiya imkanları Buxarestdə geniş müzakirə olunub
11:18
23 Noyabr
Mərkəzi Bank gələn il də makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq
10:58
23 Noyabr
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
10:38
23 Noyabr
2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq
10:27
23 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8