Ana səhifə »  İqtisadiyyat »  “Afrique-Asie” jurnalı: Azərbaycanda iqtisadi şaxələndirmə ölkəni regionun qüdrətli dövlətinə çevirib
A+   Yenilə  A-
“Afrique-Asie” jurnalı: Azərbaycanda iqtisadi şaxələndirmə ölkəni regionun qüdrətli dövlətinə çevirib

Oktyabrın 9-da Fransanın 1955-ci ildən nəşr olunan və Məğrib regionundan Kanadayadək geniş oxucu auditoriyasına malik “Afrique-Asie” aylıq elektron jurnalında Azərbaycan haqqında maraqlı məqalə dərc edilib. Məqalə hər şeydən əvvəl ona görə maraq doğurur ki, onu Azərbaycana ilk dəfə səfər etmiş siyasi elmlər üzrə fransalı tədqiqatçı Sebastian Bussua yazıb. Həm də əsas məqam ondan ibarətdir ki, bu jurnalist Azərbaycanda gördüklərini obyektiv və təhrifsiz təsvir edir. AZƏRTAC məqalənin xülasəsini təqdim edir.
Müəllif yazır ki, Qafqaz regionu fransızlar üçün uzaq yer sayılır. Lakin Fransanın bu bölgədəki Azərbaycan dövləti ilə kökləri uzaq tarixə gedib çıxan münasibətləri vardır. Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Fransanın keçmiş Prezidenti Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib. 2014-cü ildə isə Azərbaycana rəsmi səfərə gələn Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olub. Onun orada söylədiyi “Ölkələrimiz arasında münasibətlərin tarixi qədimdir” kəlamı lisey binasının girişində həkk edilib.
Azərbaycanın regionun sabit inkişaf edən iqtisadi lideri olduğunu vurğulayan fransalı tədqiqatçı ölkənin əlverişli coğrafi mövqedə yerləşdiyini vurğulayaraq bildirir ki, neft və qazla zəngin olan bu dövlət İran, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistanla həmsərhəddir. Sonuncu ölkə ilə Azərbaycan müharibə vəziyyətindədir. 1991-1994-cü illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal edib. Bu ölkələrin arasında yalnız mövcud olmaq deyil, həm də tərəqqi etmək üçün Azərbaycan təkcə yeraltı sərvətlərinə bel bağlaya bilməzdi. Neftlə zəngin digər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində seçim edib. Bu riskli və qeyri-adi gediş nəticəsində bu gün Azərbaycan dünya iqtisadi böhranına baxmayaraq sabit inkişaf edir.
Məqalədə deyilir ki, cəlb edildiyi müharibənin ağır nəticələrinə, çoxsaylı insan itkisinə, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına, Qarabağın sağalmamış yara kimi qalmasına baxmayaraq, Azərbaycan özünün inkişaf modelini yarada bildi. Əgər bu münaqişə bu gün baş versəydi və əgər Rusiya müharibənin gedişinə qarışmasaydı, qüvvələr nisbəti baxımından mənzərə tamamilə başqa cür olardı. Artıq Azərbaycan regional gücə çevrilib.
Lakin sürətli tərəqqiyə baxmayaraq, Körfəz ölkələrindən fərqli olaraq Azərbaycanda başa düşürdülər ki, zamanın çağırışlarına tab gətirmək üçün dayanıqlı inkişafa cəhd göstərmək lazımdır. Təkcə siyasi baxımdan deyil, - Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına üzv oldu, NATO-nun, İslam Əməkdaşlıq Təşkilatının və Dünya Bankının tərəfdaşına çevrildi, - həm də iqtisadi nöqteyi-nəzərdən 2003-2007-ci illərdə ölkədə artım tempi 21 faiz olub.
Ölkənin neft strategiyasının uğurlarından bəhs edən Sebastian Bussua yazır ki, Azərbaycan enerji marşrutlarını şaxələndirərək neft və qaz kəmərləri layihələrinin reallaşdırılmasına xeyli vəsait sərf edir. Uzun müddət neft sektoru ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olub. Lakin bu gün vəziyyət dəyişib: ambisiyalı planları olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, əcnəbi investorların cəlb edilməsinə, yerli məhsulların təşviqinə və ixracına cəhd göstərir. Əgər 2007-ci ildə iqtisadiyyatda neft sektorunun payı 60 faiz idisə, 2016-cı ildə isə bu rəqəm 34 faiz, qeyri-neft sektorunun payı isə 66 faiz təşkil edib.
Yazıda qeyd edilir ki, dövlət qurumu olan AZPROMO ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməkdə mühüm rol oynayır. 2003-cü ildə Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış AZPROMO xarici investisiyaların və ixracın inkişafına bilavasitə dəstək göstərir. Bu qurum dəstəklənməyə layiq olan dövlət sektorunun və özəl sektorun müəyyənləşdirilməsi, bazarların öyrənilməsi, biznesin lisenziyalaşdırılmasının qeydiyyata alınması ilə məşğuldur. Ölkənin işləyən əhalisinin 40 faizinin cəlb edildiyi kənd təsərrüfatı sektorunu dəstəkləyən AZPROMO-nun səyləri nəticəsində 2016-2017-ci illərdə Azərbaycan Rusiya, ABŞ, Almaniya, Avstraliya və Ukraynada keçirilən ən böyük beynəlxalq iqtisadi forumlarda iştirak edib.
Kənd təsərrüfatının ölkədə çox dinamik inkişaf etdiyini yazan müəllif bildirir ki, Azərbaycan bütün dünyaya, o cümlədən ABŞ-a, Yeni Zelandiyaya ixrac edilən qoz-fındığı, pomidoru, narı ilə məşhurdur. Azərbaycan şərabı da Qafqazın hüdudlarından kənarda böyük şöhrətə malikdir. Lakin bunlar hamısı deyil, ağır sənayenin, logistika və ticarətin, maliyyə xidmətlərinin müasirləşdirilməsi, yüksək texnologiyaların tətbiqi Azərbaycanın inkişaf prioritetləridir.
Məqalədə bildirilir ki, Azərbaycan getdikcə dünyada daha orijinal turizm məkanına çevrilir. Bakı Avropa müasirliyini və ölkənin qədim mədəniyyətini özündə əks etdirir. Qədim İşərişəhərlə müasir Bakı harmoniya təşkil edir. Görkəmli memarların şedevr əsərləri müasir Bakının füsunkarlığını daha da artırır. Bu baxımdan Azərbaycan xalqının Ümummilli liderinin şərəfinə memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini, “Alov Qüllələri” kompleksini qeyd etmək olar. 2016-cı ildə “Trip Advisor” saytı Bakını ilin 10 turizm istiqamətindən biri adlandırıb.
Hazırda Rusiya, Gürcüstan, İran və ərəb ölkələrindən olan turistlər Azərbaycanın ən çoxsaylı ziyarətçiləridir. Ötən il Rusiyadan Azərbaycana 7 milyona yaxın, Gürcüstandan 4 milyondan çox, İrandan 233 minə yaxın turist gəlib. Azərbaycan gələcəkdə turizmi daha da inkişaf etdirməyi qarşıya hədəf qoyub. Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyi üçün Azərbaycana getdikcə daha çox çinli və yapon gəlməyə cəhd göstərir.
Məqalə bu fikirlərlə bitir: “Azərbaycan həm də müxtəlif sivilizasiyaların çoxdilli mərkəzidir. Özünün tarixi keçmişi sayəsində bu ölkədə demək olar ki, hamı rus dilini başa düşür və bu dildə danışa bilir. Müstəqillik illərində rus dilinə ingilis və fransız dilləri də əlavə olunub. Artıq neçə ildir ki, ingilis dilinin möhkəm yer tutmasına baxmayaraq, fransız dilinə də maraq getdikcə artır. Özü də o dərəcədə ki, hər il fransız dili müəllimlərinin Fransaya ezamiyyəti təşkil edilir və Molyerin dilini öyrənən tələbələrin sayı sürətlə artır”.

 
  • Oxunub:  810  |  
  • Tarix:  12-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır

17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA