Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda kommunal xidmətlərin inkişafı strategiyası uğurla həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda kommunal xidmətlərin inkişafı strategiyası uğurla həyata keçirilir

Müvafiq Strateji Yol Xəritəsinin icrası çərçivəsində 170 yaşayış məntəqəsinin içməli su sisteminin qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb, yeni su elektrik stansiyaları istifadəyə verilib, müştəri məmnunluğunu təmin etmək məqsədilə zəruri tədbirlər görülüb
Müstəqil Azərbaycanda istər iqtisadi, istərsə də sosial sektorlara aid yüksək səviyyəli infrastruktur quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Dövlət ölkədə yüksək infrastruktur təminatına nail olmaqla bir tərəfdən iqtisadi aktivliyi daha da artırmaq, digər tərəfdən isə əhalinin rifah halını davamlı şəkildə yaxşılaşdırmaq, kommunal xidmətlərlə təchizat səviyyəsini yüksəltmək məqsədi güdür. Bu strateji kursa uyğun olaraq son 13 ildə respublikanın bütün bölgələrində geniş proqramlar həyata keçirilib, bilavasitə insanların gündəlik həyatı ilə bu və ya digər dərəcədə bağlı olan infrastruktur obyektləri istifadəyə verilib. Nəticədə ölkənin iqtisadi potensialından daha səmərəli şəkildə istifadə edilməsinə, eyni zamanda, insanların sosial təminatının möhkəmlənməsinə, kommunal ehtiyaclarının ödənilməsinə etibarlı zəmin yaranıb.
Əlamətdar haldır ki, ölkəmizdə dövlət tərəfindən infrastruktur quruculuğuna yeni şəraitdə də güclü siyasi iradə nümayiş etdirilir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi də dövlətin bütün ölkə boyu insanların gündəlik həyatı ilə bağlı olan kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsini, elektrik və istilik enerjisi, su və qaz təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsini, bəhs olunan sahələrdə infrastruktur təminatının daha da yaxşılaşdırılmasını bundan sonra da diqqət mərkəzində saxlamaq əzmi nümayiş etdirdiyini təsdiqləyir.
Kommunal xidmətlər sektorunda ciddi keyfiyyət dəyişikliyinə nail olmaq qarşıya qoyulan əsas məqsəddir
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən ayrı-ayrı sahələr üzrə genişmiqyaslı hədəflər müəyyənləşdirilib. Şübhə yoxdur ki, nəzərdə tutulan tədbirlərin mərhələlər üzrə reallaşdırılması sayəsində paytaxt Bakıda və bölgələrdə əhaliyə kommunal xidmətlər sektorunda əsaslı keyfiyyət dəyişiklikləri baş verəcək ki, sənədin qəbul edilməsində əsas məqsəd də elə bundan ibarətdir.
Artıq bəhs olunan Strateji Yol Xəritəsinin icrası çərçivəsində ilk uğurlar əldə olunub. Xəbər verildiyi kimi, bu günlərdə mətbuatda strateji yol xəritələrinin icra vəziyyətinə dair yarımillik monitorinq və qiymətləndirmə hesabatı dərc edilib. Hesabatda bildirilir ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 17 faizinin icrası tamamlanıb və 38 faizinin icrası üzrə işlərə başlanılıb.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində konkret istiqamətlər üzrə görülən işlərin miqyası da kifayət qədər genişdir. Hesabatda vurğulandığı kimi, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 28 rayon üzrə 170 yaşayış məntəqəsinin içməli su sisteminin qurulması ilə əlaqədar layihə sənədləri hazırlanıb.
İstilik təchizatı sistemlərinin davamlı fəaliyyəti ilə bağlı qazanxana və istilik məntəqələrinin avtomatik idarəedilmə sisteminə keçirilməsinə hazırlıq məqsədi ilə istilik obyektlərində texnoloji rejimə uzaqdan və müəyyən edilmiş parametrlərdən kənarlaşma hallarının dərhal aşkar edilərək aradan qaldırılmasına imkan verən nəzarət sisteminin yaradılmasına başlanılıb. Artıq 140 qazanxanada bu sistem tətbiq edilməkdədir.
Həyata keçirilən tədbirlər öz növbəsində ölkə miqyasında əhalinin kommunal xidmətlərlə təchizatının daha da yaxşılaşmasına müsbət təsir göstərir. Vacib məqamlardan biri ondan ibarətdir ki, zəruri infrastruktur quruculuğu sayəsində kommunal xidmətlər sektorunda paytaxt Bakı ilə regionlar arasında fərq minimuma enib və yaxud tamam aradan qaldırılıb. Təsadüfi deyil ki, kommunal sektorda görülən işlər də daxil olmaqla Azərbaycanda həyata keçirilən infrastruktur quruculuğu Dünya iqtisadi Forumunun bu günlərdə yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da yüksək dəyərləndirilib. Hesabatda respublikamız infrastruktur indikatoru üzrə mövqeyini 4 pillə yaxşılaşdıraraq 51-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər uğurlu göstəricidir.
Ölkə boyu yeni generasiya güclərinin yaradılması yüksək səviyyəli kommunal infrastruktur quruculuğuna yaxşı nümunədir
Ölkəmizdə istehlakçıların elektrik enerjisi ilə dayanıqlı şəkildə təchiz edilməsi infrastrukturunun yaradılması kommunal xidmət sektorunun inkişafına yaxşı nümunədir. Bu məqsədlə yeni generasiya gücləri yaradılır. Belə ki, 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib. Nəticədə Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda ölkəmiz həm daxili enerji istehlakını bütünlüklə yerli istehsal hesabına təmin edir, eyni zamanda, bu sahədə özünün ixrac imkanlarını daha da artırır. Paylayıcı şəbəkələrdə, yarımstansiyalarda, transformator məntəqələrində dayanıqlılığın artırılması məqsədilə aparılan yenidənqurma işlərinin miqyası da kifayət qədər genişdir.
Ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı illə müqayisədə 2 dəfədən çox artırılıb. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib.
Bölgələrdə də elektrik enerjisi infrastrukturunun yaxşılaşdırılması tədbirləri ardıcıl şəkildə davam etdirilir. Qısa müddətdə həyata keçirilən tədbirlər sayəsində “Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 10 faizdən aşağı salınıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.
Əhalinin kommunal xidmətlərlə təchizat sektorunda mühüm seqmentlərdən biri olan elektrik enerjisi təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər 2017-ci ilin birinci yarısında da intensiv şəkildə davam etdirilib. Yuxarıda bəhs olunan hesabatda qeyd edildiyi kimi, cari ilin ilk altı ayında istismarda olan elektrik stansiyalarının səmərəliliyinin artırılması istiqamətində diaqnostika işləri aparılıb, “Varvara” SES-in yenidənqurma işləri başa çatdırılıb, gücü 1,44 MVt olan kiçik “Balakən” SES istismara verilib.
Strateji Yol Xəritəsinə əsasən qaz itkilərinin minimal göstəriciyə endirilməsi məqsədilə İnkişaf planı sənədi hazırlanıb
Respublikamızda genişmiqyaslı infrastruktur quruculuğunun diqqət mərkəzində saxlanılması həmçinin əhalinin həyat tərzinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyan qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ona yönəlib ki, Azərbaycanın zəngin qaz potensialından ilk növbədə ölkə əhalisi bəhrələnməlidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq indiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyənləşdirilən tədbirlərə uyğun olaraq əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır.
Ölkə miqyasında qazlaşdırma prosesi ildən-ilə daha geniş miqyas alır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə ərazisində 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Həyata keçirilən tədbirlər sayəsində 2017-ci ilin birinci yarısında ölkə üzrə qazlaşdırmanın səviyyəsini 93 faizə çatdırmaq mümkün olub. Cari ilin sonunadək daha 80 kəndin qazlaşdırılması nəzərdə tutulub.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində cari ilin ilk altı ayı ərzində ölkədə qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə İnkişaf planı sənədi hazırlanıb, çəkiləcək yeni qaz xətlərinin ilkin uzunluğu, yeni şəbəkənin əhatə edəcəyi abonentlərin ehtimal olunan sayı müəyyənləşdirilib və tələb olunan investisiya qoyuluşu hesablanıb.
Həyata keçirilən tədbirlər sayəsində istehlakçılara xidmət yüksək səviyyəyə qaldırılır
Strateji Yol Xəritəsinin icrası çərçivəsində həyata keçirilən tədbirlər həmçinin müştəri məmnunluğunun təmin edilməsinə yönəlib. Yarımillik monitorinq və qiymətləndirmə hesabatında bildirilir ki, elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ödəniş məsələləri tənzimlənib, yaranmış öhdəliklər tam icra edilib və daxil olmuş vəsaitlərin toplanılması və istifadəsi ilə əlaqədar xüsusi kommunal hesab yaradılıb.
Gəncə, Bərdə, Sabirabad, Masallı və Qəbələ şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərində istehlakçılara “Azəriqaz” İB-nin 17 növ, “Azərişıq” ASC-nin 10 növ, “Azərsu” ASC-nin 14 növ xidməti göstərilməkdədir.
“Azəristiliktəchizat” ASC-nin istehsal edilmiş istilik enerjisi və isti suyun satışı, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi xidmətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operator olduğu Dövlət Xidmətlərinin Elektron Reyestr portalına daxil edilib.
Ölkəmizdə elektrik enerjisi və təbii qaz tarifləri diferensiallaşdırılıb və ikipilləli tarif sisteminin tətbiqinə başlanılıb. Belə bir sistemin tətbiqi sosial ədalət prinsipinə əsaslanır. Burada əsas məqsəd aztəminatlı istehlakçıların mənafeyini qorumaqdan ibarətdir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1650  |  
  • Tarix:  05-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır

17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA