Ana səhifə »  İqtisadiyyat »  Ekspert: “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsi investorların ölkə iqtisadiyyatına diqqətini artıracaq
A+   Yenilə  A-
Ekspert: “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsi investorların ölkə iqtisadiyyatına diqqətini artıracaq

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına sahibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.
Ekspert qeyd edib ki, hər il Dünya İqtisadi Forumu “Qlobal Rəqabətlilik Hesabatı”nı açıqlayır və hesabatda ölkə iqtisadiyyatlarının 12 əsas göstərici üzrə müəyyən edilmiş “qlobal rəqabətlilik indeksi” əsasında reytinq siyahısı tərtib edilir. Əminliklə qeyd etmək olar ki, bütövlükdə hesabat, eləcə də hesabat çərçivəsində tərtib edilən reytinq siyahısı dünyanın siyasət, iqtisadiyyat və biznes dairələrində böyük maraqla qarşılanır. Bu baxımdan istənilən bir ölkənin belə bir reytinq siyahısında mövqelərini yaxşılaşdırması həmin ölkə haqqında dünyanın qeyd edilən dairələrində müsbət rəyin formalaşmasına, qlobal maliyyə və biznes subyektlərinin, o cümlədən də qlobal investorların həmin ölkə iqtisadiyyatına diqqətinin artmasına kömək edir.
Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, bu hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır və hər zaman rəqabətlilik indeksinə görə müsbət mənada seçilirdi. Hesabatın builki nəşri göstərir ki, Azərbaycan iqtisadiyyatı qlobal rəqabətlilik indeksinə görə ötən illə müqayisədə iki pillə daha yüksələrək dünya ölkələri arasında 37-ci yerdən 35-ci yerə qalxıb.
Hesabatın builki nəşrinin Azərbaycanla bağlı hissələrinin təhlilinə görə, Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi” keçən illə müqayisədə 4,55-dən 4,69-a yüksəlmiş və dünyanın ən rəqabətli 35-ci iqtisadiyyatı kimi Türkiyə və İran da daxil olmaqla, bütün qonşu ölkə iqtisadiyyatlarını, həmçinin də MDB ölkələrinin iqtisadiyyatlarını geridə qoyub. Başqa sözlə, hesabata əsasən, Azərbaycan iqtisadiyyatı yerləşdiyi regionun ən rəqabətli iqtisadiyyatıdır. Heç şübhəsiz ki, Azərbaycanın qeyd olunan reytinq siyahısında bu il də öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa bağlıdır.
Hesabatın ətraflı təhlili göstərir ki, ötən il Azərbaycan iqtisadiyyatı onun qlobal rəqabətliliyini müəyyən edən 12 əsas göstəricinin 11-də irəliləyiş əldə edib. Bu baxımdan da Azərbaycan hesabatdakı azsaylı ölkələr sırasındadır. Bu onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında aparılan islahatlar kompleks xarakter daşıyır və iqtisadiyyatın əksər parametrləri üzərində müsbət təsirini göstərir.
Bildiyiniz kimi, hesabat çərçivəsində ölkə iqtisadiyyatlarında “biznes üçün ən çox problem hesab olunan amillər” adlı anket tədqiqatları da aparılır. Biznes dairələri arasında aparılan bu sorğunun cari il üçün nəticələri göstərir ki, Azərbaycanda biznes üçün problem olan ənənəvi amillər də artıq islahatlar nəticəsində getdikcə ortadan qalxır.
Bütün qeyd edilənlərlə yanaşı, hesabata əsaslanaraq onu da demək mümkündür ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi”nin “makroiqtisadi mühit”, “səhiyyə və ibtidai təhsil”, “ali təhsil və treninq”, “maliyyə bazarının inkişafı” və “bazar miqyası” parametrləri üzrə inkişaf potensialı kifayət qədər böyükdür. Gələcək illərdə xüsusilə də bu parametrlər üzrə inkişaf Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi”ni mühüm dərəcədə yüksəldə və onun “Qlobal rəqabətlilik hesabatı”nın terminləri ilə desək, “faktora əsaslanan” iqtisadiyyatlardan “səmərəliliyə əsaslanan” iqtisadiyyatlar sırasına keçidini ciddi şəkildə sürətləndirə bilər.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  30-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA