Ana səhifə »  İqtisadiyyat »  Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il keçir
A+   Yenilə  A-
Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il keçir

2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı kəndinin bərpası ilə işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdışın başlanğıcı qoyuldu
Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. Bu rayonların işğalı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz siyasətinin tərkib hissəsidir. Hər iki rayon strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın gözəl guşələridir.
Məlumat üçün bildirək ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayonun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. İşğala qədər Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub.
Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonunun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Hazırda rayon ərazisinin 682 kvadratkilometri işğal altındadır.
Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu da 1993-cü il avqustun 23-də işğal edilib. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilib. Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb, işğaldan əvvəl ərazisi 1050 kv.km, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kino qurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi. Əsas məşğuliyyət isə əkinçilik və maldarlıq olub.
1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət Cəbrayıldan da yan ötməyib. Belə ki, 1990-cı ildən 1993-cü il avqustun 23-nə kimi rayon camaatı köməksiz şəkildə erməni silahlıları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. İşğal edilmiş digər ərazilər kimi Cəbrayıl rayonu da həmin illərdə böyük köməyə ehtiyac duyurdu. AXC-”Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi cəbrayıllıları da Allahın ümidinə qoymuşdu. Rayon əhalisindən döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda rayon əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhalinin böyük bir qismi Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, bundan başqa, Abşeron rayonunda, Sumqayıt şəhərində, Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, digər şəhər və rayonlarda yaşayır.
Vurğulamaq lazımdır ki, 1994-cü ildə Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ilin aprelindən sonra ikinci həyatını yaşamağa başladı. Daha dəqiq desək, buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı. Bu məsələdə Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin mühüm mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməkdədir. Qeyd edək ki, bu il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfər edib. Səfər çərçivəsində ölkə Prezidenti kənddə tikilən məktəb binası və məscidlə tanış olub, eləcə də Cocuq Mərcanlıya çəkilmiş yolun da açılışını edib. Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.
Böyük qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
Füzuli və Cəbrayıl sakinləri, bütövlükdə xalqımız əmindir ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.
PƏRVİZ

 
  • Oxunub:  3540  |  
  • Tarix:  23-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

17:52
24 Noyabr
“Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində Aran zonası üzrə regional turnir keçirilib
17:51
24 Noyabr
Pakistanın nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib
17:46
24 Noyabr
Professor Timuçin Əfəndiyev: Sankt-Peterburq forumu Azərbaycanın təmsil olunduğu nüfuzlu mədəniyyət tədbirlərindəndir
17:45
24 Noyabr
Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edib
17:43
24 Noyabr
Tahir Budaqov: Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb
17:41
24 Noyabr
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi
17:35
24 Noyabr
Sevinc Fətəliyeva: NATO Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
17:25
24 Noyabr
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib
17:18
24 Noyabr
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib
17:14
24 Noyabr
Astanada beynəlxalq parlament konfransı keçiriləcək
17:12
24 Noyabr
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında qərargah danışıqları keçirilib
17:01
24 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:53
24 Noyabr
Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
16:43
24 Noyabr
Kiyev meriyası Bakıda aparılan yenidənqurma işləri ilə bağlı təcrübəni öyrənir
16:24
24 Noyabr
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Mərakeşdə təqdimatı keçirilib
16:12
24 Noyabr
Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilir
16:02
24 Noyabr
Britaniyanın dövlət naziri: Əminəm ki, Azərbaycanla müxtəlif sahələrdə əlaqələrimiz genişlənəcək
15:50
24 Noyabr
Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər
15:22
24 Noyabr
Mərkəzi Seçki Komissiyasında Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüş olub
15:19
24 Noyabr
İtaliyanın populyar turizm portalı Bakının görməli yerləri haqqında yazır
15:11
24 Noyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək
15:09
24 Noyabr
Beyləqanda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
15:03
24 Noyabr
“Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
14:35
24 Noyabr
Qafqaz Müsəlmanları İdarəsinin sədri Sankt-Peterburqda bir sıra görüşlər keçirib
14:24
24 Noyabr
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib
14:21
24 Noyabr
Əhliman Əmiraslanov: 2018-ci ilin dövlət büdcəsi mükəmməl və peşəkarlıqla hazırlanıb
14:19
24 Noyabr
İlham Quliyev: Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir
14:12
24 Noyabr
Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələri müzakirə olunub
14:05
24 Noyabr
Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar investisiya yatırıb
14:02
24 Noyabr
Londonda Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən audit yoxlamasının nəticələrinin hesabatı dinləniləcək
14:00
24 Noyabr
Qahirədə keçirilən forumda multikulturalizmin Azərbaycan modelindən danışılıb
13:57
24 Noyabr
UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb
13:53
24 Noyabr
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib
13:48
24 Noyabr
Hikmət Babaoğlu: 2018-ci il dövlət büdcəsini ilk növbədə, sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirməliyik
12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA