Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan İşgüzar Mərkəzinə xüsusi əhəmiyyətli investisiya layihəsi statusu verilib

Azərbaycan İşgüzar Mərkəzinə xüsusi əhəmiyyətli investisiya layihəsi statusu verilib

01.06.2017 [10:17]

Mayın 31-də Həştərxan qubernatorunun iqamətgahının böyük salonunda Həştərxan vilayəti hökuməti yanında İnvestisiya Şurasının növbəti iclası keçirilib. Ekspertlər şurası “Həştərxan şəhərinin Sovet rayonunda Azərbaycan İşgüzar Mərkəzinin tikintisi” investisiya layihəsini bəyəniblər. Şura üzvlərinin çoxunun qərarına görə, layihəyə xüsusi əhəmiyyətli layihə statusu verilib. Bu, “Meçta” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) mərkəz üçün ərazini uzunmüddətli icarə kimi rəsmiləşdirmək imkanı verir.
AZƏRTAC xəbər verir ki, Həştərxan vilayətinin iqtisadi inkişaf naziri Elina Polyanskaya tədbir iştirakçılarına xatırladıb ki, “Meçta” MMC artıq bir neçə sosialyönümlü layihə həyata keçirib. Həmin layihələr Həştərxan vilayətinə külli miqdarda investisiya cəlb edib.
Məsələn, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı olub, Onun adını daşıyan park abadlaşdırılıb, Heydər Əliyev adına 11 nömrəli məktəb yenidən qurulub, “Drujba” adlı uşaq bağçası inşa edilib, regional əhəmiyyətli “Keçmiş Moçalov mehmanxanasının binası” abidəsi bərpa edilib, piyadalar üçün “Rusiya-Azərbaycan dostluğu körpüsü” salınıb, Müqəddəs Knyaz Vladimirin abidəsi ucaldılıb.
Azərbaycan İşgüzar Mərkəzi qapılarını 2017-ci ilin sentyabrında açacaq. Onun tikintisi 2016-cı ilin dekabrında başlanıb. Xatirə kapsulunun qoyulması mərasimində Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak ediblər.
Layihənin təşəbbüskarı 2012-ci ildən Həştərxan bazarında işləyən “Meçta” MMC-dir. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi Rusiyada ikinci belə mərkəz olacaq. Mərkəzin ərazisində Azərbaycan mallarının və xidmətlərinin sərgi-satışları, təqdimatlar, seminarlar və konfranslar keçiriləcək. Bundan əlavə, 41 yeni iş yeri açılacaq. Orta əməkhaqqı 20,6 min rubl təşkil edəcək.
Binanın birinci mərtəbəsində, 593 kvadratmetr sahədə Azərbaycan mallarının sərgisi təşkil ediləcək. İkinci mərtəbədə ümumi sahəsi 313 kvadratmetr olan 7 ofis, habelə müasir çoxfunksiyalı iclas salonu yerləşəcək. Dördüncü və beşinci mərtəbələrdə restoran və mehmanxana nömrələri nəzərdə tutulub. Mərkəzin ümumi sahəsi 3 780,9 kvadratmetrdir.
Bununla da, qədim dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksələcək.
Rusiya regionunda özəl investisiyalar hesabına işgüzar mərkəzin açılması, heç şübhəsiz, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31