Ana səhifə »  İqtisadiyyat »  Forum çərçivəsində keçirilən növbəti sessiyada turizmin inkişaf perspektivlərinə nəzər salınıb
A+   Yenilə  A-
Forum çərçivəsində keçirilən növbəti sessiyada turizmin inkişaf perspektivlərinə nəzər salınıb

Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel sessiya keçirilib.
Sessiyanın moderatoru olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai hər zaman aktuallığı ilə seçilən turizm mövzusuna həsr edilən sessiyanın əhəmiyyətini vurğulayıb. O, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Petra Milli İnam Fondunun prezidenti Şahzadə Dana Firas “Turizm dünyanı necə yaxşılaşdıra bilər?” mövzusunda çıxış edib. Bildirib ki, turizmin davamlı inkişafı üçün bu sahədə beynəlxalq təcrübəyə əsaslanan səmərəli metodlardan istifadə olunmalıdır. Hər bir ölkənin sosial-iqtisadi reallıqlarına uyğun layihələr işlənilməlidir. Şahzadə Dana Firas hesab edir ki, turizm ölkələrə mənfəət gətirməklə yanaşı, həm də ölkələrin tanıdılmasına yardımçı olur.
Şri-Lankanın turizmin inkişafı və xristian dini işlər üzrə nazir müavini Arundika Fernando ölkəsinin turizmi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Şri-Lankada turistləri cəlb edən bir amil də buradakı qədim memarlıq abidələridir. Turistlər bu ölkəni daha çox tarixlə yaxından tanış olmaq üçün seçirlər. Şri-Lankada əsasən çoxdinli insanların yaşadığını vurğulayan nazir müavini burada həmin insanların mehriban şəraitdə yaşadıqlarını qeyd edib. “Dini və milli rəngarənglik şəhərin arxitekturasında da özünəməxsus iz buraxıb”, - deyə Arundika Fernando bildirib.
Kambocanın Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və ASEAN departamentinin direktoru Thok Sokhom ölkəsində müharibələrdən sonra turizmin tamamilə məhv olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1987-ci ildən sonra Kambocada turizmin inkişafı haqqında düşünülməyə başlanılıb. O zaman BMT-nin inkişaf proqramlarından yararlanmaq üçün quruma müraciətlər olub. Thok Sokhom deyib ki, turizmin inkişafı üçün qanunlar qəbul olunmalı və işlək vəziyyətə gətirilməlidir.
Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar İdarəsinin sədri və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin prezidenti Şaika Mai Bint Mohammad əl-Xəlifə Bəhreyndə turizmin şaxələndirilməsinə dair həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, ölkəsinin özünəməxsus adət-ənənələri var və onlar turistlərin hər zaman diqqətini çəkib. “Bəhreyndə əsasən turizmin keyfiyyəti haqqında düşünülür”, - deyən Şaika Mai Bint Mohammad əl-Xəlifə bu sahənin inkişaf etdirilməsində keyfiyyətin əsas şərtlərdən biri olduğunu vurğulayıb.
Belçika Xarici İşlər Nazirliyinin Flandriya departamentinin baş katibi Koen Verlaext sessiyanın hər kəsdə maraq kəsb etdiyini bildirib. Bu gün bütün dünya ölkələrinin turizmə böyük yatırımlar qoyduğunu vurğulayan Koen Verlaext deyib ki, ölkəsində turistlərin rahatlığı üçün lazımi layihələr həyata keçirilir. Baş katib Flandriyada turistlərin əsasən döyüşlərin baş verdiyi yerlərə, hərbi qəbiristanlıqlara baş çəkdiklərini vurğulayıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm potensialı və turizm siyasətindən danışıb. Turizmdə Azərbaycanın rəqabət imkanlarının çox yüksək olduğunu deyən nazir vurğulayıb ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Nazir əlavə edib ki, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.
Turizm Vasitəsilə Beynəlxalq Sülh İnstitutunun təsisçisi və prezidenti Luis D Amor özünün təcrübəsindən danışıb. O, turizm sahəsində əldə etdiyi uğurların səbəbini dünya təcrübəsinə uyğunlaşmaqda gördüyünü deyib. Bu sahədə nailiyyətlərə imza atmağın yollarından biri kimi müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.

 
  • Oxunub:  4050  |  
  • Tarix:  06-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib

16:14
21 İyul
Vergilər naziri Ağsuda vətəndaşları qəbul edib
16:13
21 İyul
Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
16:12
21 İyul
Bakıda Avropa Atıcılıq Konfederasiyasının XXVI hesabat-seçki yığıncağı işə başlayıb
15:32
21 İyul
AMEA Astanada beynəlxalq sərgi çərçivəsində konfrans təşkil edəcək
15:29
21 İyul
Prezident İlham Əliyev: Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq
14:51
21 İyul
İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib
14:41
21 İyul
UNEC tələbələri dörd ildə iki ixtisasa yiyələnəcəklər
14:37
21 İyul
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü qeyd edilib
14:18
21 İyul
Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir
12:43
21 İyul
Vüqar Rəhimzadə: Hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır
12:07
21 İyul
“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub
11:57
21 İyul
Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub
11:43
21 İyul
Pirallahı rayonunda balıqyetişdirmə fermalarının təməli qoyulub
11:41
21 İyul
Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib
11:38
21 İyul
Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub
11:00
21 İyul
Yanvar-iyunda dəmir yolu ilə yük daşınmasında 2 faiz artım olub
10:47
21 İyul
Azərbaycan nefti bahalaşmaqda davam edir
10:31
21 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 123 dəfə pozub
10:30
21 İyul
“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır
17:35
20 İyul
Prezident İlham Əliyev: Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq
17:33
20 İyul
Azərbaycan XİN rəhbəri: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
17:31
20 İyul
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib
17:29
20 İyul
Rauf Əliyev: Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur
16:10
20 İyul
Maksim Kuryaçi: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi növbəti provokasiyadır
15:51
20 İyul
Rövnəq Abdullayev: 2023-cü ilədək SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır
15:47
20 İyul
Jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin humanistliyinin bariz nümunəsidir
15:39
20 İyul
Müasir media milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır
14:48
20 İyul
Tacikistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14:41
20 İyul
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
14:34
20 İyul
Ombudsman Aparatının əməkdaşları Almaniyada təcrübə və fikir mübadiləsi aparıblar
14:32
20 İyul
Azərbaycan ilə Pakistan arasında humanitar minatəmizləmə sahəsində ikitərəfli əlaqələr yaradılacaq
14:23
20 İyul
Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib
14:20
20 İyul
Baş nazirin müavini Əli Əhmədov Nyu-Yorkda Belarus, Kanada və Polşa nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
14:16
20 İyul
Dilarə Cəbrayılova: Təhsilin inkişafında yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi də mühüm rol oynayır
14:12
20 İyul
Baş nazirin müavini Əli Əhmədov BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüşüb
14:10
20 İyul
Şahin Mustafayev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır
11:25
20 İyul
İyulun 22-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək
11:22
20 İyul
XİN: Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib
11:01
20 İyul
Mübariz Qurbanlı Lerikdə vətəndaşları qəbul edəcək
10:58
20 İyul
Bakıda Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi adlı konfrans işə başlayıb
10:09
20 İyul
Prezident İlham Əliyev: Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır
09:53
20 İyul
Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
09:42
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 126 dəfə pozub
17:58
19 İyul
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb
17:45
19 İyul
Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası mətbuata daim açıq olan partiyadır
17:42
19 İyul
"Gizli xəzinələri ilə Türkiyəm" adlı foto sərgisi keçiriləcək
17:16
19 İyul
Caviq Qurbanov: BTQ ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq
16:29
19 İyul
Akademik Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsində yeni yaradılan infrastrukturla tanış olub
16:24
19 İyul
Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin nümayəndə heyəti ölkəmizə səfər edib
16:17
19 İyul
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
14:21
19 İyul
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilin birinci yarısında görülən işlər müzakirə edilib
14:00
19 İyul
Nazir: "Bakı-Tbilisi-Qars layihəsi işə düşəndən sonra böyük imkanlar açılacaq"
13:38
19 İyul
Təhsil naziri beynəlxalq olimpiadada medal qazanan məktəblilərlə görüşüb
13:36
19 İyul
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanat qəbul olunub - MƏTN
13:22
19 İyul
Türkiyə XİN rəhbəri: “Ermənistan təxribatlara son qoymalıdır”
13:12
19 İyul
Məmmədyarov: "Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür"
12:20
19 İyul
YAP-ın mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib
12:17
19 İyul
Səlim Müslümov: Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb
12:13
19 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda elmin təşviqi istiqamətində institusional tədbirlər həyata keçirilir
11:45
19 İyul
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərinin üçtərəfli görüşü keçirilir
11:26
19 İyul
Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sabitləşdirici təsirə malik həlledici faktordur
11:09
19 İyul
Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
10:52
19 İyul
Azərbaycan inkişaf göstəricilərinə görə böyük uğurlara imza atıb
10:39
19 İyul
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub
10:15
19 İyul
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
10:14
19 İyul
Azərbaycanın və Avstriyanın dəmir yolu daşımalarında geniş əməkdaşlıq imkanları mövcuddur
10:02
19 İyul
ANAMA-nın direktoru: İndiyədək Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
09:58
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 149 dəfə pozub
09:12
19 İyul
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib
09:10
19 İyul
Emal sənayesində 4,6 milyard manatlıq məhsul istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA