Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb
A+   Yenilə  A-
Azərbaycanda həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb

Prezident İlham Əliyev: Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir
Azərbaycanda son illərdə qlobal məkanda müşahidə edilən mənfi proseslərin, o cümlədən də dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasının milli iqtisadiyyatımıza təsirlərini neytrallaşdırmaq və ölkənin davamlı inkişafını bundan sonra da təmin etmək məqsədilə ötən ildən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə iqtisadi aktivliyin artırılması, o cümlədən də biznes mühitinin optimallaşdırılması, bütün sahələrdə şəffaflığa nail olunması, idarəetmənin təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər üzrə genişməzmunlu islahatlar həyata keçirilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib. Görülən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızda sabitlik təmin edilib və cari ilin ilk üç ayında ayrı-ayrı istiqamətlər üzrə müsbət nəticələr əldə olunub.
Azərbaycanın iqtisadi potensialını şaxələndirməyə nail olması böyük uğurdur
Məlumdur ki, hazırda Azərbaycanın ixracının strukturunda neft və neft məhsulları üstünlük təşkil edir. Bu da təbiidir. Çünki respublikamız karbohidrogen ehtiyatları ilə zəngin olan bir diyardır və burada tarixən neft hasilatı və emalı sahəsində zəngin ənənələr formalaşıb. Yeni şəraitdə isə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki nitqində diqqəti bir daha qeyri-neft ixracının artırılmasının zəruriliyinə çəkərək vurğulayıb: “Qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.
Qeyri-neft ixracının genişləndirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə çatılması isə tam realdır. Təbii ki, qeyri-neft məhsullarının ixracını artırmaq üçün ölkədə, ilk növbədə, güclü neftdənkənar iqtisadiyyat olmalıdır. Bu baxımdan son 13 ildə neft gəlirlərindən istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük nikbinlik doğurur. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir. Ötən illərdə ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində infrastruktur quruculuğuna böyük diqqət göstərilib. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Azərbaycanda iqtisadi sahədə həyata keçirilən bu və ya digər məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb. Əgər bir vaxtlar ölkə iqtisadiyyatında neft sektorunun çəkisi təxminən 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir.
Statistik göstəricilər Azərbaycanın qeyri-neft sektorunda ixrac imkanlarının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir. İndiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz, 10 süd emalı və digər istehsal müəssisələrinin, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir. Eyni zamanda, müşavirədə vurğulandığı kimi, 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.
Faktlardan da göründüyü kimi, son illərdə respublikamızda ixracyönümlü məhsullar istehsal edən müəssisələrin, təsərrüfatların yaradılması prioritet təşkil edib. Bu siyasət gələcəkdə də davam etdiriləcək. Bu xüsusda fikirlərini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir.
İxracın və investisiyaların təşviqi mexanizminin işə salınması sahibkarlarda ciddi maraq yaradıb
Ölkənin qeyri-neft məhsulları istehsalı imkanlarının genişlənməsindən söhbət açarkən ötən ildən etibarən başlanan islahatların rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qəbul olunan qərarlar iqtisadiyyatı şaxələndirmək üçün yaxşı imkanlar yaradıb: “Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım Fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq”.
Məlumdur ki, dünyanın inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli vasitələrlə dəstəklənir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da ölkədə yüksək rəqabət qabiliyyətinə malik məhsul istehsalına nail olmaq məqsədilə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın təşviqinin hüquqi bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Sərəncam imzalayıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmanda isə yerli məhsulların ixracı ilə bağlı bir sıra mühüm məsələlərin geniş spektri öz əksini tapıb. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizindən 6 faizinədək büdcə vəsaitləri hesabına təşviq verilir. Ölkəmizdə artıq tətbiqinə başlanan ixracın və investisiyaların təşviqi mexanizminin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev deyib: “Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir”.
Respublikamızda ötən il işə salınan səmərəli təşviq mexanizmi praktiki müstəvidə həyata keçirilən zəruri tədbirlərlə dəstəklənir. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilərək müddəti üç gündən bir günə endirilib. Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının vahid məlumat bazasının yaradılması və bu məhsulların xarici bazarlara çıxışını təmin etmək üçün həmçinin Azexport.az portalı fəaliyyətə başlayıb. Portal artıq bölgələrdə sahibkarlara təqdim olunub və ayrı-ayrı ölkələrə məhsulların satışı ilə bağlı bir sıra müqavilələr bağlanıb.
Ümumiyyətlə, sahibkarlar ixracın təşviqi sisteminə böyük maraq göstərirlər. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Prezident İlham Əliyev cari ilin birinci rübündə ölkəmizdən ayrı-ayrı pozisiyalar üzrə ixracın genişlənməsindən məmnunluq ifadə edərək deyib: “2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olmuşdur - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artmışdır. Meyvələr arasında ən böyük ixrac artımı almada olmuşdur - 144 faiz. Nar 125 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir”.
İnvestisiya təşviqi mexanizminin işə salınmasının da üstünlükləri böyükdür. Qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd təqdim olunub. Bəhs olunan proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyuluşu proqnozlaşdırılır. Sahibkarlar tərəfindən irəli sürülən təşəbbüslərə isə dövlət tərəfindən hər cür dəstək verilir.
“Made in Azerbaijan” brendinin şöhrəti dünyaya yayılır
Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq Fərman da həm sənayedə, həm də aqrar sektorda ixrac imkanlarının genişləndirilməsi baxımından böyük aktuallıq kəsb edir.
Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər.
Bəhs olunan müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.
Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood” beynəlxalq ərzaq, “Prowein” şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub.
“Made in Azerbaijan” brendinin dünyada tanıdılması bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Prezident İlham Əliyev “Made in Azerbaijan” brendinin dünyada getdikcə daha çox şöhrət qazanmasından məmnunluq ifadə edərək vurğulayıb: “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır”.
Əsas məsələlərdən biri də yeni bazarlara çıxmaqdır
İxracın genişləndirilməsi baxımından Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmiz geniş istehlak bazarları ilə əhatə olunub. Bu bazarlarda respublikamızda yetişdirilən kənd təsərrüfatı məhsulları yaxşı tanınır. Məlumdur ki, hazırda istehlak bazarlarına bir sıra hallarda keyfiyyətsiz, hətta geni dəyişdirilmiş məhsullar çıxarılır. Azərbaycanda isə belə məhsullar ümumiyyətlə yetişdirilmir. Buna görə də respublikamızda yetişdirilən meyvə-tərəvəz ənənəvi istehlak bazarlarında yüksək qiymətləndirilir.
Ancaq ənənəvi bazarlarla yanaşı, məqsəd həm də yeni bazarlara çıxmaq olmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, biz yeni bazarlara çıxmalıyıq. Ölkəmizin yeni ixrac strategiyasında Qərbi Avropa, Uzaq Şərq, Afrika, Körfəz ölkələri, Yaponiya, Çin hədəf bazarlardır. Yeni bazarlara çıxmaqdan ötrü bir sıra məsələlərin həllinə nail olmaq lazımdır. İlk növbədə Azərbaycanın keyfiyyət infrastrukturu dünya standartları səviyyəsinə çatdırılmalı və ölkəmizdə tətbiq edilən standartlar beynəlxalq səviyyədə tanınan standartlara uyğunlaşdırılmalı, müvafiq laboratoriyalar beynəlxalq akkreditasiyadan keçirilməlidir. Eyni zamanda, ixrac prosedurlarını daha da sadələşdirmək lazımdır. Prezident İlham Əliyev ixrac imkanlarının genişləndirilməsi baxımından həmçinin kadr hazırlığının da böyük əhəmiyyət daşıdığına diqqət çəkib: “Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3390  |  
  • Tarix:  19-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

11:14
28 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub
11:05
28 İyun
Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır
10:52
28 İyun
Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb
10:46
28 İyun
Fransa portalı: Qaçqınlara diqqət Azərbaycan üçün prioritet məsələdir
18:07
27 İyun
Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi olub
17:48
27 İyun
Azərbaycan nümayəndə heyəti Astanada keçirilən beynəlxalq simpoziuma qatılıb
17:37
27 İyun
Oqtay Əsədov: Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədəki bütün problemlərin həllini yaxınlaşdıra bilər
17:21
27 İyun
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
17:15
27 İyun
Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib
17:07
27 İyun
Səməd Seyidov: AŞPA üzvləri Dağlıq Qarabağa qeyri-qanuni səfər edəndə qurumun etimadı məsələsi niyə qaldırılmadı?
16:21
27 İyun
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
16:03
27 İyun
Azərbaycan-Polşa sənədləri imzalanıb
15:45
27 İyun
Azərbaycan-İran münasibətlərinin inkişafında parlamentlər vacib rol oynayır
14:37
27 İyun
Milli Məclisin sədri: Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir
14:30
27 İyun
Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü
14:19
27 İyun
Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunub
14:00
27 İyun
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub
13:34
27 İyun
Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi
12:44
27 İyun
Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəlikdə saxlamağa çağırıb
12:38
27 İyun
Milli Məclisin sədri Oqtay Əsədov Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edir
12:24
27 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Polşaya rəsmi səfərə gəlib
12:04
27 İyun
Almaniya mediası: Formula-1 azarkeşləri Azərbaycanda maraqlı və həyəcan dolu bir yarış izləyiblər
23:16
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb
23:06
25 İyun
Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisindən yazırlar
22:50
25 İyun
İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb
21:41
25 İyun
Azərbaycan Qran-Prisinin qalibi: Bakıda Formula-1 yarışları üçün hər cür şərait var
21:34
25 İyun
Möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb
19:27
25 İyun
“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub
18:49
25 İyun
“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər
18:44
25 İyun
Dmitri Kozak: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub
18:08
25 İyun
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib
17:58
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
17:05
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinə start verilib
16:52
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib
16:23
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb
15:37
25 İyun
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
12:51
25 İyun
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib
10:54
25 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 148 dəfə pozub
10:12
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib
15:52
24 İyun
Türkiyə KİV-ləri: Bakıda “Formula-1 həyəcanı
15:49
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
15:30
24 İyun
Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb
15:26
24 İyun
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
14:45
24 İyun
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
14:41
24 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi
14:13
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"
14:33
23 İyun
"Formula-1 Şəhərciyi"ndə pilotlarla avtoqraf sessiyaları təşkil olunub
14:00
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
12:55
23 İyun
Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
12:40
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+20 +23