Ana səhifə »  İqtisadiyyat »  Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb
A+   Yenilə  A-
Qeyri-neft ixracatçılarının respublika müşavirəsi çərçivəsində sahibkarlarla müzakirələr aparılıb

Xəbər verdiyimiz kimi, aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının tapşırığına uyğun olaraq, müşavirə çərçivəsində keçirilən müzakirələrdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev ixracatçı sahibkarlarla görüşüblər.
Görüşdə toxumçuluğun inkişafı üçün torpaqların təyinatının dəyişdirilməsi, tingçilik təsərrüfatının yaradılmasına dəstək göstərilməsi, tara istehsalının təşkili, uyğunluq və gigiyenik sertifikatların daha uzun müddətə verilməsi, gömrük sahəsində regionlarda xidmətlər bazasının genişləndirilməsi, yerli istehsal məhsullarına kod verilməsi, xaricdə logistik mərkəzlərin yaradılması, bəzi nəqliyyat tariflərinə baxılması, şirkətlərarası əlaqələrin genişləndirilməsi, qablaşdırma üçün şüşə istehsalı, yeni gömrük və fitosanitar laboratoriyanın yaradılması və digər məsələlər barədə sahibkarların fikirləri və təklifləri dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müzakirələrdə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub, şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkiblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, şüşə istehsalçılarından biri olan “İnterGlass” artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. “Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, Azərbaycanda yaşıl şüşə istehsalı üçün lazım olan qum var. Ağ şüşə istehsalı üçün lazım olan qum isə böyük ehtimalla Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün “İnterGlass”ın həyətində olan hazır şüşə materialları üç aydır satılmır. İstərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun”, - deyə ASK prezidenti qeyd edib.
Şirkətlər arasında əlaqənin qurulmasında problemlər olduğunu bildirən Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib: “Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Şirkətlərin saytlarını tez-tez izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə üç il bundan əvvəl yeniləyib. Bəzən görürük ki, bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir. Yəni, bir-birindən xəbərləri yoxdur. Əlaqələndirmə düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olarkən istehsal edilən məhsullar barədə ətraflı məlumat almaq imkanına malik olmalıdırlar. Şirkətlər saytlarını fəal şəkildə idarə etməlidir”.
Prezidentin köməkçisinin iradı ilə razılaşan Məmməd Musayev bildirib ki, məsələ çox düzgün qaldırılıb. Əlaqələndirmədə ciddi boşluqlar var və bu problemi aradan qaldırmağa çalışacaqlar.
“Azərtoxum”un hazırda 10 min hektar sahədə toxumluq arpa və buğda səpini, 2 min hektar sahədə isə qarğıdalı əkini həyata keçirdiyini vurğulayan səhmdar cəmiyyətin icraçı direktoru Məzahir Qasımov deyib: “Bizim 30 min hektar ərazidə əkin-biçin aparmaq imkanımız var. Bundan başqa, 60 min ton məhsulu saxlaya biləcək anbarımız var. İki il əvvəl Şəmkir rayonunda Ceyrançöl deyilən ərazidə səhmdar cəmiyyət üçün 5 min hektar ərazi ayrılıb. Lakin, həmin torpaqlar qışlaq təyinatlı olduğuna görə, biz ondan səmərəli istifadə edə bilmirik. Həmin torpaqların qış otlaq sahəsi olmasına baxmayaraq, orada bir baş belə mal-qara yoxdur. Xahiş edirəm ki, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzərə alınsın və problem həllini tapsın”.
Sahibkara cavab olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən çox ciddi tapşırıq verilib. Torpaqların təyinatının dəyişdirilməsi zamanı balans gözlənilməlidir. “Biz bu il 121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq. Sizin müəssisənin maddi-texniki bazasına bələdəm. Hətta toxumçuluğun inkişafı üçün kənd təsərrüfatı strukturuna daxil olan torpaq sahələrindən bir neçə min hektarı müvəqqəti olaraq sizin istifadənizə verilib. Hazırda əsas məsələ örüş və otlaqların əkin dövriyyəsinə cəlb edilməsi deyil. Biz balansı gözləməliyik. Çünki hazırda mövcud olan örüş və otlaq sahələri heyvandarlığın tələbatının 75 faizini təmin edir. Örüş və otlaqların kütləvi sürətdə əkin dövriyyəsinə cəlb edilməsi bu problemi qloballaşdıra bilər. Ona görə də mütləq həmin əraziyə baxış keçirilməlidir. Amma düşünürəm ki, bu məsələ həll oluna bilər”, - deyə nazir vurğulayıb.
Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib ki, sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. “Xammalın ixracı zamanı şirkətlər daşımalarla bağlı problemlərlə üzləşir. Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin parkında olan sisternlər kifayət etmir. Bizim xammal idxala bağlıdır. Ona görə də daşımalarla bağlı məsələlərin tənzimlənməsinə ehtiyac var”, - deyə E.Mədətov qeyd edib.
Sahibkara cavab olaraq Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, ölkədaxili daşımalarda tarif tənzimlənməsi doğrudan da vacibdir. Dövlətimizin başçısı dəmir yolu parkının yenilənməsinə dair müvafiq göstəriş verib. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC parkın yenilənməsi istiqamətində müvafiq iş aparır, müxtəlif təyinatlı vaqonlar alır.
Müzakirələrdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlara müraciət edərək deyib ki, sahibkarlar arasında kommunikasiya daha sıx qurulmalıdır: “Yəqin ki, biz bu formatda əməkdaşlıq qurmağa başlayacağıq. Düşünürəm ki, növbəti forumlarda sahibkarlar tərəfindən qaldırılan mövzular ətrafında əvvəlcədən müzakirələr aparıla bilər. Sahibkarlar özləri təqdimat imkanı qazanmaqla təşkilati tədbirlər görə bilər. Məsələn, hansısa 5 şirkət istehsal etdiyi məhsullar barədə təqdimat etmək istəyir. Bunun üçün biz sahibkarlarla görüşür, əvvəlcədən hansı mövzuda təqdimatlar olacağı ilə bağlı onları məlumatlandırırıq. Bu barədə aidiyyəti qurumlara da müvafiq tapşırıq verəcəyəm. İnanıram ki, bu formatda əməkdaşlıq müsbət nəticələrini verəcək”.
Dialoq şəkilində davam edən müzakirələrdə müvafiq qurumların rəhbərləri qaldırılan məsələlər barədə fikirlərini bildirib, təmsil etdikləri struktur bölmələrinə tapşırıqlar veriblər.
Sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə, eləcə də qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  18-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən Serj Sarkisyana dərs

14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib
12:57
21 Sentyabr
Akademik İsa Həbibbəyli: Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur
12:30
21 Sentyabr
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb
12:24
21 Sentyabr
21 sentyabr - Beynəlxalq Sülh Günüdür
12:20
21 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir
12:12
21 Sentyabr
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi
12:10
21 Sentyabr
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
11:55
21 Sentyabr
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi
11:49
21 Sentyabr
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək
11:48
21 Sentyabr
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq
11:38
21 Sentyabr
Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
11:31
21 Sentyabr
Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir
11:30
21 Sentyabr
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
11:25
21 Sentyabr
Böyük Qayıdışa – Cocuq Mərcanlının bərpasına həsr olunan kitabın və filmin təqdimatı keçirilir
11:23
21 Sentyabr
Prezidenti İlham Əliyev: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
10:51
21 Sentyabr
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
10:44
21 Sentyabr
Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir
10:41
21 Sentyabr
Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyyatdan başqa bir şey deyil
10:20
21 Sentyabr
Prezident İlham Əliyev: Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir
10:17
21 Sentyabr
2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək
10:15
21 Sentyabr
Ermənilərin dağıtdığı Azərbaycan abidələri ilə bağlı məsələ AŞPA-da müzakirəyə çıxarılacaq
19:03
20 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
17:54
20 Sentyabr
Elman Məmmədov: Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil
17:50
20 Sentyabr
XİN: ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır
17:47
20 Sentyabr
Ramin Quluzadə: Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycanda nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir
17:44
20 Sentyabr
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:11
20 Sentyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb
16:55
20 Sentyabr
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər möhkəm təməllər üzərində qurulub
16:48
20 Sentyabr
Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
16:40
20 Sentyabr
Aİ-nin siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək
16:34
20 Sentyabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
16:29
20 Sentyabr
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib
16:21
20 Sentyabr
Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb
16:10
20 Sentyabr
Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib
15:53
20 Sentyabr
Sentyabrın 20-dək ölkə üzrə 15 min tona yaxın pambıq yığılıb
15:04
20 Sentyabr
Neftçilərin peşə bayramı təntənəli şəkildə qeyd edilib
14:48
20 Sentyabr
Deputat: "Prezidentin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir"
14:47
20 Sentyabr
Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılır
14:24
20 Sentyabr
Rəfiqə Əliyeva öz ömür payını alim, insan və vətəndaş kimi şərəflə yaşadı
14:14
20 Sentyabr
MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri başçıları Qəbələyə toplaşıb
14:05
20 Sentyabr
Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib
13:59
20 Sentyabr
Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə olunub
13:55
20 Sentyabr
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının qurultayı işini davam etdirir
12:43
20 Sentyabr
Rövnəq Abdullayev: İndiyədək "Şahdəniz"dən 85 milyard kubmetr qaz hasil edilib
12:35
20 Sentyabr
Bakı MDB məkanında turizm üçün cəlbedici olan ilk üç şəhər sırasındadır
12:30
20 Sentyabr
Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir
12:27
20 Sentyabr
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi tamhüquqlu regional əməkdaşlığa maneə yaradır
12:24
20 Sentyabr
“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür
12:04
20 Sentyabr
Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabanı ziyarət edib
11:42
20 Sentyabr
Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verildi
11:37
20 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan humanitar böhranlara yol açan müharibələrdən ciddi narahatlıq keçirir
11:27
20 Sentyabr
Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabətqabiliyyətinin artırılması layihəsinin icrasına başlanılıb
11:21
20 Sentyabr
Bakıda “Caspian Energy Transport Forum”u keçirilir
11:14
20 Sentyabr
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
11:10
20 Sentyabr
Çində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub
11:07
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub
11:05
20 Sentyabr
İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun iclası keçirilib
11:01
20 Sentyabr
V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
10:55
20 Sentyabr
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
10:54
20 Sentyabr
RİİB regionlarda könüllülük proqramına start verir
17:49
19 Sentyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir
17:42
19 Sentyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:40
19 Sentyabr
Tahir Rzayev: Düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək
17:36
19 Sentyabr
Mikayıl Cabbarov: qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq
17:34
19 Sentyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqlar gələn həftə Brüsseldə keçiriləcək
17:19
19 Sentyabr
Kamran Nəbizadə: Gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək
17:17
19 Sentyabr
Müdafiə naziri cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını edib
17:11
19 Sentyabr
Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+19 +22