Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” keçirilib

Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” keçirilib

13.04.2017 [08:52]

Aprelin 12-də Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017” keçirilib. Forum Azərbaycan Respublikası hökumətinin və “Caspian European Club”un (Caspian Business Club) dəstəyi ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində əsas məqsədin biznes-dövlət ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək olduğunu deyib.
Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciəti səsləndirilib. Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətini isə Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiç çatdırıb.
Sonra forum öz işini sessiyalarla davam etdirib.
İlk sessiyada “Biznesin stimullaşdırılması - dövlət siyasətinin prioriteti”, “Dünya bazarlarının böhran şəraitində inkişaf perspektivləri”, “Azərbaycan Respublikasının iqtisadiyyatının islahatlaşmasında Dövlət Gömrük Komitəsinin rolu”, “Dövlət müəssisələrinin səhmləşdirilməsinin perspektivləri, iqtisadiyyatda islahatların aparılması”, “Keyfiyyətli infrastrukturun inkişafı - rəqabətədavamlı ixracyönümlü məhsul istehsalının əsas aspekti”, “İxracın təşviqi istiqamətində görülən işlər və yaratdığı imkanlar” mövzuları müzakirə olunub.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ötən il gömrük tarixində ciddi islahatlar və şəffaflığın təmin olunması ilə yadda qalıb. Görülən işlərə elektron bəyannaməyə keçid, yaşıl dəhlizin tətbiqi və sair işlər daxildir. Azərbaycanda gömrük xidməti aprel ayından pilot layihə olaraq, may ayının əvvəllərindən isə bütünlüklə elektron xidmətə keçib: “10 təşkilat artıq bizim təşəbbüslə yaşıl dəhlizdən istifadə edə bilir. Bundan əlavə, spesifik rüsumların tətbiqinə başlamışıq. Məqsəd aqrar məhsulları və tikinti materiallarını qorumaq, istehsalı inkişaf etdirməkdir”, - deyə komitə sədri vurğulayıb.
A.Əliyev qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi böhranın Azərbaycana təsirlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin tapşırığı ilə islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, Azərbaycanın 940 milli standartının 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb. “Texniki tənzimləmə haqqında” qanun hələ qəbul olunmadığı üçün standartlar məcburidir.
Azərbaycanın ilk ticarət nümayəndəliyinin Rusiyada yaradıldığını bildirən iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib ki, növbəti nümayəndəlik Birləşmiş Ərəb Əmirliyi və Çində yaradılacaq. Nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi iş adamlarını Azərbaycana dəvət etmək, sahibkarlarımızın xarici ölkələrdəki maraqlarını qorumaqdır. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır.
“Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, “SOCAR Polymer” şirkətinin baş maliyyə analitiki Babək Beydullayev, Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talibov, “Polymart” MMC-nin idarə heyətinin sədri Rəşad Məmmədov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, görüləcək işlər barədə danışıblar.
“Əsas layihələr. Xəzər regionu dövlətlərinin enerji sektorunun investisiya cazibədarlığı” mövzusunda keçirilən ikinci sessiyaya moderatorluq edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan bu gün regionda qlobal sarsıntılara, maliyyə böhranlarına, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq cəsarətli addımlar atır. Dünyada baş verən qlobal maliyyə böhranı, qlobal risklərin artması göstərdi ki, dövlətlər arasında əməkdaşlıq güclənməlidir, iqtisadi münasibətlər təkmilləşməlidir.
Sessiyada çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan əhalisinin 78 faizinin internet istifadəçisidir, bunun 72 faizi genişzolaqlı internetin payına düşür. Ölkəmiz mobil telefon istifadəçilərinin əhatə dairəsinə görə də dünya üzrə irəlidə gedən ölkələrdəndir və 100 faizdən artıq əhatə dairəsinə malik olan ölkələr sırasındadır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov deyib ki, Azərbaycanda ildə orta hesabla 20 milyard kilovatt-saat enerji istehsal olunur və bu enerji istehsalçılar tərəfindən istifadə edilir. Enerji istehsalı üçün isə təqribən 6 milyard kubmetr qaz sərf olunur.
Forumda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova vurğulayıb ki, AYİB “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.
“Şahdəniz” layihəsi barədə danışan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmirə Rzayeva xatırladıb ki, layihə üzrə 25 illik müqavilə bağlanıb və Azərbaycan 9 Avropa şirkətinə qaz satışını həyata keçirəcək.
“İpək Yoluna Çinin baxışı” mövzusunda məruzə ilə çıxış edən “Zenith Energy Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanın bu layihədə iştirakını xüsusi vurğulayıb.
“R.İ.S.K Company”nin baş direktoru Cabir Cümşüdov və SİNAM şirkətinin prezidenti Elçin Əliyev təmsil etdikləri qurumların fəaliyyətindən danışıb, bugünkü forumun ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən söz açıblar.
Forum çərçivəsində “Caspian Energy Award Baku-2017” mükafatı qalib şirkətlərə təqdim olunub.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30