Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanın ilk ticarət nümayəndəsi təyin olundu
A+   Yenilə  A-
Azərbaycanın ilk ticarət nümayəndəsi təyin olundu

Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir. Bu yaxınlarda dövlət başçısı “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərman imzalayıb. Fərmanın icrası və Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi tədbirlərı barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat naziri Şahin Mustafayev cavablandırıb.
- Cənab nazir, qeyri-neft məhsullarının ixracının artırılması əsas vəzifələrdəndir. Bu istiqamətdə hansı tədbirlər görülür?
- Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Bununla bağlı dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli Fərmanına əsasən, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, Fərmanın icrası ilə bağlı son 3 ayda artıq 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.
İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqaviləyə əsasən artıq Çinə şərab ixracına başlanılıb. Həmçinin Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan “Savalan Syrah” markalı şərab qızıl medala layiq görülüb.
3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. İxrac missiyasının nəticəsi olaraq Dubaya nar şirəsi və alma ixrac olunur.
Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə 2016-cı ilin noyabr ayından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi ödənilir.
Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində “İxracatçılar Klubu” yaradılıb, “Export.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.
2017-ci ilin ilk ixrac missiyası Almaniyaya təşkil olunub, bu çərçivədə meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı “Beynəlxalq Yaşıl Həftə” sərgisini ziyarət edib. İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribüterlər və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Növbəti ixrac missiyaları isə Əfqanıstan, Pakistan və Qətərə təşkil ediləcək. Həmçinin bu mexanizm çərçivəsində dövlət dəstəyi ilə sahibkarlar 2017-ci ildə Gulfood (BƏƏ), Prowein (Almaniya), Worldfood (Rusiya), Anuga (Almaniya), Hong Kong International Wine & Spirits Fair (Çin) kimi ən nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.
Bununla yanaşı, xarici ölkələrdə ticarət evlərinin təşkilinə və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli Fərmanının icrasına başlanılıb.
- Ticarət evlərinin yaradılması və ticarət nümayəndəsinin təyin olunmasına hansı ölkələrdən başlanacaq?
- Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə Ticarət evlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə ilk olaraq Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır.
Ticarət nümayəndələrinin təyinatı məsələsinə gəldikdə isə, ilk növbədə qeyd edim ki, Fərman xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədini daşıyır.
Fərmana əsasən ticarət nümayəndəsi tərəfindən təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət başçısının bu Fərmanı qeyri-neft məhsulları istehsalının artırılması, həmin məhsulların ixrac həcminin və coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir.
Müvafiq təhlillər əsasında Azərbaycanın qeyri-neft məhsulları üzrə digər əsas ticarət tərəfdaşlarının ticarət və investisiya imkanları nəzərə alınmaqla həmin ölkələrdə də ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.
- Bəs prosesə nə vaxtdan başlanacaq?
- Artıq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Təyinatın birinci olaraq Rusiya Federasiyasından başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə, Rusiya Federasiyası Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşıdır. 2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasına ixracının həcmi 409 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir. Digər tərəfdən isə, Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard ABŞ dollarından çoxdur. Azərbaycan Rusiyanın 78 regionu ilə əməkdaşlıq edir və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Qeyd olunanları nəzərə alaraq, ölkəmizin qeyri-neft məhsullarının Rusiya bazarına ixracının artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə bir sıra işlər görülür, Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan evi”nin yaradılmasına başlanılıb.
Rusiya Federasiyasında ticarət nümayəndəsinin təyin olunması bu ölkəyə qeyri-neft ixracımızın genişləndirilməsi, Azərbaycanın biznes mühitinin təşviqi və Rusiya şirkətlərinin investisiyalarının ölkəmizə cəlb olunması, habelə iqtisadi maraqlarımızın qorunması üzrə görülən işlərin səmərəsinin artırılması baxımından əhəmiyyət daşıyır.
Rusiya Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.

 
  • Oxunub:  7020  |  
  • Tarix:  07-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib

17:41
16 Dekabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görülüb
16:23
16 Dekabr
AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var
16:15
16 Dekabr
Müdafiə Nazirliyində ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib
16:07
16 Dekabr
Musa Quliyev: Ölkəmizdə sosial xidmət sistemi modernləşir
13:58
16 Dekabr
Rusiyanın Birinci televiziya kanalında yayımlanan “Pole çüdes” verilişi Azərbaycana həsr olunub
13:38
16 Dekabr
Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
13:18
16 Dekabr
Ziyad Səmədzadə: Yeni qanun layihəsi müasir dövrün tələblərinə uyğun hazırlanıb
12:46
16 Dekabr
Fuad Muradov: Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında yüksək səviyyədə təmsil olunur
12:33
16 Dekabr
YAP Şabran rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirib
12:30
16 Dekabr
Tələbə və məzunlar üçün “Karyerada ilk addım”devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:56
16 Dekabr
Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır
11:50
16 Dekabr
Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi açılıb
11:32
16 Dekabr
Azay Quliyev: Milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən önəmli layihələr həyata keçirilir
10:47
16 Dekabr
Beynəlxalq Valyuta Fondu: 2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir
10:44
16 Dekabr
Milli Məclisin deputatı AŞPA-nın Büro iclasında iştirak edib
10:41
16 Dekabr
Qəbələdə keçirilən “Poeziya günü” şeirsevərləri bir araya gətirib
10:39
16 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 115 dəfə pozub
17:57
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
17:46
15 Dekabr
Siyavuş Novruzov: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb
17:27
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Xocalı rayon təşkilatının üzvləri Goranboy rayonunda 2500 ədəd ağac əkmişdir
17:24
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı tərəfindən növbəti ağacəkmə aksiyası keçirildi
17:20
15 Dekabr
“Silahlı Qüvvələr haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub
17:18
15 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP-ın Yevlax rayon və Mingəçevir şəhər təşkilatlatları birgə ağacəkmə aksiyası keçirib
17:14
15 Dekabr
Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub
17:13
15 Dekabr
YAP Qax rayon təşkilatı ağacəkmə kampaniyası keçirib
17:10
15 Dekabr
Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir
16:33
15 Dekabr
Tbilisidə Şərq Tərəfdaşlığına üzv ölkələrin jurnalistlərinin növbəti toplantısı təşkil edilib
16:18
15 Dekabr
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib
16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA