Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur
A+   Yenilə  A-
Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur

Prezident İlham Əliyev: Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik
Dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşüb, iqtisadi böhran daha da dərinləşib. Belə şəraitdə iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr daha ciddi sınaqlarla üzləşiblər. Neft gəlirlərinin azalması ilə paralel şəkildə ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik zəifləyib, istehsal aşağı düşüb, sosial proqramların maliyyə təminatında problemlər ortaya çıxıb, hətta iş yerləri ixtisara salınıb, pensiyaların müavinətlərin, əmək haqlarının ödənilməsində ciddi çətinliklər yaranıb.
Təbii ki, dünyada müşahidə edilən mənfi tendensiyalar məqsədyönlü siyasət sayəsində qlobal iqtisadiyyata sıx inteqrasiya edən və milli iqtisadiyyatında neft amilinin müəyyən yeri olan Azərbaycana da təsirsiz ötüşməyib. Qlobal böhran fonunda ölkəmizdə də müəyyən çətinliklər yaranıb. Bununla belə, yaranmış vəziyyətdə də Azərbaycan inkişafa istiqamətlənib. Bunu ötən ilin nəticələri bir daha təsdiqləyir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğuladığı kimi, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur.
Azərbaycan iqtisadiyyatının əsas göstəriciləri müsbətdir
Bəhs olunan konfransda Azərbaycanın dövlət başçısı tərəfindən yeni şəraitdə ölkə iqtisadiyyatındakı vəziyyət ətraflı təhlil edilib və bundan sonrakı inkişafı təmin etmək üçün qarşıya konkret vəzifələr qoyulub. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, iqtisadiyyatın əsas göstəriciləri müsbətdir: “Hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür”.
Bəs müəyyən çətinliklərlə müşayiət olunan yeni şəraitdə də respublikamızın uğurlarını şərtləndirən əsas amillər hansılardır? Yeni şəraitdə də iqtisadiyyatın əsas istiqamətləri üzrə müsbət göstəricilərin qazanılması ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycan güclü iqtisadi potensiala malik olan ölkədir. Prezident İlham Əliyev yaranmış çətinliklər fonunda ölkəmizin uğurlarının səbəblərinə diqqət çəkərək bildirib: “Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik”.
Yeni şəraitdə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Bu islahatlar biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə inklüzivliyinin daha geniş miqyasda təmin edilməsi, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, daxili bazarın qorunması, investisiyaların təşviq edilməsi, ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin yaradılması və bu kimi digər vacib istiqamətləri əhatə edir.
Yeni şəraitdə aqrar sektor, qeyri-neft sənayesi prioritet inkişaf istiqamətləri kimi müəyyənləşdirilib
Zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Postneft dövründə qeyri-neft sektorunun inkişafı dönməz prosesə çevriləcək və bu sahədə daha intensiv tədbirlər həyata keçiriləcək. Azərbaycan artıq özünün strateji inkişaf istiqamətlərini seçib. Yeni şəraitdə neftdənkənar iqtisadiyyat üzrə kənd təsərrüfatı, qeyri-neft sənayesi ölkəmiz üçün prioritet istiqamətləri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev ötən il hər iki sahədə əldə olunan yüksək nəticələrdən məmnunluqla söhbət açıb: “Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır”.
Yeni şəraitdə Azərbaycanın neftdənkənar iqtisadiyyat üzrə kənd təsərrüfatının və qeyri-neft sənayesinin üstün inkişafının təmin olunmasına güclü siyasi iradə nümayiş etdirilməsi ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi aqrar sektorda cəmləşib. Əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır.
Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Məlumdur ki, hazırda dünyada ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar böyük aktuallıq kəsb edir. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb.
Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Neft gəlirlərinin azaldığı şəraitdə xarici bazarlara daha çox həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmaqla ölkəmizə valyuta daxilolmalarını təmin etmək mümkündür. Həyata keçirilən tədbirlər sayəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi ilbəil artır. Son bir ildə bu sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il respublikamızdan ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib. Şübhə yoxdur ki, regionlarda Dövlət proqramları çərçivəsində reallaşdırılan yeni stimullaşdırıcı tədbirlər sayəsində aqrar sektorda istehsal və ixrac imkanları daha da artacaq.
Yeni şəraitdə ölkəmizdə, həmçinin sənaye quruculuğuna böyük önəm verilir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycanda qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının artırılması, innovasiyalara əsaslanan yeni müəssisələrin yaradılması həm siyasi baxımdan, həm də güclü investisiya təminatı ilə dəstəklənir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinə uyğun olaraq ötən il bu istiqamətdə işlər davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib.
Azərbaycanın yeni sənaye quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri isə regional sənaye quruculuğu ilə bağlıdır. Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib, regionlarda da müasir sənaye təyinatlı müəssisələr işə salınıb.
2004-cü ildən bəri ölkədə yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri də əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.
Ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Belə ki, Dövlət proqramlarının icrası çərçivəsində respublikanın bölgələrində onlarca böyük əmək tutumlu sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Eyni zamanda, ölkə miqyasında fəal məşğulluq tədbirləri həyata keçirilir, mütəmadi olaraq əmək yarmarkaları təşkil edilir. Regionlarda həmçinin işaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də davamlı tədbirlər həyata keçirilir. Son illərdə regionlarda aktiv məşğulluq tədbirləri çərçivəsində işaxtaranların, ələlxüsus da gənclərin peşə hazırlığına diqqətin artırılması təqdirəlayiq haldır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayrı-ayrı işəgötürən təşkilatlarla peşə hazırlığına dair müxtəlif tədbirlər reallaşdırır ki, bu da işaxtaranların gələcək peşə karyeralarını düzgün qurmalarında böyük rol oynayır.
Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,5 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Azərbaycan yeni iş yerlərinin yaradılması siyasətini yeni iqtisadi şəraitdə də diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev bu sahədə əldə olunan uğurlardan məmnunluq ifadə edərək deyib: “Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6810  |  
  • Tarix:  04-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

15:52
24 İyun
Türkiyə KİV-ləri: Bakıda “Formula-1 həyəcanı
15:49
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
15:30
24 İyun
Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb
15:26
24 İyun
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
14:45
24 İyun
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
14:41
24 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi
14:13
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"
14:33
23 İyun
"Formula-1 Şəhərciyi"ndə pilotlarla avtoqraf sessiyaları təşkil olunub
14:00
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Kosta Rikanın xarici işlər nazirini qəbul edib
12:55
23 İyun
Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
12:40
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərində revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışını edib
12:27
23 İyun
Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparılıb
12:22
23 İyun
Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir
12:19
23 İyun
Kosta-Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir
11:55
23 İyun
Dünya birjalarında neftin qiyməti
11:45
23 İyun
Şirvan şəhərində tank əleyhinə əl qumbaraatanı üçün atəş yığımları istehsalı zavodu istifadəyə verilib
11:12
23 İyun
Bakıda Formula-2 yarışlarına start verilib
11:10
23 İyun
Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki uğursuzluqlarına bəraət qazandırmaq üçün növbəti dəfə yalan məlumatdan istifadə edir
10:51
23 İyun
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
10:43
23 İyun
Anar Ələkbərov: Formula 1 yarışları Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini dünyaya bir daha nümayiş etdirdi
10:32
23 İyun
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, həmçinin müharibə əlilərinə dövlət tərəfindən böyük qayğı göstərilir
10:19
23 İyun
Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək
10:14
23 İyun
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib
10:12
23 İyun
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub
10:04
23 İyun
Milli Məclisin deputatı Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
09:58
23 İyun
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
09:53
23 İyun
Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
17:52
22 İyun
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” Əmr imzalayıb
17:27
22 İyun
YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya ilə görüşüb
17:18
22 İyun
“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub
17:05
22 İyun
Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib
16:57
22 İyun
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Oğuzda vətəndaşları qəbul edib
16:52
22 İyun
2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunub
16:40
22 İyun
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
16:32
22 İyun
Brüsseldə “Azərbaycan - tolerantlıq diyarı” adlı sərgi açılıb
16:17
22 İyun
Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur
16:15
22 İyun
“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır
16:06
22 İyun
İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir
15:56
22 İyun
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilər müəyyənləşib
15:45
22 İyun
ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin kəskinləşməsindən narahatdır
15:39
22 İyun
Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
15:35
22 İyun
Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub
15:26
22 İyun
“Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ediblər
15:08
22 İyun
Bəxtiyar Sadıqov: Ordunun modernləşdirilməsi, yeni silahların alınması, keçirilən təlimlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir
15:05
22 İyun
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 9 məsələyə baxılıb
14:41
22 İyun
Prezident: "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"
14:34
22 İyun
Moldova prezident: “Azərbaycan prezidenti ilə çox böyük məsələlər blokunu müzakirə etdik”
14:27
22 İyun
Heydər Əliyev Mərkəzi uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün silsilə tədbirlər keçirir
14:11
22 İyun
Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
13:58
22 İyun
Mədəniyyət və turizm naziri Gəncədə vətəndaşlarla görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+18 +20