Ana səhifə »  İqtisadiyyat »  Nazirlər Kabinetində 2018-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanmasına dair Sərəncam imzalanıb
A+   Yenilə  A-
Nazirlər Kabinetində 2018-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanmasına dair Sərəncam imzalanıb

Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə yanvarın 25-də Sərəncam imzalanıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı Sərəncama əsasən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın müvafiq müddəalarından irəli gələn vəzifələri yerinə yetirməklə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2017-ci il sentyabrın 15-dək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2017-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2016-cı ilin ilkin statistik məlumatlarını 2017-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sərəncama əsasən Dövlət Statistika Komitəsi növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi surətdə təqdim olunmasını təmin etməlidir.
Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədilə 2017-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2017-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Maliyyə Nazirliyi Sərəncama əsasən 2018-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2017-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2017-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2017-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2017-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Sərəncamda deyilir ki, Maliyyə Nazirliyi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondu ilə razılaşdırılmış təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.
İqtisadiyyat Nazirliyi 2017-ci il dəqiqləşdirilmiş, 2018-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2018-ci il üçün ilkin proqnozlarını 2017-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının layihəsini 2017-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, 2018-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2017-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2017-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
Sərəncamda qeyd edilir ki, İqtisadiyyat Nazirliyi 2018-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial proqnoz göstəricilərinin koordinasiyalı şəkildə hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq komissiyanın tərkibinə dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Sərəncamda Vergilər Nazirliyinin regional və yerli bölmələrinə Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2017-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təlimat məktubuna uyğun olaraq lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2017-ci il iyulun 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə qanunvericiliklə müdafiə olunan xərclər istisna olmaqla, digər xərclər üzrə qənaət rejimi gözlənilməklə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini hazırlayıb (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2017-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin həmin hədəflərə uyğun əsas istiqamətlərini özündə aydın şəkildə ehtiva edən, dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü (sektorlararası və sektor daxilində), nəticələrin proqnozlaşdırıla bilmə imkanlarını, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticəəsaslı büdcə mexanizminin formalaşdırılmasına dair təkliflərini hazırlayıb 2017-ci il mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Həmin qurumlara, həmçinin növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) 2017-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Bundan başqa, həmin qurumlar dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2017-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2017-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Sərəncamda qeyd olunur ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2017-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2017-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etsinlər.
Bələdiyyələrə tövsiyə edilib ki, dövlət büdcəsindən yerli büdcələrə maliyyə yardımı (dotasiya) ilə bağlı təkliflərini martın 15-dək və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2017-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib ki, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2018-ci il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2017-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2017-ci il iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.
Bundan başqa, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etmələri tapşırılıb.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən, Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 
  • Oxunub:  8070  |  
  • Tarix:  26-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib
19:03
18 May
Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
19:02
18 May
“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib
18:58
18 May
Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır
18:53
18 May
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA birgə layihələr reallaşdıracaq
18:42
18 May
Kənd təsərrüfatı nazirinin müavini: Rusiya bizim ənənəvi tərəfdaşımızdır
18:18
18 May
SOCAR: Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında quyu qazır
18:07
18 May
“Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
17:46
18 May
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İkinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir
17:44
18 May
Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb
17:43
18 May
Dövlət Miqrasiya Xidmətinin rəisi yerli və xarici iş adamları ilə görüşüb
17:38
18 May
Hikmət Babaoğlu: Antiazərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər
17:34
18 May
Laçının işğalının ildönümü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyd edilib
17:33
18 May
Türkiyədə Cümhuriyyətimizin yubileyi şərəfinə “İyirmi lirə” xatirə gümüş pul sikkəsi buraxılıb
17:25
18 May
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir
17:22
18 May
Bakı Şopinq Festivalında alış-veriş edin, əylənin və qazanın!
17:12
18 May
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı açıqlama yayıb
17:06
18 May
Zakir Həsənov: “Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb”
17:01
18 May
Azərbaycana Birgə Yardım Təşkilatı ilə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
16:54
18 May
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16:52
18 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edib
16:34
18 May
Hikmət Hacıyev: Avropa Şurası və onun qurumları Azərbaycanın nümayəndələrinə münasibətdə davamlı olaraq qərəzli mövqe sərgiləyir
16:24
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilib
16:09
18 May
“Beynəlxalq Mahmud Kaşqari” mükafatı növbəti dəfə təqdim edilib
15:54
18 May
Dövlət Miqrasiya Xidmətində sahibkarların müraciətlərinə operativ baxılması üçün qaynar xətt yaradılıb
15:47
18 May
Konstitusiya Məhkəməsinin sədri Sankt-Peterburqda beynəlxalq konfransda iştirak edib
15:18
18 May
2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub
15:16
18 May
Bolqarıstan televiziyası Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkir
14:43
18 May
Bakı Dövlət Universitetində tanınmış alimin 80 illik yubileyi qeyd olunub
14:41
18 May
"Azerbaijan Fashion Week"də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı
14:34
18 May
Bişkekdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilib
14:27
18 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
14:25
18 May
Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərində yoxlamalar aparacaq
14:19
18 May
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
14:05
18 May
Milli Məclisin sədri: AŞPA-nın qərarı ədalətsizdir
12:58
18 May
Siyavuş Novruzov: "AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəlib"
12:42
18 May
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin başçısı Təhlükəsizlik Şurasının iclasında çıxış edib
12:40
18 May
Əli Hüseynli: “Azərbaycan bundan sonra da AŞPA-da prinsipial fəaliyyətini davam etdirəcək”
12:36
18 May
Qida məhsulları "bir pəncərə" prinsipi ilə qeydiyyata alınacaq
12:20
18 May
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 May
San-Fransiskoda Azərbaycan tolerantlığına həsr olunmuş geniş tədbir keçirilib
12:06
18 May
Astanada "Global Challenges Summit" XI İqtisadi Forumu keçirilir
12:03
18 May
İran İslam Respublikasının nümayəndə heyəti muxtar respublikada səfərdə olub
11:53
18 May
“N” saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
11:50
18 May
Ekologiya və təbii sərvətlər naziri ilə BP-nin regional prezidenti arasında görüş keçirilib
11:21
18 May
Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir
11:14
18 May
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İkinci Respublika İnnovasiya Müsabiqəsini elan edib
11:13
18 May
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb
10:55
18 May
Əhalinin təhlükəli qida məhsulları haqqında maarifləndirilməsi üçün mobil vasitə təqdim olunacaq
10:54
18 May
Azexport XXIV Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir
10:41
18 May
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
10:36
18 May
18 may-Beynəlxalq Muzeylər Günüdür

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA