Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır

Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır

21.06.2016 [10:18]

Ölkəmizdə Azərbaycan-Rusiya müştərək əczaçılıq müəssisəsi yaradılır.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda Azərbaycanın “Vita-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Rusiyanın “R-Farm” şirkəti arasında Azərbaycanda beynəlxalq standartlara və tələblərə uyğun müasir əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.
Tərəflər xüsusi yaradılmış “Həyat Farm” birgə müəssisəsi vasitəsilə Azərbaycan ərazisində layihənin reallaşdırılmasına başlamaq barədə razılığa gəliblər.
“Həyat Farm” birgə müəssisəsi Azərbaycanda istehsal, laboratoriya və logistik bloklardan ibarət əczaçılıq kompleksinin yaradılması üzrə uzunmüddətlı proqramın həyata keçirilməsi məqsədilə təsis edilib.
Proqramın layihələrindən biri qabaqcıl beynəlxalq texnologiyalardan və “R-Farm” şirkətinin təcrübəsindən istifadə etməklə, aparıcı istehsalçı şirkətlərlə tərəfdaşlıq şəraitində müasir müəssisənin inşasını nəzərdə tutur.
Layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. 2019-cu ilin sonuna birgə müəssisənin tam layihə gücünə çıxacağı gözlənilir.

Paylaş:
Baxılıb: 744 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31