Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

19.05.2016 [10:30]

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 47 faiz, 2016-cı ilin birinci rübündə isə 43 faiz olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 18-də “ADA” Universitetində keçirilən II Azərbaycan-Avropa İttifaqı biznes forumunda səsləndirilib.
İqtisadiyyat Nazirliyinin, “ADA” Universitetinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “East İnvest” təşkilatının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Avropa İttifaqı ölkələrindən və Azərbaycandan qida, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, konsaltinq və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı, o cümlədən Avropa İttifaqı ölkələrindən 70-dən çox iş adamı iştirak edib.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək, iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, ölkə iqtisadiyyatının tanıdılması baxımından əhəmiyyətini qeyd edib. Rektor Azərbaycan və Avropa İttifaqı ölkələri arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini, “ADA” Universitetinin Avropa İttifaqının təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaradıb. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 47 faiz, 2016-cı ilin birinci rübündə isə 43 faiz olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 45,6 faiz və 35 faiz olub. Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə İşçi Qrupu yaradılıb. 2012-ci ildən indiyədək Avropa İttifaqı ölkələri ilə 100-ə yaxın biznes forum və müxtəlif tədbirlər təşkil edilib: “Dünən (yəni mayın 17-də) Niderlandla keçirilən biznes forumda sənaye parkları, elmi araşdırma, İKT startap, aqrobiznes xidmətləri, təşviqat sahələrində 4 memorandum imzalanıb”.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib”, - deyə nazir qeyd edib.
BTC-nin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdıran Şahin Mustafayev mayın 17-də Yunanıstanda təməli qoyulmuş TAP layihəsinin də əməkdaşlığa daha bir nümunə olduğunu deyib.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı ölkələri investisiya, tranzit, turizm, İKT, maliyyə, əczaçılıq və tibb avadanlıqlarının istehsalı, ətraf mühitin mühafizəsi sahələrində, qeyri-neft məhsullarının istehsalı, qablaşdırılması və ixracı və s. sahələrdə əməkdaşlıq edə bilərlər.
Azərbaycanın iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatının şaxələnməsinin, idxaldan asılılığın azaldılmasının, tranzit imkanlarından səmərəli istifadənin prioritetliyini diqqətə çatdırıb. Bildirilib ki, son zamanlar iqtisadi sahədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı kəskin azaldılıb, gömrük prosedurları sadələşdirilib, Apellyasiya Şuraları yaradılıb, maliyyə bazarlarına nəzarət gücləndirilib, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. “ASAN xidmət” Azərbaycan brendinə çevrilib. Aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda əlavə dəyər vergisindən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Ölkə ərazisində sənaye parkları və məhəllələri, aqroparklar yaradılır ki, burada dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait var. Ələtdə yaradılan azad ticarət zonası avropalı iş adamlarına əməkdaşlıq üçün yeni imkanlar açacaq. Bütün bunlar isə ölkə iqtisadiyyatına investisiya qoyuluşunu və iş adamları arasında əlaqələrin genişləndirilməsini stimullaşdırır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır, Azərbaycana birbaşa investisiyaların ən böyük hissəsini təmin edir. Bugünkü tədbir şirkətlər arasında şəbəkələşməni və əlaqələri çoxaldacaq: “Bu da öz növbəsində, ticarət və iqtisadi fəaliyyəti daha da artıracaq”.
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Samir Axundov çıxışında iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından biznes forum və işgüzar görüşlərin əhəmiyyətindən danışıb.
Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri Rene van der Linden Azərbaycanın sürətlə inkişaf etdiyini, ötən müddət ərzində xeyli dəyişdiyini vurğulayaraq stabilliyi ilə seçilən, sülhməramlı təkliflərə daim dəstək verən ölkəmizin parlaq gələcəyi olduğunu qeyd edib.
Biznes forumda Avropa Ticarət Palataları Prezidentliyinin üzvü Georgi Stoev, Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos da çıxış ediblər.
Tədbir çərçivəsində kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, turizm sahələrində imkanlar, Azərbaycanda biznes imkanları mövzularında panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31