Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi-siyasi kurs ölkəmizdə azad sahibkarlığın inkişafında yeni mərhələ açdı

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi-siyasi kurs ölkəmizdə azad sahibkarlığın inkişafında yeni mərhələ açdı

25.04.2016 [16:52]

Bu gün yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi aktoruna çevrilən, dünyada layiqli iqtisadi tərəfdaş qismində tanınan və qəbul edilən Azərbaycan dövlətinin uğurlarının əsasında birmənalı şəkildə Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu qətiyyətli və milli maraqlara söykənən siyasi-iqtisadi kurs dayanır. Məlum olduğu kimi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndərimizin rəhbərliyi ilə iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verdi. Müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyev azad sahibkarlığın inkişafına daim diqqət göstərir və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirirdi. Məhz buna görə də həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəldilirdi. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atıldı.
Hələ 1994-cü il dekabrın 10-da keçirilmiş "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda beynəlxalq konfransda çıxış edən Ümummilli lider demişdir: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir".
Beləliklə, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular. Bu isə ölkəmizin regionlarında yeni sahibkarlar ordusunun yetişməsinə, azad sahibkarlığın və rəqabətyönümlü aqrar sahibkarlıq subyektlərinin yaranmasına yol açdı.
Beləlikl, vurğulandığı kimi, sahibkarlığın inkişafının əsas predmetlərindən olan qanunvericilik bazasının daha da təkmilləşdirilməsi üçün qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə ölkəmizdə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət etdi.
Onu da vurğulamaq yerinə düşər ki, 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki Dövlət Proqramının qəbul edilməsi ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində əldə olunan nailiyyətlərdə mühüm rola malikdir. Bu Dövlət proqramları kiçik və orta sahibkarlığın inkişafını Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevirməyi bacardı. Qəbul edilmiş bu proqramlar sayəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edildi.
1993-cü ildən sonrakı dövrdə ölkə iqtisadiyyatında xarici sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsi sayıla bilərdi. Xarici investisiyanın ölkəmizə cəlb olunması isə Ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün oldu. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradıldı.
Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanması istiqamətində ilk addımların atılması vergitutmanın sadələşdirilməsi, bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində mühüm uğurlara yol açdı. Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addıma çevrildi.
Ulu öndərimiz tərəfindən 1996-cı ildə "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzalanan Fərman iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət mexanizminin tətbiqində, həmin nəzarətin daha məqbul vasitələrini seçmək yönündə, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaqda, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaqda mühüm əhəmiyyətə malik idi. Fərmanın imzalanmasından bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayının azalması ilə yanaşı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısının alınmasında da nəticələr əldə edildi.
Xüsusi olaraq qeyd edilməlidir ki, Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmaqla yanaşı, onlarla mütəmadi görüşlər keçirir və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsi istiqamətində addımlar atırdı. 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşlər bunun faktoloji sübutudur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi həmin ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm Fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu.
Bundan başqa, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti uzadıldı.
Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə regionlarda sahibkarlara ayrılan vəsaitlər bölgələrdə bir sıra mühüm istiqamətli sahələrin inkişafına dəstək verdi. Bu gün də davamlı şəkildə edilən bu yardımlar yeni iş yerlərinin açılmasına, yerli istehsalın daha da genişlənməsinə öz töhfələrini verməkdədir.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, bazar iqtisadiyyatına keçid, iqtisadi və sosial islahatlar Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublika həyatında bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılır və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaradır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosial yönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olub. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramlarında ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulub.
Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. Eləcə də son 12 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Hətta ekspertlər belə mülahizələr irəli sürürlər ki, Azərbaycanın iqtisadi inkişafı bu templərlə davam edəcəyi təqdirdə gələcəkdə Cənubi Qafqaz iqtisadiyyatı dedikdə məhz ölkəmizin iqtisadiyyatı başa düşüləcək.
Pərviz SADAYOĞLU
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV
nümayəndələri arasında elan edilmiş
yaradıcılıq müsabiqəsinə təqdim edilir"

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30