Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan ilə Yaponiya arasında İKT üzrə əməkdaşlıq barədə müzakirələr ölkəmizdə həmin sahənin daha sürətli inkişafına təkan verəcəkdir

Azərbaycan ilə Yaponiya arasında İKT üzrə əməkdaşlıq barədə müzakirələr ölkəmizdə həmin sahənin daha sürətli inkişafına təkan verəcəkdir

13.12.2013 [11:58]

Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gündoğar ölkədə rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi idi.
Nümayəndə heyətinin tərkibinə nazirliyin əməkdaşları ilə yanaşı, hökumət nümayəndələri, İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri daxil idi. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə səfər proqramında iştirak etmişdir.
Beş gün davam etmiş səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlər keçirilmiş, Azərbaycan-Yaponiya İKT əməkdaşlığı, xüsusilə İT park, telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Danışıqlar zamanı iki dost ölkə arasında bu sahədə müqavilə-hüquq bazasının inkişafı haqqında tərəflər müsbət mövqe nümayiş etdirmişlər.
Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə də tanış olmuşlar.
İKT və elektronika sahəsində avadanlığın istehsalı ilə məşğul olan “Mitsubishi”, “NEC”, “Panasonic” kimi tanınmış şirkətlərdə keçirilən görüşlərdə istehsal prosesləri müşahidə olunmuş, qonaqlara son layihələr barədə ətraflı məlumat verilmişdir. Həmin görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Səfərin yekunlarını yüksək qiymətləndirən nazir Əli Abbasov AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə demişdir: “Azərbaycanda texnoloji yönümlü, innovativ tutumlu iqtisadiyyatın inkişafı üçün bu sahədə aparıcı ölkə olan Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilir. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Yaponiya rəhbərliyinin də Azərbaycan ilə əlaqələrə yüksək qiymət verdiyini hiss etdik. Səfərimizin əsas məqsədi məhz bu istiqamətdə Yaponiya ilə əməkdaşlığın əsas prinsiplərini müzakirə etmək idi. Biz Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin texnoloji tərəqqi üçün çox vacib olan insan resurslarının inkişafı, həmçinin uyğun biznes mühitinin yaradılması və Azərbaycan şirkətlərinin ölkənin maliyyə resurslarına çıxışlarının yüngülləşdirilməsi istiqamətində aparılan siyasətinin əsas istiqamətlərini yapon tərəfinə çatdırdıq. Bu, Yaponiya hökumətinin müvafiq strukturları tərəfindən çox yüksək qiymətləndirildi.
İkinci əsas məqsədimiz Yaponiyanın qabaqcıl texnoloji şirkətləri ilə bir sıra müzakirələr aparmaq idi. Yapon tərəfinin əsas marağı Azərbaycanda kosmik proqramın həyata keçirilməsi ilə əlaqədar olan müvafiq layihələr, həmçinin də elektron və informasiya xidmətlərinin təşkil olunması idi. Aparılmış müzakirələrdə biz yapon aparıcı şirkətlərinin, investorlarının diqqətini Azərbaycanda reallaşdırılan layihələrə cəlb edə bildik.
Danışıqlarda üçüncü əsas məqam, Yaponiyanın aparıcı şirkətləri və Azərbaycanın lokal İT texnoloji şirkətlərinin birgə əməkdaşlığı ilə şirkətlərimizin xarici bazarlarda iştirakının genişləndirilməsi, həmçinin Azərbaycanın texnoloji ixrac potensialının gücləndirilməsi üçün məhsul və xidmətlərin istehsalında onların birgə əməkdaşlığı məsələsi idi. Bu istiqamətdə əldə edilmiş razılaşmalar gələcək əməkdaşlıq üçün çox yaxşı bünövrə olacaqdır”.
Azərbaycan nümayəndə heyətinin səfəri Yaponiya KİV-ləri tərəfindən maraqla qarşılanmış, “İbaraki Shimbun”, “Sankey Shimbun” və “Nikkey Shimbun” qəzetlərində səfər haqqında məlumatlara, nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasovun müsahibələrinə geniş yer verilmişdir.

Paylaş:
Baxılıb: 1112 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30