Ana səhifə »  İqtisadiyyat »  Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti
A+   Yenilə  A-
Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

Ulu öndərin birbaşa təşəbbüsü ilə Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları yaradılıb, bu sahədə kompleks islahatların istiqamətləri müəyyən edilib
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılmış məqsədyönlü islahatlar Azərbaycanda liberal iqtisadi münasibətlərə keçid üçün möhkəm zəmin yaradıb. Böyük strateq ölkənin milli maraqlarını əsas götürərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirib, müstəqil dövlətimizin iqtisadi-siyasi baxımdan qüdrətlənməsi üçün fundamental əhəmiyyətli tədbirlər həyata keçirib. Ümummilli liderimizin həyata keçirdiyi mükəmməl iqtisadi strategiyanın əsas istiqamətlərindən biri də ölkəmizdə vergi xidmətinin formalaşması ilə bağlıdır.
Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Yəni, müstəqillik illərində Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması məhz Ulu öndərin adı ilə bağlıdır. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə əsaslanan, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin, sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Ulu öndər Heydər Əliyevin imzaladığı Fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar isə bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi.
2001-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi isə müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi. Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, professor Akif Musayevin qeyd etdiyi kimi, Vergi Məcəlləsinin qəbulu, yeni və vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə, dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoyub. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyulub: “Vergi Məcəlləsində əvvəllər tətbiq edilən 13 vergi növündən 9-u təsbit olunub, əksər vergi növləri üzrə dərəcələr aşağı salınıb, aksizə cəlb olunan malların siyahısı azaldılıb. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə, vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyən edilib”.
mükəmməl qanunvericilik bazasının yaradılması vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırıb
Heç şübhəsiz sözügedən istiqamətdə uğurların əldə olunmasında qanunvericilik bazasının yaradılması da öz rolunu oynayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin qeyd etdiyi kimi, vergi sahəsində mükəmməl qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, kadr potensialının çevik idarəetmə sistemində fəaliyyətinin təkmilləşdirilməsi vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırıb. Akademikin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” fikri nəinki respublikada, eləcə də, nüfuzlu beynəlxalq maliyyə qurumlarında azad bazar münasibətlərinin inkişafının fundamental əsaslarından biri kimi qiymətləndirilib: “Ötən əsrin 90-cı illərində vergilərdən yayınmaların qarşısının alınması, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə cəmiyyətdə şəffaflığın artırılması istiqamətində Heydər Əliyev tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb. Respublika iqtisadiyyatında çətinliklə əldə olunmuş makrosabitliyi qorumaq, yeni inkişaf planlarını həyata keçirmək üçün daha güclü maliyyə resursları tələb edilirdi. Bu vəzifənin yerinə yetirilməsi iqtisadi qanunvericiliyi təkmilləşdirmədən, vergi sisteminin idarəetmə strukturunu yenidən təşkil etmədən mümkün deyildi. Vergilər Nazirliyinin yaradılması ilə bu sahədə ciddi dönüşə nail olundu. Nazirliyin ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində, maliyyə resurslarının səfərbər edilməsində müstəsna rolu var”.
Millət vəkili deyib ki, Ümummilli liderin tapşırığı əsasında ölkəmizdə həyata keçirilən vergi siyasətinin daha da gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, təkmil qanunverici bazanın yaradılması ilə bağlı ardıcıl tədbirlərin davamı kimi Vergi Məcəlləsi qəbul edilib. Həmin Məcəllədə ölkə sahibkarlarının stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar geniş əksini tapıb: “Sənədin qəbulu vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm addım olub, eyni zamanda vergi sektorunda islahatların genişləndirilməsinə əhəmiyyətli zəmin yaradıb”.
Beləliklə, Azərbaycanın vergi inzibatçılığının təkmilləşdirilməsi dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri olub və bu sahədə sistemli tədbirlər həyata keçirilir. Vergi xidmətində yeni üsul və vasitələrin tətbiqi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında şəffaf münasibətlərin qurulması, vergi bəyannamələrinin yeni formada qəbulu, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanılması vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, şəffaflığın təmin edilməsinə şərait yaradıb.
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi, yeni iqtisadi çağırışların meydana çıxması, bir çox sahələr kimi, vergi sistemində də qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi həyatın real qiymətləndirilməsindən, dünya iqtisadiyyatında baş verən proseslərdən, ölkənin milli maraqlarını qorumaq tələblərindən irəli gəlir. Qanunvericiliyin təkmilləşdirilməsi ilə paralel aparılan islahatlar elektron xidmətlər, ümumilikdə vergilərin könüllü ödənilməsi sisteminin inkişafına, vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təminatına, vergi fırıldaqçılığına və vergilərin ödənilməsindən yayınma halları ilə mübarizənin gücləndirilməsinə, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sisteminin inkişafı və müasir tələblərə cavab verən informasiya sisteminin yaradılmasına dərin əsaslar yaradır.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan vergi siyasəti uğurla davam etdirilir
Heç şübhəsiz, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan vergi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Akif Musayevin də vurğuladığı kimi, bu istiqamətdə həyata keçirilən islahatların nəticəsində son 10 ildə mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılıb, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə, kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilib, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunub: “2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər paketini nəzərdən keçirdikdə dövlətimizin mütərəqqi vergi sisteminin formalaşmasında nə qədər maraqlı olduğu bir daha aydın görünür. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər həm mahiyyəti, həm tətbiq dairəsi, həm də təqdim olunmuş güzəştlərin həcmi və kateqoriyaları baxımından son illərin ən geniş dəyişikliklər paketidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 63 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişiklik edilib ki, bu da ümumilikdə Məcəllənin müddəalarının 30 faizinə dəyişiklik olunması deməkdir. Son dəyişikliklərin tətbiqi ilə əlaqədar 35-dən yuxarı müxtəlif normativ-hüquqi sənədin hazırlanması nəzərdə tutulur”.
A.Musayev deyib ki, vergi qanunvericiliyində edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərə istiqamətlənmiş məqsədlərinə xidmət edir. Bu dəyişikliklərdə, həmçinin, vergi qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə son bir neçə il ərzində qarşıya çıxan problemlərin həlli ilə bağlı məsələlər nəzərə alınıb: “Qruplaşdırsaq, dəyişikliklər vergi siyasətinin aşağıdakı 4 istiqamətini əhatə edir: vergi ödəyicilərinin hüquqlarının müdafiəsi; vergi ödəyicilərinin mənafelərinin qorunması; vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi”.
Bunların sırasında Vergi Məcəlləsinə vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edən normaların daxil edilməsi xüsusi yer tutur. Bu, bizim ölkənin təcrübəsində ciddi yenilikdir. Vergi tərəfdaşlığı sazişi-vergi orqanı ilə ödəyici arasında risklərin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu, vergi inzibatçılığı prosesində vergi orqanları ilə ödəyici arasında münasibətlərin tamamilə yeni əsaslarda qurulması deməkdir. Dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilib, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri, müvafiq olaraq, 2000 manatdan 2500 manata və 24000 manatdan 30000 manata qaldırılıb. Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilib. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.
Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir.
Nadir AZƏRİ
Məqalə “Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim edilir

 
  • Oxunub:  27300  |  
  • Tarix:  24-05-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib

28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA